Məhkəmə qərarları › İş №e-2(033)-53/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-53/2023

13.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-53/2023 13.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 qızının katibliyi, iddiaçı İsmayılova İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı İsmayılova İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı İsmayılova İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan ünvan 1-da yerləşən 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı ümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin 5/12 hissəsinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 170.01 ha olan fərdi yaşayış evi üzərində ümumi paylı mülkiyyət hüququ 26 may 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin çıxarışdan da göründüyü kimi, qeyd olunan daşınmaz əmlakın 0.02 ha torpaq sahəsi və birinci mərtəbədə iki yaşayış otağının (ümumi sahəsi 105.78 kv.m., yaşayış sahəsi 43.15 kv.m., köməkçi sahə 62.63 kv.m.) 5/12 hissəsi onun mülkiyyətindədir. Cavabdeh isə 0.02 ha torpaq sahəsinə və birinci mərtəbədə iki yaşayış otağı, ümumi sahəsi 105.78 kv.m., yaşayış sahəsi 43.15 kv.m., köməkçi sahə 62.63 kv.m. sahəsinin 5/12 hissəsinə payı daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmışdır. Çıxarışda adları qeyd olunan şəxslər X7 xx.xx.2014-cü il tarixdə, X8 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda Cavabdeh yaşayış evindən və torpaq sahəsindən payın naturada ayrılmasına dair müraciətləri nəticəsiz qaldığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı İsmayılova İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın naturada bölgüsü mümkün olmadığından həmin əmlakda olan payına münasibətdə kompensasiyanın Cavabdeh tərəfindən ona ödənilməsi, bu mümkün olmadıqda isə həmin daşınmaz əmlakın hərracdan satılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı İsmayılova İddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin nəzərə alınmadan ilkin verdiyi iddia tələbinə baxılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılova İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ünvan 1-da yerləşən 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı ümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin 5/12 hissəsinin, cavabdehin adına düşən hissədən ayırıb naturada ayrılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz etmədiyini bildirmiş, lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydə bunun mümkün olmadığı qeyd edilmişdir. O, da hazırda onun payının naturada ayrılmasını xahiş edir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsi ev 9-da yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170,01 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı ümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin 5/12 hissəsi Cavabdeh, 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı ümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin 2/12 hissəsi X1, 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı ümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin 5/12 hissəsi İsmayılova İddiaçı, 0,02 ha torpaq sahəsinin və ikinci mərtəbədə bir yaşayış otağı ümumi sahəsi 42,63 kv.m, yaşayış sahəsi 17,98 kv.m, köməkçi sahə 22,65 kv.m hissəsi X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 160 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinin 16 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İsmayılova İddiaçı (5/12) məxsus ünvan 1-da yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ölçüləri koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İsmayılova İddiaçı (5/12) məxsus ünvan 1-da yerləşən 0.04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşən ümumi sahəsi 170.01 kv.m. olan yaşayış evinin 0.02 ha torpaq sahəsi və birinci mərtəbədə yerləşən ümumi sahəsi 105.78 kv.m., yaşayış sahəsi 43.15 kv.m., köməkçi sahəsi 62.63 kv.m. sahəsi olan iki yaşayış otağı bölündükdən sonra torpaq sahəsinin iddiaçı İsmayılova İddiaçı məxsus 5/12 hissəsinin digər hissələrdən naturada ayrılmasına baxıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli 10/619 saylı ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinin iddiaçı İsmayılova İddiaçı məxsus 5/12 hissəsinin və həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 0.02 ha hissəsinin naturada ayrılmasının İnşaat Norma və Qaydaları 2.08.01.89* un 1.1, 2.2, 2.4. bəndələrində və Məhkəmə Tikinti-X5 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manatdır. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinə və torpaq sahəsinə kənardan və daxildən baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikili 2 mərtəbədən ibarət fərdi yaşayış evidir və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 1 tərəfdən yol, 3 tərəfdən isə qonşu sahələr ilə əhatə olunur. Hazırda fərdi yaşayış evinin naturada ayrılması tələb edilən birinci mərtəbəsində yerləşən iki yaşayış otağında yaşayış yoxdur. Mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyəti və bölgü aparılacağı təqdirdə həmin hissələrə ayrı-ayrılıqda giriş-çıxış qapısının açılması mümkünsüzdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsi ev 9-da yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170,01 kv.m. olan fərdi yaşayış evinə münasibətdə 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı-ümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin 5/12 hissəsi Cavabdeh, 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı ümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin 2/12 hissəsi X3, 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı ümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin 5/12 hissəsi İsmayılova İddiaçı, 0,02 ha torpaq sahəsinin və ikinci mərtəbədə bir yaşayış otağı ümumi sahəsi 42,63 kv.m, yaşayış sahəsi 17,98 kv.m, köməkçi sahə 22,65 kv.m hissəsi X4 məxsusdur. İddiaçı İsmayılova İddiaçı ünvan 1-da yerləşən 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağıümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin 5/12 hissəsinin cavabdehin adına olan hissələrdən naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli 10/619 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinin iddiaçı İsmayılova İddiaçı məxsus 5/12 hissəsinin və həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin 0.02 ha hissəsinin naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Ekspert tərəfindən tədqiq edilən ünvana baxış keçirilən zaman da müəyyən olunmuşdur ki, mübahisə predmeti olan tikilinin 2 mərtəbədən ibarət fərdi yaşayış evi olduğu və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1 tərəfdən yol, 3 tərəfdən isə qonşu sahələr ilə əhatə olunduğu müşahidə olunmuşdur. Mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki vəziyyəti və bölgü aparılacağı təqdirdə həmin hissələrə ayrı-ayrılıqda giriş-çıxış qapısının açılması mümkünsüzdür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. İşdən də göründüyü kimi, mülkiyyətçilərin mübahisə predmeti olan torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə payları müəyyən edilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, barəsində mübahisə gedən ünvan 1-da yerləşən 0,02 ha torpaq sahəsinin və birinci mərtəbədə iki yaşayış otağı-ümumi sahəsi 105,78 kv.m, yaşayış sahəsi 43,15 kv.m, köməkçi sahə 62,63 kv.m sahələrinin İsmayılova İddiaçı məxsus 5/12 hissəsinin digər hissələrdən naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Məhkəmə onu da qeyd edir ki, Tikinti-X5 Metodlarında göstərilənlərə görə mənzillərin (evlərin, tikililərin və s.) tərəflər (mülkiyyətçilər) arasında bölgüsü yalnız təcrid mənzillər şəklində aparılmalıdır. Belə ki, bölgü zamanı, tərəflərin hər birinin sərəncamında yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) tikililəri və bu tikililərə ayrıayrılıqda giriş-çıxış yolu olmalıdır. Bundan başqa, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Qanunvericiliyin tələblərinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İsmayılova İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin naturada ayrılması tələbinə dair iddiası rədd edilməlidir. 100 manat dövlət rüsumu iddiaçı İsmayılova İddiaçı özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddiaçı İsmayılova İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı İsmayılova İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı İsmayılova İddiaçı 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar