Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-56/2025 19.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 Əli qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “daşınmaz əmlakın paylara müvafiq olaraq naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri: İddiaçı cavabdeh Gökalemin Azizə qarşı “daşınmaz əmlakın paylara müvafiq olaraq naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ********** qeydiyyat nömrəli, 30 aprel 2024-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən onunla Cavabdeh1 ümumi paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m olan fərdi yaşayış evindən İddiaçı aid 1/2 hissənin naturada ayrılması və Cavabdeh1 naturada ayrılmış həmin hissədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 ümumi paylı mülkiyyətində ünvan 1 ünvanında 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m olan fərdi yaşayış evi vardır. Həmin əmlak üzərində hüquqlar 30 aprel 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan da göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m olan fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh1 ümumi paylı mülkiyyətindədir. İddiaçı, Cavabdeh1 ilə ümumi paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m olan fərdi yaşayış evinin paylara müvafiq olaraq naturada bölünməsi ilə bağlı razılığa gəlməyə çalışmaq istəsə də, heç bir nəticə əldə edə bilməmiş və nəticədə qeyd olunan əmlaklardan özünə düşən payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə gedişatında müəyyən edilmişdir ki, Gözalemin Aziz ********** qeydiyyat nömrəli, 30 aprel 2024-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən onunla iddiaçının paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m olan fərdi yaşayış evindən ona aid ½ hissəni Cavabdeh2 bağışlamışdır. 04 iyun 2025-ci il tarixdə cavabdeh Gökalemin Aziz əsl cavabdeh X5 ilə iddiaçının razılığı ilə əvəz edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları 04 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, cavabdeh Aziz Gökalemin ilə birgə nikah dövründə əldə etdikləri torpaq sahələrini satmamışdır. Ona məxsus bütün əmlak hazırda mübahisələndirilən evdə yerləşir və hazırda həmin evdə Aziz Gökalemin arvadı Cavabdeh2 ilə birlikdə yaşayır. O, özünə məxsus əşyaları evin bir otağına yığıb həmin evdən çıxsa da cavabdehlər həmin otağı da açıb istifadə edirlər. Halbuki, evin ½ hissəsi onun mülkiyyətindədir. Ekspert evin naturada bölünməsinin mümkün olmaması rəyinə gəlmişdir. O, istəyir ki, mübahisəli ev satılsın və dəyəri cavabdeh ilə aralarında bölünsün. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, mübahisəli mənzilin naturada bölünməsinə etiraz etmir. Mübahisələndirilən mənzil və onun yerləşdiyi torpaq sahəsindən payları ½ hissə olmaqla iddiaçının və ½ hissə cavabdeh Aziz Gökaleminin mülkiyyətində olmuşdur. Aziz Gökalemin mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən özünə düşən payı ona bağışlamışdır. Onun həmin mənzildə heç bir əməyi və əziyyəti yoxdur. Onlar dəfələrlə iddiaçıya əmlak bölgüsü ilə bağlı mübahisənin aralarında razılıqla həll edilməsini təklif etsələr də sonuncu bundan imtina etmişdir. Odur ki, iddiaçıya çatacaq payın ona çatan paydan naturada ayrılması barədə məsələnin həll edilməsini məhkəmənin mülahizəsinə buraxır. 15 may 2025-ci il tarixdə əsl cavabdehlə əvəz edilməmişdən əvvəl cavabdeh qismində izahat verən Gökalemin Aziz iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, mübahisəli evin sahəsi faktiki olaraq 144 kvm olsa da çıxarışda onun ölçüsü 139,2 kvm göstərilmişdir. O, iddiaçı ilə birgə nikah dövründə olduqları zaman torpaq sahələri və fərdi yaşayış evi almışdır. Həmin əmlakları iddiaçıya etibar edib onun və anasının adına rəsmiləşdirmişdir. Lakin iddiaçı ilə münasibətləri pozulduğundan iddiaçı onun razılığı olmadan torpaq sahələrinin bəzilərini satmış və pulundan ona çatacaq hissəni ona verməmişdir. Hazırda mübahisələndirilən torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsinə etiraz etmir. O, özünə çatacaq payı arvadı Cavabdeh2 bağışlamışdır. Odur ki, iddiaçıya çatacaq payın cavabdehə çatan paydan naturada ayrılması barədə məsələnin həll edilməsini məhkəmənin mülahizəsinə buraxır. Yazılı sübutlar Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 139,2 kv.m fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, torpaq sahəsinin və fərdi yaşayış evinin 1/2 hissəsi Gökalemin Azizin adlarına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 139,2 kv.m fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, torpaq sahəsinin və fərdi yaşayış evinin 1/2 hissəsi X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinin 23 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X3 məxsus ünvan 2 ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 139.2 kv.m fərdi yaşayış evinin yerdə (naturada) ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X3 məxsus ünvan 2 ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan ümumi sahəsi 139.2 kv.m fərdi yaşayış evinin İddiaçı məxsus 1/2 hissənin digər hissədən naturada ayrıldıqdan sonra həyətyanı torpaq sahəsinin bölünməsi məsələsinə baxıla bilər. Əgər Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2024-cü ıl qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/2 hissəsi) və X3 (1/2 hissəsi) məxsus ünvan 2 ünvanında yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində olan ümumi sahəsi 139.2 kv.m fərdi yaşayış evinin iddiaçıya məxsus hissəsinin digər hissədən naturada ayrılması idarənin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 10/6945 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan (səh.29-33) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Texnik Pasport” sənədində əsasən tədqiq olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. XY
1. 633305.13 4610546.5397
2. 633301.07 4610526.9498
3. 633286.38 4610529.9897
4. 633290.44 4610549.5798
ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin ideal paylar üzrə 1/2 hissəyə naturada bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X1 göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. 06 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinə asasən qiymətləndirilir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin чəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
Məhkəmənin mövqeyi:
Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin müəyyən еdilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 kv.m olan fərdi yaşayış evi hər birinin payı 1/2 hissə olmaqla tərflərin paylı mülkiyyətindədir. İddiaçı öz payının naturada ayrılmasını tələb еdir. Məhkəmə tikinti-tехniki еkspеrtizasının 03 aprel 2025-ci il tarixli 10/6945 saylı ekspert rəyi ilə fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin paylar üzrə 1/2 hissəyə naturada ayrılmasının mümkün omadığını müəyyən еtmişdir. Məhkəmə rəyi vеrmiş şəхsin mühəndislik sahəsində хüsusi biliyinin olduğunu nəzərə alaraq, 03 aprel 2025-ci il tarixli 10/6945 saylı rəylə razılaşır və iddiaçının paylı mülkiyyətdə olan fərdi yaşayış evindəki və həyətyanı torpaq sahəsindəki paylarının naturada ayrılmasının mümkün olmadığı nəticəsinə gəlir. Məhkəmə iddia tələbi üzrə bеlə nəticəyə gəlir ki, iddiaçının cavabdеhlə paylı mülkiyyətində olan fərdi yaşayış evindəki və həyətyanı torpaq sahəsindəki paylarının naturada ayrılması mümkün olmadığından iddia tələbi təmin еdilə bilməz вə rədd еdilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia rədd еdildiyindən 100 manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumu da onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi
İddiaçı Cavabdeh2 qarşı ********** qeydiyyat nömrəli, 30 aprel 2024-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən onunla Cavabdeh2 ümumi paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 139,2 m olan fərdi yaşayış evindən ona aid 1/2 hissənin naturada ayrılması və cavabdehin naturada ayrılmış həmin hissədən çıxarılması tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 (bir yüz) manat məbləğində rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Vüqar Məmmədov