Məhkəmə qərarları › İş №e-2(033)-502/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-502/2022

04.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-502/2022 04.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı vəkili X14, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh Məmmədova Hicran Firudin qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Məmmədova Hicran Firudin qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Milliön Əlaqə Mərkəzi vasitəsi ilə cavabdeh və onun ailə üzvlərinə ödənilən 7461.17 (yeddi min dörd yüz altmış bir manat 17 qəpik) manatın, xx.xx.2019-cu il tarixdə alınmış İPHONE X markalı telefon üçün - ödənilən 2200 (iki min iki yüz) manatın, xx.xx.2019-cu il tarixdə alınmış SAMSUNQ A50 markalı telefon üçün - ödənilən 700 (yeddi yüz) manatın, xx.xx.2020-ci il tarixdə alınmış REDMİ NOT S markalı telefon üçün - ödənilən 550 (beş yüz əlli) manatın, xx.xx.2021-ci il tarixdə alınmış İPHONE 12 pmx markalı telefon üçün ödənilən 3200 (üç min iki yüz) manatın, xx.xx.2021-ci il tarixdə cavabdehə alınan İPHONE 11 markalı telefon üçün - 1800 (bir min səkkiz) manatın, 2019-cu il tarixdə alınmış 750 əyyarlı-4.9 qr, 1.05 karat brilyant üzük üçün ödənilən 1200 (bir min iki yüz) manatın, 2019cu il tarixdə alınmış 585 əyyarlı-9.12 qr boyunbağı (panda) - üçün ödənilən 900 (doqquz yüz) manatın, -2020-ci il tarixdə alınmış - 585 əyyarlı-7.13 qr sırğa üzük dəst- üçün ödənilən 700 (yeddi yüz) manatın, cavabdehə məxsus, Zaqatala şəhəri, Dağıstan küçəsi ev 43-də mövcud olan, 2 mərtəbəli, 3 otaqlı evin dəhlizinin, mətbəxinin və sanitar qovşağının təmiri (alınan tikinti materialları: divar kağızı, divarın malası, pol taxtası, tavan alçıpan, qapılar, su çəni və sanitar qovşağın təmiri) üçün ödənilən 8000 (səkkiz min) manatın, cavabdehə məxsus, Zaqatala şəhəri, Dağıstan küçəsi ev 43-ə alınan məişət əşyalarına (alınan məişət əşyaları: yataq dəsti televizor (Samsunq) və divan): ümumilikdə 22 ay ərzində kredit hər ay 190 manat = ümumilikdə ödənilən 3290 (üç min iki yüz doxsan) manatın, cavabdehin övladları X9 “Dərs evi” nin Nərimanov filialında təhsil aldığı üçün ödənilən 24 ay x 170 manat = 1360 (bir min üç yüz altmış) manatın və 14 ay x 210 manat = 2940 (iki min doqquz yüz qırx) manatın və X2 ingilis və rus dilləri kursunda təhsil aldığı üçün, ödənilən 24 ay x 60 manat = 1440 (bir min dörd yüz qırx) manatın, cavabdehə görə 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayon ərazisində dış həkiminə ödədiyi -1500 (bir min beş yüz) manatın, cavabdehin 6 mart 2021-ci il tarixdə burun nahiyyəsinin əməliyyatına görə “REAL KLİNlKA"-ya ödədiyi - 1500 (bir min beş yüz) manatın, cavabdehin anası Məmmədova Hicran Firudin qızına astma bronxit, təzyiq üçün Türkiyə Cümhuriyyətində müalicəsi üçün ödədiyi 3000 (üç min) manatın, cavabdehin bank kreditinə görə 2019-cu ildə 12 ay ərzində ondan aldığı 280 manat = ümumilikdə ödədiyi 3360 (üç min üç yüz altmış) manatın, cavabdeh və onun övladları X9 və X2 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi, bina 15, mənzil 38-də 8 ay müddətinə kirayədə yaşamaları üçün bir ayı 450 manatdan = ümumilikdə ödədiyi 3600 (üç min altı yüz) manatın, cavabdehin xx.xx.2022-ci il tarixdə saat:14:36-da 5404X7266 nömrəli kartından çıxartdığı 890 (səkkiz yüz doxsan) manatın, cavabdehin vəfat etmiş atası X4 miras qalmış əmlakının vərəsəlik işinin məhkəmələrdə aparılmasına görə cavabdehə ödədiyi 1500 (bir min beş yüz) manatın və cavabdehin X1 qızının və X9 təhsilləri ilə bağlı 2021-ci ilin iyun ayından 2022-ci ilin fevral ayına kimi hər ay ondan aldığı 540 manat = ümumilikdə ödədiyi 4860 (dörd min səkkiz yüz altmış) manatın, dövlət rüsumuna görə ödədiyi 120 (bir yüz iyirmi) manatın, tələb olunan məbləğin faizinə görə ödədiyi 135.75 (bir yüz otuz beş manat 75 qəpik) manat dövlət rüsumunun və ümumilikdə 55506.92 (əlli beş min beş yüz altı manat 92 qəpik) məbləğin alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-n (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) alınmasına dair "xxxx" MTK-i ilə 01 avqust 2019-cu il tarixdə yaşayış mənzilinin alqısatqısı haqqında 75 №-li müqavilə bağlamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-n (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57-nin, M3, mənzil 5) dəyəri 65.000 (altmış beş min) manat müəyyən edilmişdir. "xxxx" MTK-i ilə aralarında bağlanılmış 01 avqust 2019-cu il tarixli yaşayış mənzilinin alqı-satqısı haqqında 75 №-li müqaviləyə əsasən, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-ə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) dair 40.000 (qırx min) manat ödəmişdir. "xxxx" MTK-i ilə aralarında bağlanılmış 23 sentyabr 2020-ci il tarixli yaşayış mənzilinin alqı-satqısı haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-ə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) dair 25.000 (iyirmi beş min) manat ödəmişdir. ünvan 1 ünvanında yerləşən binanın yaşayışının 2-ci mərtəbəsində, 1 (bir) otaqlı ümumi yaşayış sahəsi 61.38 kv.m olan 13 saylı mənzilin (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) 65.000 (altmış beş min) manat məbləğini, 01 avqust 2019-cu il tarixli yaşayış mənzilinin alqı-satqısı haqqında 75 №-li müqaviləyə əsasən, 40.000 (qırx min) manat və 23 sentyabr 2020-ci il tarixli yaşayış mənzilinin alqı-satqısı haqqında müqaviləyə əsasən 25.000 (iyirmi beş min) manat məbləğin İddiaçı tərəfindən ödənilməsi barədə "xxxx" MTK-nin sədri X15 16 aprel 2021-ci il tarixdə arayış vermişdir. Cavabdeh başqa-başqa nikahlarından anadan olan iki qız övladı - X24 və X10 da iddiaçı ilə birgə yaşayırdılar. Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57. mənzil 13-n (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) alınmasında, təmir olunmasında və məişət əşyalarının alınmasında iddiaçının məqsədi cavabdeh və cavabdehin iki azyaşlı övladları ilə birgə yaşamağı olmuşdur. Mənzilin təmirinə və məişət əşyalarının alınmasına iddiaçı tərəfindən ümumilikdə 25.000 (iyirmi beş min) manat məbləğində pul xərclənmişdir. Lakin, bir müddətdən sonra, Cavabdeh ailənin bir yerdə olmasını sığortalamaq üçün, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-n (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) 1/2 hissəsinin onun adına rəsmiləşdirilməsini tələb etmişdir. "xxxx" MTK-i tərəfindən 16 dekabr 2020-ci il tarixdə verilmiş maliyyə arayışında iddiaçıdan başqa cavabdehin adı və soyadı da qeyd edilmişdir. 16 dekabr 2020-ci il tarixli maliyyə arayışında iddiaçıdan başqa cavabdehin adı və soyadı, gələcəkdə qurulacaq ailənin qorunması üçün, iddiaçının xahişi ilə ona görə qeyd edilmişdir ki, mənzilin onun adına rəsmiləşdirilməsi mümkün olsun. "xxxx" MTK-nin 16 dekabr 2020-ci il tarixli 56 №-li protokolundan çıxarışa əsasən, iddiaçı və Cavabdeh kooperativə üzv qəbul edilmişlər və Bakı Palace” MTK-nin Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-ə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) paylı mülkiyyətə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13 (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) iddiaçı-cavabdehlə ümumi birgə mülkiyyətlərinə verilmişdir. Lakin, bir müddətdən sonra, Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, gələcəkdə ailə olaraq birgə yaşamaqlarının qarantı kimi, mübahisəli mənzilin tam olaraq onun adına alqısatqı yolu ilə rəsmiləşdirilməsini iddiaçıdan tələb etmişdir. Ailədə münaqişənin baş verməməsini, cavabdehlə gələcəkdə nikahlarının bağlanmasını və həmin mənzildə cavabdehin iki azyaşlı övladının yaşamasını nəzərə alıb mübahisəli mənzili Cavabdeh adına rəsmiləşdirilməsinə razılığını vermişdir. 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri, 11 saylı Notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-n (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) iddiaçı ona məxsus 1/2 hissəsini Cavabdeh ilə alqı-satqı etmişdir və nəticədə həmin mənzilin mülkiyyətçisi Cavabdeh olmuşdur. Mənzilin alqı-satqısından 3-4 gün keçdikdən sonra, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-ə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) iddiaçı daxil olmaq istəsə də, həmin mənzilin qapısının açarının dəyişdirildiyinin şahidi olmuşdur. Mənzilin qapısının açarının nəyə görə dəyişdirilməsi ilə bağlı dərhal cavabdehlə telefon vasitəsilə əlaqə saxlamışdır, cavabdeh isə, ona onunla aralarında olan münasibətin bitdiyini və ümumiyyətlə mənzilə gəlməməyini bildirmişdir. Cavabdeh iddiaçının etibarından sui istifadə edib mülkiyyətində olan mənzilin bir hissəsini, sonradan isə digər hissəsini tam olaraq adına alqı-satqı yolu ilə rəsmiləşdirməsi məqsədinin öncədən planlaşdırdığını iddiaçı başa düşmüşdür. Ona görə də, iddiaçı "Bakı Palace” MTK-nin 16 dekabr 2020-ci il tarixli 56 №-li protokolundan çıxarışının və 27 aprel 2021-ci il tarixdə Bakı şəhəri, 11 saylı Notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-ə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) dair Cavabdeh ilə bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. İddia ərizəsi Binəqədi rayon Məhkəməsinin hakimi-X5 icraatına qəbul edilmişdir. Sonradan, iddiaçı Cavabdeh ilə münasibəti düzəltdiyi üçün, 27 may 2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinə ərizə ilə müraciət edib iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh ilə yenidən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-də (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) birgə yaşamağa başlamışdır. Bir müddətdən sonra cavabdehlə qərara gəlmişdir ki, qeyd olunan mənzili satıb daha da geniş sahəli mənzil alsınlar. Nəticədə, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 13-ü (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 5) 95.000 (doxsan beş min) manat dəyərində 48 saylı Notariat Kontoru vasitəsilə satmışdır. Həmin binanın 13-cü mərtəbəsində yerləşən və X16 məxsus Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 152.50 kv.m ibarət olan 107 nömrəli mənzilin (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 3) 73.2 kv.m-dən ibarət olan hissəsini Cavabdeh adına alqı-satqı yolu ilə rəsmiləşdirmişdir. X6 mənzilini alqısatqısı üçün, 100.000 (yüz min) manat qiymətə razılaşmışlar. X16 iddiaçı tərəfindən 80.000 (səksən min) manat pul ödənilmişdir, yerdə qalan 20.000 (iyirmi min) manat məbləğini isə bir neçə aya ödənilməsinə dair razılığa gəlmişlər. Mənzil təmirsiz olmuşdur. Mənzil təmirsiz olduğu üçün, iddiaçı Cavabdeh və onun övladları X24 və X10 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi, bina 15, mənzil 38-də 8 ay müddətinə bir ayı 450 manatdan kirayədə yaşamışlar. Mənzili alqı-satqı etdikdən sonra iddiaçı mənzili təmir etmək qərarına gəlmişdir. Mənzilin təmiri ilə bağlı iddiaçı tərəfindən hazırki dövrə kimi 8565.20 (səkkiz min beş yüz altmış beş manat 20 qəpik) manat xərclənilmişdir. Mənzilin təmiri zamanı, Cavabdeh, kirayədə birlikdə yaşadıqları mənzili uşaqları ilə birlikdə tərk etmişdir və bütün tel nömrələrini söndürüb iddiaçı ilə əlaqəni kəsmişdir. Nəticədə, iddiaçı tərəfindən anası vasitəsilə ona bildirilmişdir ki, mənzilin alqısatqısı üçün, iddiaçının ödədiyi 80.000 (səksən min) manat və təmirə xərclədiyi 8565.20 (səkkiz min beş yüz altmış beş manat 20 qəpik) manat pulu iddiaçıya qaytarsın. Birinci dəfə olduğu kimi, yenə də Cavabdeh iddaçını aldatdığını başa düşmüşdür. Cavabdeh onun etibarından sui istifadə etdiyi üçün, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, mənzil 107-ə (yeni qaydalarla: AZ1124, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədov küçəsi ev 57, M3, mənzil 3) dair Cavabdeh ilə bağlanılan daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin və **********42-05301-093009 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021 -ci il tarixli 73.2 kv.m-dən ibarət olan çıxarışın etibarsız hesab edilməsi barədə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda mülki işin baxılması Binəqədi Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixə saat 11:10 təyin edilib (hakim Günel Abbasovadır, mülki işin nömrəsi 2(001)-2433/2022). Qeyd olunanlara əsasən iddaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və Cavabdeh ilə 4 il yaşadığı dövr ərzində cavabdehə, anasına və onun övladlarına xərclədiyi pulun ona qaytarılmasını məhkəmədən xahiş edir. İddiaçı tərəfindən Cavabdeh ilə 4 il yaşadığı dövr ərzində cavabdehə, anasına və onun övladlarına aşağıdakılar xərclənmişdir. MilliÖn Əlaqə Mərkəzi vasitəsi ilə cavabdeh və onun ailə üzvlərinə göndərdiyi 7461.17 (yeddi min dörd yüz altmış bir manat 17 qəpik) manat. Cavabdeh və onun qızına alınmış mobil telefonlar: xx.xx.2019-cu il tarixdə cavabdehə alınan İPHONE X markalı telefon üçün - 2200 (iki min iki yüz) manat; xx.xx.2019-cu il tarixdə cavabdehin qızı X17 alınan SAMSUNQ A50 markalı telefon üçün - 700 (yeddi yüz) manat; xx.xx.2020-ci il tarixdə cavabdehə alınan REDMİ NOT S markalı telefon üçün - 550 (beş yüz əlli) manat; xx.xx.2021-ci il tarixdə cavabdehə alınan İPHONE 12 pmx markalı telefon üçün - 3200 (üç min iki yüz) manat. xx.xx.2021-ci il tarixdə cavabdehə alınan İPHONE 11 markalı telefon üçün - 1800 (bir min səkkiz) manat. Cavabdehə alınan qızıl-zinət əşyalarının siyahısı və dəyəri: 2019-cu il tarixdə alınmış -750 əyyarlı-4.9 qr, 1.05 karat brilyant üzük - 1200 (bir min iki yüz) manat; 2019-cu il tarixdə alınmış -585 əyyarlı-9.12 qr boyunbağı (panda) - 900 (doqquz yüz) manat; 2020-ci il tarixdə alınmış - 585 əyyarlı-7.13 qr sırğa üzük dəst- 700 (yeddi yüz) manat. Cavabdehə məxsus, Zaqatala şəhəri, Dağıstan küçəsi ev 43-də mövcud olan, 2 mərtəbəli, 3 otaqlı evin dəhlizinin, mətbəxinin və sanqovşağının təmirinə (alınan tikinti materialları: divar kağızı, divarın malası, pol taxtası, tavan alçıpan, qapılar, su çəni və sanqovşağın təmiri) 8000 (səkkiz min) manat xərclənmişdir. Cavabdehə məxsus, Zaqatala şəhəri, Dağıstan küçəsi ev 43-ə alınan məişət əşyalarına (alınan məişət əşyaları: yataq dəsti televizor (Samsunq) və divan): ümumilikdə 22 ay ərzində kredit hər ay 190 manat = 3290 (üç min iki yüz doxsan) manat xərclənmişdir. Cavabdehin övladlarının təhsillərinə xərclənilən pullar: X9 "Dərs evi” nin Nərimanov filialında təhsil aldığı üçün (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 85-də yerləşir) 2019-cu -2020-ci -2021-ci illər ərzində 24 ay x 170 manat = 1360 (bir min üç yüz altmış) manat 14 ay x 210 manat = 2940 (iki min doqquz yüz qırx) manat, X2 ingilis və rus dilləri kursunda təhsil aldığı üçün 2020-ci -2021-ci llər ərzində 24 ay x 60 manat = 1440 (bir min dörd yüz qırx) manat. Cavabdehin və anasının səhhətinə xərclənən vəsait: Cavabdeh 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayon ərazisində diş həkiminə xərclədiyi-1500 (bir min beş yüz) manat; Cavabdeh 16 mart 2021-ci il tarixdə burun nahiyyəsinin əməliyyatına görə "REAL KLİNİKA”-da xərclədiyi - 1500 (bir min beş yüz) manat; cavabdehin anası Məmmədova Hicran Firudin qızına astma bronxit, təzyiq üçün Türkiyə Cumhuriyyətində müalicəsi üçün 3000 (üç min) manat. Cavabdehin bank kreditinə görə 2019-cu ildə 12 ay ərzində ondan aldığı 280 manat = ümumilikdə 3360 (üç min üç yüz altmış) manat. Cavabdeh və onun övladları X24 və X2 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi, bina 15, mənzil 38-də 8 ay müddətinə kirayədə yaşamaları üçün bir ayı 450 manatdan = ümumilikdə 3600 (üç min altı yüz) manat. Cavabdeh xx.xx.2022-ci il tarixdə saat:14:36-da 5404-7266 nömrəli kartından çıxartdığı 890 (səkkiz yüz doxsan) manat. Cavabdeh X1 qızının və X9 təhsilləri ilə bağlı 2021-ci ilin iyun ayından 2022-ci ilin fevral ayına kimi hər ay ondan aldığı 540 manat = ümumilikdə 4860 (dörd min səkkiz yüz altmış) manat. Cavabdehin vəfat etmiş atası X4 miras qalmış əmlakının vərəsəlik işinin məhkəmələrdə aparılmasına görə cavabdehə ödədiyi 1500 (bir min beş yüz) manat. İddiaçı hesab edir ki, qeyd olunan məbləğlər cavabdehdən alınıb ona ödənilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 başqa cavabdehin işə cəlb edilməsinə dair ərizə ilə müraciət edərək Məmmədova Hicran Firudin qızının mülki işə cavabdeh qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh və Məmmədova Hicran Firudin qızından müştərək qaydada Milli Ön Əlaqə Mərkəzi vasitəsi ilə cavabdeh və onun ailə üzvlərinə ödənilən 7461.17 (yeddi min dörd yüz altmış bir manat 17 qəpik) manatın, xx.xx.2019-cu il tarixdə alınmış İPHONE X markalı telefon üçün ödənilən 2200 (iki min iki yüz) manatın, xx.xx.2019-cu il tarixdə alınmış SAMSUNQ A50 markalı telefon üçün - ödənilən 700 (yeddı yüz) manatın, 27 08.2020-ci il tarixdə alınmış REDMİ NOT S markalı telefon üçün ödənilən 550 (beş yüz əlli) manatın, xx.xx.2021-ci il tarixdə alınmış İPHONE 12 pmx markalı telefon üçün - ödənilən 3200 (üç min iki yüz) manatın, xx.xx.2021-ci il tarixdə cavabdehə alınan İphone 11 markalı telefon üçün - 1800 (bir min səkkiz) manatın, 2019-cu il tarixdə alınmış -750 əyyarlı-4,9 qr, 1.05 karat brilyant üzük üçün ödənilən 1200 (bir min iki yüz) manatın, 2019-cu il tarixdə alınmış -585 əyyarlı-9.12 qr boyunbağı (panda) üçün ödənilən 900 (doqquz yüz) manatın, 2020-ci il tarixdə alınmış - 585 əyyarlı-7.13 qr sırğa üzük dəst- üçün ödənilən 700 (yeddi yüz) manatın, cavabdehə məxsus, Zaqatala şəhəri, Dağıstan küçəsi ev 43-də mövcud olan, 2 mərtəbəli. 3 otaqlı evin dəhlizinin, mətbəxinin və sanqovşağının təmiri (alınan tikinti materialları, divar kağızı. divarın malası, pol taxtası, tavan alçıpan, qapılar, su çəni və sanqovşağın təmiri üçün ödənilən 8000 (səkkiz min) manatın, cavabdehə məxsus, Zaqatala şəhəri, Dağıstan küçəsi ev 43-ə alınan məişət əşyalarına (alınan məişət əşyaları, yataq dəsti televizor (Samsunq) və divan): ümumilikdə 22 ay ərzində kredit hər ay 190 manat = ümumilikdə ödənilən 3290 (üç min iki yüz doxsan) manatın, cavabdehin övladları X9 "Dərs evi" nin Nərimanov filialında təhsil aldığı üçün ödənilən 24 ay x 170 manat = 1360 (bir min üç yüz altmış) manatın və 14 ay x 210 manat = 2940 (iki min doqquz yüz qırx) manatın və X2 ingilis və rus dilləri kursunda təhsil aldığı üçün ödənilən 24 ay x 60 manat = 1440 (bir min dörd yüz qırx) manatın, cavabdehə görə 2019-cu il tarixdə Bakı şəhəri, Yaşamal rayon ərazisində diş həkiminə ödədiyi -1500 (bir min beş yüz) manatın, cavabdehin 6 mart 2021-ci il tarixdə burun nahiyəsinin əməliyyatına görə "REAL KLİNİKA-da ödədiyi -1 500 (bir min beş yüz) manatın, cavabdehin anası Məmmədova Hicran Firudin qızına astma bronxit, təzyiq üçün Türkiyə Cümhuriyyətində müalicəsi üçün ödədiyi 3000 (üç min) manatın, cavabdehin bank kreditinə görə 2019-cu ildə 12 ay ərzində ondan aldığı 280 manat, ümumilikdə ödədiyi 3360 (üç min üç yüz altmış) manatın, cavabdehin və onun övladları X9 və X2 Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Ş.Məmmədova küçəsi, bina 15, mənzil 38-də 8 ay müddətinə kirayədə yaşamaları üçün bir ayı 450 manatdan “ümumilikdə ödədiyi 3600 manatın, cavabdehin xx.xx.2022-ci il tarixdə saat İ4:36-da 5404X7266 nömrəli kartdan çıxardığı 890 manatın, cavabdehin vəfat etmiş atası X11 miras qalmış əmlakının vərəsəlik işinin məhkəmələrdə aparılmasına görə cavabdehə ödədiyi 1500 (bir min beş yüz) manatın və cavabdehin X1 qızının və X9 təhsilləri ilə bağlı 2021-ci ilin iyun ayından 2022-ci ilin fevral ayına kimi hər ay ondan aldığı 540 manat = ümumilikdə ödədiyi 4860 (dörd min səkkiz yüz altmış) manatın, dövlət rüsumuna görə ödədiyi 120 (bir yüz iyirmi) manatın, tələb olunan məbləğin faizinə görə ödədiyi 135.75 (bir yüz otuz beş manat 75 qəpik) manat dövlət rüsumunun və ümumilikdə 55506.92 (əlli beş min beş yüz altı manat 92 qəpik) məbləğin alınıb İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Məmədova Hicran Firuddin qızı etiraz ərizəsi ilə müraciət edərək iddiaçının iddiasının rədd olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi ərizələrini müdafiə etdiyini bildirmiş, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili X26 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Məmmədova Hicran Firudin qızı izahat verərək göstərmişdir ki, o iddia tələbini qəbul etmir. İddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə şər və böhtan xatakterlidir. İddia ərizəsində istinad etdiyi halları sübut edəcək heç bir mötəbər sübut ərizəyə əlavə olunmamışdır. Digər Cavabdeh onun qızıdır. İddiaçı ilə qızı 5 il müddətində birlikdə yaşamışlar. Lakin iddiaçının qızına qızıl və sair dəyərli hədiyyələr, telefonlar bağışlaması halına rast gəlməyib. İddiaçının iddiada qeyd etdiyi bank kartı qızı Cavabdeh adına açılmış və həmin kartdan İddiaçı istifadə etmiş, kart vasitəsi ilə aparılmış əməliyyatları şəxsən iddiaçı özü aparmış, karta öz ehtiyacları üçün pul qoymuş və kartdan pul çıxartmışdır. Cavabdeh əvvəllər ailə həyatı qurmuş və onun iki övladı var. Uşaqların saxlanması üçün o uşaqların atalarından aliment alır. Uşaqların hər bir xərcləri və ehtiyacları aliment hesabına ödənilir. Buna kurs xərcləri uşaqların kirayə xərcləri də daxildir. İddiaçı qızı-Cavabdeh Zaqatala rayonu Dağıstan küçəsində yerləşən evinin təmiri üçün çəkilmiş xərcləri və həmin ev üçün alınmış məişət əşyaların alınması üçün çəkilmiş xərcləri tələb etdiyini bildirir, lakin qızının həmin ünvanda evi yoxdur. Onun nə özü hər hansı xəstəlikdən əziyyət çəkmir və son illərdə müalicə almamışlar. İddiaçının müalicə xərclərinin geri qaytarılması ilə bağlı tələbi də əsasızdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin halları Madeyra Magaza №225-in kredit satışı üçün möhürü ilə təsdiq edilmiş vərəqədə 190 AZN ödənildi qeydi edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Məmmədova Hicran Firudin qızına məxsus 6*****3143 nömrəli kart hesabına 200 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Məmmədova Hicran Firudin qızına məxsus 6*****3143 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, “Dərs Evi” xidmətinin hesabına X24 üçün 250 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X18 məxsus 4*****4970 nömrəli kart hesabına 65 AZN mədaxil edilmişdir xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X19 məxsus 5*****33570 nömrəli kart hesabına 551 AZN mədaxil edilmişdir 29.062020-ci il tarixli qəbzdən görünür ki, X7 məxsus 4*****5116 nömrəli kart hesabına 393 AZN mədaxil edilmişdir xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X20 məxsus 4*****4425 nömrəli kart hesabına 50 AZN mədaxil edilmişdir xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X12 məxsus 4*****5589 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X12 məxsus 4*****5589 nömrəli kart hesabına 250 AZN mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X12 məxsus 4*****5589 nömrəli kart hesabına 250 AZN mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X12 məxsus 4*****5589 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X12 məxsus 4*****5589 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X12 məxsus 4*****5589 nömrəli kart hesabına 150 AZN mədaxil edilmişdir. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, X12 məxsus 4*****5589 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 200 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 120 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 300 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 250 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 200 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 200 AZN mədaxil edilmişdir. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X21 məxsus 6*****6630 nömrəli kart hesabına 100 AZN mədaxil edilmişdir. Zəmanət talonundan görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı tərəfindən Redmi Note 9 markalı avadanlığı 550 AZN-ə almışdır. Zəmanət talonundan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı İphone12 pmx markalı avadanlığı 3200 AZN-ə almışdır. Zəmanət talonundan görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı Samsung A50 markalı avadanlığı 700 AZN-ə almışdır. Zəmanət talonundan görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı İphone X markalı avadanlığı 2200 AZN-ə almışdır. Zəmanət talonundan görünür ki, xx.xx.2021-co il tarixdə İddiaçı İphone 11 markalı avadanlığı 1950 AZN-ə almışdır. AN-İ seriyalı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86 kv.m olan fərdi yaşayış evi X8 tərəfindən 5000 manat müqabilində X13 mülkiyyətinə verilmişdir. *3728 əmək haqqı kartından pul köçürməsinə dair çıxarışlardan görünür ki, 04 dekabr 2020-ci il tarixdə 100 manat, 17 fevral 2021-ci il tarixdə 50 manat, 28 dekabr 2020ci il tarixdə 100 manat **********045589 nömrəli hesaba pul köçürməsi əməliyyatı icra edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X32 Şəxs Zaqatala rayon X23 Hüquqi Şəxsin 30 iyun 2022-ci il tarixli 849 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və orada yaşayan Məmmədova Hicran Firudin qızı Zaqatala RMX PHŞ-ə müraciət etməmişdir, qeydiyyatda yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.3-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı Cavabdeh ilə bir müddət qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. Cavabdeh ayrı-ayrı nikahlarından X24 və X10 adlı iki övladı dünyaya gəlmişdir. İddiaçı, Cavabdeh ilə birgə yaşadıqları dövrdə cavabdeh və onun ailə üzvlərinə göndərilmiş ümumilikdə 7461,17 manatın, özü tərəfindən alınmış İphone x markalı, Samsung A50 markalı, Redmi Note S markalı İphone 12 pmx markalı, İphone 11 markalı telefonların dəyərinin, 2019-cu il tarixdə alınmış 750 əyyarlı 4,9 qram 1,05 karat brilyant üzüyün və 585 əyyarlı, 9,12 qram boyunbağının, 2020-ci il tarixdə alınmış 585 əyyarlı 7,13 qram sırğa üzük dəstinin dəyərinin, cavabdehə məxsus olduğunu qeyd etdiyi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri üçün sərf edilmiş vəsaitin və həmin ev üçün alınmış məişət əşyalarının dəyərinin, cavabdehin övladı X9 “Dərs evi” təhsil müəssisəsində təhsil alması üçün ödənilmiş təhsil xərclərinin, cavabdehin diş həkimi və burun əməliyyatı ilə bağlı çəkilmiş xərclərin, cavabdeh Məmmədova Hicran Firudin qızının müalicəsi üçün çəkilmiş xərclərin, cavabdehin bank kreditinin ödənməsi üçün çəkilmiş xərclərin, cavabdeh və onun uşaqlarının kirayə mənzildə istifadələri üçün ödənilmiş kirayə haqqının, cavabdeh tərəfindən ona məxsus kartdan çəkilmiş vəsaitin, cavabdehin vəfat etmiş atasından miras qalmış əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün çəkilmiş xərclərin, 2021-ci il iyun ayından 2022-ci il fevral ayı ayınadək olan zaman kəsiyi ərzində cavabdehin övladlarının təhsili üçün çəkilmiş xərclərin cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdehlər iddia tələbini qəbul etmirlər. Məhkəmə iddia tələbinin iddiaçının Cavabdeh ilə birgə yaşadıqları dövrdə cavabdeh və onun ailə üzvlərinə göndərilmiş ümumilikdə 7461,17 manatın cavabdehlərdən alınaraq ona ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə iddiaçı tərəfindən ümumilikdə 4429 manat vəsaitin ödəmə terminalı vasitəsi ilə müxtəlif bank hesablarına və 250 manat vəsaitin əmək haqqı kartından digər bank kartına köçürülməsinə dair qəbz və çıxarışlar təqdim edilmişdir. Qeyd edilən 4429 manat vəsaitin 3120 manat hissəsi cavabdehlərə, 1059 manat hissəsi üçüncü şəxslərə və 250 manat “Dərs evi” təhsil müəssisəsinə məxsus bank hesablarına ödənilmişdir. Lakin qəbzlər və çıxarışlar üzrə ödəmələrin məhz iddiaçı tərəfindən həyata keçirildiyinə dair və ödəmələrin təyinatı ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixdə alınmış İPHONE X markalı telefon üçün ödənilən 2200 (iki min iki yüz) manatın, xx.xx.2019-cu il tarixdə alınmış SAMSUNQ A50 markalı telefon üçün - ödənilən 700 (yeddi yüz) manatın, 27 08.2020-ci il tarixdə alınmış REDMİ NOT S markalı telefon üçün - ödənilən 550 (beş yüz əlli) manatın, xx.xx.2021-ci il tarixdə alınmış İPHONE 12 pmx markalı telefon üçün - ödənilən 3200 (üç min iki yüz) manatın, xx.xx.2021-ci il tarixdə cavabdehə alınan İphone 11 markalı telefon üçün - 1800 (bir min səkkiz) manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, yuxarıda qeyd edilən tarixdə qeyd edilən adda və dəyərdə telefonların iddiaçı tərəfindən alınmasına dair sübut olaraq hər bir cihaza dair Zəmanət talonları məhkəməyə təqdim edilsə də, Zəmanət talonlarında qeyd edilən telefonların həqiqətən cavabdehə və onun ailə üzvlərinə alınmasına və telefonların hazırda cavabdehlərin istifadəsində olmasına dair sübut təqdim edilməmiş və həmin cihazların cavabdehlərin istifadəsində olması məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Çünki buna dair məhkəməyə iddiaçı tərəf hər hansı vəsatət və sübutlar da təqdim etməmişdir. Məhkəmə iddia tələbinin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin dəhlizi, mətbəxi və sanitar qovşağının təmiri üçün ödənilmiş 8000 manatın və həmin ev üçün alınmış məişət əşyalarının alınması üçün ödənilmiş 3290 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməməlidir. Belə ki, mülki iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddia tələbində qeyd edilən fərdi yaşayış evi cavabdehlərin mülkiyyətində deyil və iş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ümumi sahəsi 68 kv.m olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi X13 mülkiyyətindədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin mülkiyyətində olmayan fərdi yaşayış evində aparılmış (yaxşılaşdırma işləri aparılıb-aparılmamasından asılı olmayaraq) yaxşılaşdırma işləri üçün sərf edilmiş pul vəsaitini cavabdehlərdən tələb etməkdə haqlı deyildir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin bu dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə iddia tələbinin 2019-2020-ci illərdə alınmış qızıl zinət əşyalarının dəyərinin, cavabdehin övladlarının təhsil xərclərinin, cavabdehlərin əməliyyat müayinə və müalicəsi üçün xərclənmiş vəsaitin, cavabdehin bank kreditinə görə 2019-cu ildə 12 ay ərzində ondan aldığı vəsaitin, cavabdehin və onun övladlarının Bakı şəhəri, Bınəqədi rayonu, 8-ci mkr, Ş. Məmmədova küçəsi, bina 15. mənzil 38-dən istifadə üçün ödənilmiş kirayə xərclərinin, cavabdehin xx.xx.2022-ci il tarixdə saat 14:36-da 5404X7266 nömrəli kartdan çıxardığı 890 manatın, cavabdehin vəfat etmiş atası X22 mirasının qəbulu ilə bağlı xərclərinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissələrdə də əsassızdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ümumilikdə iddia tələbinin hüquqi əsasını müəyyən edərkən aydın olur ki, iddiaçı və cavabdeh arasında öhdəliyin zərər vurulması, əsassız varlanma, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini göstərən eləcə də tərəflər arasında hər hansı müqavilənin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır. Tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. İddiaçı 55250,25 (55506,92 manat-120 manat dövlət rüsumu-135,75 manat dövlət rüsumu) manatdan məhrum olduğunu qeyd etsə də, iddiaçı tərəfindən cavabdehin onun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etmədiyinə görə onun bu tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 260 (iki yüz altmış) manat məbləğində dövlət rüsumu da iddia rədd edildiyindən onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və Məmmədova Hicran Firuddin qızına qarşı pul tələbi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı cavabdehlər Cavabdeh və Məmmədova Hicran Firuddin qızına qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. 260 (iki yüz altmış) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar