Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-559/2023 18.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 katibliyi, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə, cavabdehlər Cavabdeh1 və Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 qarşı Zaqatala Rayon Məhkəməsinin 2(033)- 214/2010 saylı 18 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən açıq hərracda satılması nəzərdə tutulan əmlakın satılması ilə bağlı hərracın davam etdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti (bundan sonra "xxxx" BOKT MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 214/2010 saylı, 18 iyun 2010-cu il tarixli qətnaməyə əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0,035 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 52,5 kvadrat metrdən ibarət yaşayış sahəsi, 160,7 kvadrat metrdən ibarət köməkçi sahəsi olan fərdi yaşayış evi üzrə hərracın davam etdirilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 iyun 2008-ci il tarixdə İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 09 iyun 2008-ci il tarixli kredit müqaviləsi bağlanarkən, cavabdehə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 0,035 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 52,5 kvadrat metrdən ibarət yaşayış sahəsi, 160,7 kvadrat metrdən ibarət köməkçi sahəsi olan fərdi yaşayış evi ipoteka yüklü edilərək, Cavabdeh1 ilə ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh tərəfindən kredit öhdəliyi yerinə yetirilmədiyi üçün "KredAqro” BOKT MMC tərəfindən məhkəməyə müraciət olunmuşdur. 18 iyun 2010-cu il tarixli Zaqatala Rayon Məhkəməsinin 2(033)- 214/2010 saylı qətnaməsinə əsasən, ipoteka predmeti olan fərdi yaşayış evinin qıyməti 90000 ABŞ dolları məbləğində müəyyən olunaraq, Cavabdeh1 İddiaçı BOKT MMC-nin xeyrinə ümumi 45032,58 ABŞ dolları məbləğində borcun qaytarılması müəyyən olunmuşdur. Qeyd etmək istəyir ki, qətnamə qanuni qüvvəsini alarkən, Zaqatala Rayon İcra və Probasiya şöbəsi vasitəsi ilə hərraca yönəldilmişdir. Azərbaycan Respublikasının ərazisində Azərbaycan manatı valyutasında başqa digər xarici valyuta ilə hər hansı bir əməliyyat qanunvericiliyə əsasən qadağandır. Bununla belə 2(033)-214/2010 saylı, 18 iyun 2010-cu il tarixli Zaqatala Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuş ABŞ dolları məbləğində ipoteka girovunun qiyməti, 2011-ci il tarixli məzənnəyə uyğun olaraq (1 Azərbaycan manatı - 0.78 ABŞ dolları məzənnəsində idi) Azərbaycan manatı ekvivalentinə keçirilmişdir və "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. Qeyd etmək istəyir ki, İddiaçı BOKT MMC tərəfindən yalnız 05 noyabr 2011-ci il tarixli, 10578 nömrəli bildiriş gələrkən, həmin bildirişdə qeyd olunmuşdur ki, ilkin hərrac baş tutmamış, növbəti hərraca əmlak çıxarılarkən, əmlakın qiyməti 61200 manat məbləğində təşkil edəcəkdir. Halbuki, qeyd olunmuş tarixdə hərrac keçirilməmişdir. Lakin ikinci hərrac baş tutmadığından sonra, 61200 manat məbləğində təyin olunmuş qiyməti 25% aşağı enmiş və ipoteka haqqında qanuna əsasən İddiaçı BOKT MMC-yə balansa götürülməsi barəsində heç bir təklif gəlməmişdir. Halbuki, təklif gələrkən İddiaçı BOKT MMC tərəfindən həmin daşınmaz əmlak dərhal balansa götürüləcək idi. Tərəfindən 16 yanvar 2023-cü il tarixdə Zaqatala rayon İcra və Probasiya Şöbəsinə yazılı olaraq, həmin hərracın nəticələri barəsində məlumat verilməsi xahiş olunmuşdur. Lakin Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən məlumat verilmişdir ki, guya İddiaçı BOKT MMC əmlakdan imtina edib. KredAqro” BOKT MMC ümumiyyətlə həmin ipoteka predmetinin balansa qəbul olunmasından imtina etməmişdir. İmtina etdiyi təqdirdə, icra və probasiya şöbəsində mütləq qaydada bu barədə yazılı sənəd olmalı idi. Halbuki, icra işinin materiallarında bu kimi sənəd yoxdur. Ümumiyyətlə bildirmək istəyir ki, İddiaçı BOKT MMC tərəfindən Hərrac mərkəzindən heç bir təklif rəsmi olaraq göndərilməmişdir. Həmin sənəd barəsində də icra işinin materiallarında heç bir sübut və dəlil yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə hərrac bərpa olunaraq, İddiaçı BOKT MMC-yə həmin ipoteka predmetinin balansa qəbul olunması barədə təklif rəsmi təqdim olunmalıdır. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərdi ki, 2011-ci ildə 2 dəfə hərrac keçirilib və ona bildirişlər gəlib, qətnamə üzrə onun 45 min manat borcu olub, lakin o borcun 41 min manat hissəsini ödəyib və onun iddiaçı qarşısında 4 min manat borcu olduğundan iddiaçı ipoteka ilə yüklü evi balansa götürməyib. 31600 manat sığorta pulu alıb, eyni dövrdə və həmin məbləğlə borcu ödəyib. İddiaçının nümayəndəsi 43000 borc olduğunu deyir, lakin borcu 45000 olub və 2000 manat restrukturizasiyaya düşüb. Ona 4000 manat borcunun olmasına dair də arayış verilib. O, hərracda iştirak edib etməməsini xatırlamır, lakin ona hərracla bağlı bildiriş gəlmiş və bildirişləri məhkəməyə də təqdim etmişdir. O, iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə ona verilən suallara cavab olaraq bilirdi ki, borclu Cavabdeh1 müraciəti əsasında o, Kred Aqro BOKT MMC-yə ipoteka predmeti olan əmlakın tələbkar olaraq balansına qəbul edilib-edilməməsi barədə sorğu vermiş və sorğuya cavab olaraq əmlakın balansa qəbul olunmadığını öyrənmişdir. O, icra işinin sənədləri arasında yekun protokol olmadığı üçün tələbkara sorğu verməli olmuşdur. İddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 qarşı Zaqatala Rayon Məhkəməsinin 2(033)- 214/2010 saylı 18 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən açıq hərracda satılması nəzərdə tutulan əmlakın satılması ilə bağlı hərracın davam etdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İcra haqqında ”Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir.[ Həmin Qanunun 61-ci maddəsinə əsasən vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Göründüyü kimi məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir və icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən hərracın keçirilməsi barədə sifariş verir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli 2(033)-209/2023 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək 09 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, cavabdeh İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti ilə iddiaçı Cavabdeh1 arasında bağlanmış Zaqatala şəhəri V.Qurbanov küçəsi 5 ünvanında yerləşən iddiaçı Cavabdeh1 mülkiyyətində olan 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipoteka qoyulmasına dair 13 iyun 2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2008-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı BOKT Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə aparılmış həmin ipoteka predmetinin yüklülükdən azad edilməsi, iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli 2(033)-214/2010 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək Cavabdeh1 ilə “Cred Aqro” Qeyri Bank Kredit Təşkilatı arasında bağlanmış 09 iyun 2008-ci il tarixli kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh1 ilə “Cred Agro” Qeyri Bank Kredit Təşkilatı arasında bağlanmış 09 iyun 2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq X4 mülkiyyətində olan ünvan 2 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin hərracda 90 000 ABŞ dolları müəyyən edilməklə satılması, Cavabdeh1 məxsus ünvan 2 ünvanda 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı. 52,5 kvm yaşayış, 160,7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda Cavabdeh1 və X1 tutduqları yaşayış sahəsini ən geci bir ay müddətinə tərk etmələri, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş puldan 35669.54 ABŞ dolları kreditin əsas məbləği, 8335,86 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 1027,18 ABŞ dolları hesablanmış cərimə borcu, cəmi 45032,58 (qırx beş min otuz iki dollar əlli səkkiz sent) ABŞ dolları və 20 manat dövlət rüsumunun iddiaçı “Cred Agro” Qeyri Bank Kredit Təşkilatının hesabına keçirilməsi qət edilmişdir. Zaqatala Rayon İcra qrupunun 17/228 nömrəli 31 may 2011-ci il tarixli icraata başlamaq haqqında qərarından da görünür ki, Zaqatala Rayon Məhkəməsinin 18 iyun 2010-cu il tarixli 2(033)-214/2010 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. "xxxx" BOKT MMC tərəfindən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 1318/22 nömrəli 21 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-214/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasının təmin edilməsi ilə əlaqədar olaraq ipoteka predmeti olan ünvan 2 ünvanda 0.035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 52.5 kvm yaşayış, 160.7 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinin satışı təşkil edilməsi üçün müxtəlif tarixlərdə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinə məktublar ünvanlanmışdır. Lakin hərrac zamanı şirkət tərəfindən əmlakdan imtina edilmişdir. Bu səbəbdən əmlak "KredAqro’' BOKT MMC (Cred Agro QKBT) - nin balansına keçməmiş və heç bir alqı-satqı olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, başqa sözlə, ipoteka saxlayanın ipoteka predmetini “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində nəzərdə tutulmuş qaydada 30 gün ərzində əldə etməsi üçün təkrar hərracın baş tutmaması barədə KİV-də elanın dərc edilməsi kifayətdir, 30 günlük müddətin axımı məhz həmin elanın dərc edilməsi ilə başlamış olur və bunun üçün hərrac təşkilatının ipoteka saxlayana hər hansı bir əlahiddə bildiriş və ya təklif göndərməsinə ümumiyyətlə ehtiyac yoxdur. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. İstinad edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə, hazırkı işdə icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərar, həmçinin icra sənədinin icrasına yönələn hərəkətlərdən ayrıca iddianın qaldırılması istisna edildiyindən, həmin qərar və hərəkətlərdən ayrıca iddia verməklə onların mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsi istisna edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mərhələdə açıq hərracda satılması nəzərdə tutulan əmlakın satılması ilə bağlı hərracın davam etdirilməsi ilə bağlı məsələyə yeni iddia vermək yolu ilə deyil, yalnız icra icraatı çərçivəsində hərracı sifariş etmiş icra məmurunun hərəkət və ya hərəkətsizliyindən verilmiş şikayət qaydasında baxıla bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinin əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Göründüyü kimi, məhkəmənin qərarı əsasında borclunun əmlakına tutma yönəldilməsi, onun açıq hərracdan satılması, hərrac prosesinin sifarişi qanunla birbaşa icra məmurunun səlahiyyətlərinə aid edildiyi halda iddiaçı Zaqatala Rayon Məhkəməsinin 2(033)-214/2010 saylı 18 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən açıq hərracda satılması nəzərdə tutulan əmlakın satılması ilə bağlı hərracın davam etdirilməsi tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 qarşı Zaqatala Rayon Məhkəməsinin 2(033)-214/2010 saylı 18 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən açıq hərracda satılması nəzərdə tutulan əmlakın satılması ilə bağlı hərracın davam etdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 qarşı Zaqatala Rayon Məhkəməsinin 2(033)-214/2010 saylı 18 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən açıq hərracda satılması nəzərdə tutulan əmlakın satılması ilə bağlı hərracın davam etdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı əsası ilə işin icraatına xitam verilərkən məhkəmə ərizəçiyə onun hansı orqana müraciət etməli olduğunu da göstərməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki iddiaçıya iddia ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.4, 262.5, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 qarşı Zaqatala Rayon Məhkəməsinin 2(033)- 214/2010 saylı, 18 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0,035 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 52,5 kvadrat metrdən ibarət yaşayış sahəsi, 160,7 kvadrat metrdən ibarət köməkçi sahəsi olan fərdi yaşayış evi üzrə hərracın davam etdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya iddia ərizəsində göstərilən tələblə məhkəmə qətnamələrinin icrası qaydasında aidiyyəti üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə və Cavabdeh1 qarşı Zaqatala Rayon Məhkəməsinin 2(033)- 214/2010 saylı 18 iyun 2010-cu il tarixli qətnaməsinə əsasən açıq hərracda satılması nəzərdə tutulan əmlakın satılması ilə bağlı hərracın davam etdirilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən hakim: Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-559/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-559/2023
18.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver