Məhkəmə qərarları › İş №e-2(033)-568/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-568/2025

17.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-568/2025 17.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 000 manat pul, dövlət rüsumu olaraq ödədiyi 120 manat pul və vəkil xidmət haqqı olaraq ödədiyi 320 manat pul məcburi qaydada alınaraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən Cavabdeh 2021-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayları ərzində 10 000 manat borc pul verilmişdir. Cavabdeh həmin pulu hissə-hissə, 2024-cü ilin 01 iyun tarixdən başlayaraq 2025-ci ilin 01 iyun tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin artıq bir ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləğdən ümumiyyətlə ödəniş etməmişdir. Cavabdehə tərəfindən rəsmi məktubla xəbərdarlıq olunmuş, lakin heç bir nəticəsi olmamışdır. Hazırda maddi vəziyyəti olduqca ağırdır və pula böyük ehtiyacı var. Hesab edir ki, Cavabdeh 1000 manat pul alınaraq ona verilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə iddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ərizə göndərərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, 450 manat iddiaçının əmək haqqı hesabına köçürməklə qaytarmışdır. 190,10,100,25 manat ödəmişdir. 320 manat komissiya tutub. İddiaçıya 1500 manata paltaryuyan maşın alıb verib. Pulun əvəzi olaraq verməyin paltaryuyan maşını, bununla bağlı iddia verəcək. Vəkil xərci də çox göstərilib və həmin hissənin də təmin edilməməsini xahiş edir. İşin halları Sadə yazılı formada Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 08 mart 2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 2021-ci ilin sentyabr ayından 2023-cü ilin mart ayınadək olan müddət ərzində hissə-hissə olmaqla 10000 manat borc pul almışdır və həmin borcu xx.xx.2024-cü il tarixindən etibarən hissə-hissə hər ay ödəmək şərti ilə 1 il müddətinə qaytaracağına dair söz vermişdir. Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 10000 manat pulun qaytarılması ondan tələb edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, GY*** AB****** RA*** Qİ** hesabına 190 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, GY*** AB****** hesabına 10 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, GY*** AB****** hesabına 25 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 2021-ci ildən 2023-cü ilədək müxtəlif tarixlərdə hissə-hissə olmaqla qaytarmaq şərti ilə ümumilikdə 10000 manat məbləğində borc pul almışdır. Bu hal cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilərək imzalanmış xx.xx.2024-cü il tarixli iltizamla də öz təsdiqini tapmışdır. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik yaranmışdır. Cavabdeh həmin pulun 225 manat hissəsini qaytarmış, lakin qalan hissəsini qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 225 manatın iddiaçının hesabına ödənilməsinə dair qəbzləri məhkəməyə təqdim edərək iddianın qismən təmin edilməsini və vəkil üçün ödənmiş vəsaitində azaldılmasına xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmişdir. İş materialları ilə də müəyyən olunur ki, borclu Cavabdeh yazılı borc müqaviləsinə (qəbzə) əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. İddiaçı cavabdeh tərəfindən sadə yazılı formada tərtib edilərək iltizamı təqdim etməklə Cavabdeh ondan 10000 manat pulu götürdüyünü sübut etmiş və cavabdeh həmin sübutları təkzib etmək üçün mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə işdə olan Cavabdeh yazaraq imzaladığı qəbzi borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Cavabdeh tərəfindən 225 manat ödəniş edilməsinə dair sübutlarda məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də, iddiaçı müqavilə üzrə yaranmış və cavabdeh tərəfindən ödənməmiş 9775 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh da iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi qisməntəmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Cavabdeh 9775 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 117,75 manat dövlət rüsumu cavabdehdən alınaraq ona qaytarılmalı və 2,25 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 320 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X2rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, məhkəmə bu başlıq altında bütün xərclər üçün 100 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 9775 (doqquz min yeddi yüz yetmiş beş) manat məbləğində borc pul, 117,75 (bir yüz on yeddi manat yetmiş beş qəpik) manat dövlət rüsumu və 100 (bir yüz) vəkilin xidmət haqqı kimi ödənmiş vəsaitin əvəzi alınaraq İddiaçı verilsin. 2,25 (iki manat iyirmi beş qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar