Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-577/2023 07.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, fərdi yaşayış evinin və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair ilk; Cavabdeh1 İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia tələblərinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia tələbinin dəlilləri: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma, və s. tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslərin onun mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 449.50 kvm olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılaraq (boşaldılaraq) ünvan 1ində ümumi sahəsi 449.50 kvm olan fərdi yaşayış evi və 0,0669 ha torpaq sahəsinin ona təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə 12 avqust 2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, onun ailə üzvləri Cavabdeh2 İdman qızının (təvəllüd: xx.xx.1988, AZE********), uşaqları X3 (təvəllüd: xx.xx.2009, AZE********) və X2 (təvəllüd: xx.xx.2012, AZE1 1053313) və həmin ünvanda qanunsuz yaşayan digər şəxslərin İddiaçı ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılaraq ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evinin və 0,0669 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi, həmçinin iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evi və 0,0669 ha torpaq sahəsi vardır. Qeyd olunan əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Belə ki, iddiaçı Qurbanlı X8 rayonu, Kebeloba kəndində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evi və 0,0669 ha torpaq sahəsini 05 aprel 2022-ci ildə Cavabdeh1 AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən almışdır. Lakin buna baxmayaraq Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslər hal-hazıradək İddiaçı mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən çıxmamaqdadırlar. Nəticədə, İddiaçı Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslərə qarşı mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, halhazırda Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslər İddiaçı qızının mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən çıxmayaraq faktiki olaraq iddiaçı X4 mülkiyyət hüququnu pozmaqda davam edirlər. Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evi və 0,0669 ha torpaq sahəsinə daxil olmasının qarşısını almaqdadır. Cavabdehlər Cavabdeh1 və həmin ünvanda qanunsuz yaşayan digər şəxslərin qanunsuz hərəkətləri nəticəsində İddiaçı Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. İlk iddia üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə 16 avqust 2023-cü il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1, onun ailə üzvləri Cavabdeh2 İdman qızının, uşaqları X3 və X2 İddiaçı ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 1ində ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılmaları, ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, Keboloba kəndində ümumi sahəsi 449,50 kv.m olan fərdi yaşayış evinin və 0,0669 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pulun Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşlılıqdi iddia üzrə cavabdeh İddiaçı, mülkiyyətində olmuş və 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən" qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satılmış Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,0664 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evlərinin dəyərinin ödənilməyən yerdə qalan hissəsi olan 150.000 (bir yüz əlli min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 450 (dörd yüz əlli) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi qarşlılıqli iddia üzrə cavabdeh İddiaçı ona ödəməli olduğu fərdi yaşayış evinin yerdə qalan dəyəri olan 150.000 (bir yüz əlli min) manat pulun tutulması ilə bağlıdır. Belə ki, ona məxsus Zaqatala rayonu Kebeloba kənd ərazisində 0,0664 ha torpaq sahəsinin üzərində 3 otaqlı fərdi yaşayış evi və 3 mərtəbəli ümumi sahəsi 381,9 kv.metr olan obyekt var idi. Həmin əmlakın satması üçün Zaqatala rayon sakini X7 etibarnamə vermişdir. İsa əmlakın 350 min manata satılması üçün İddiaçı nümayəndəsi ilə razılaşmışdı. Ona görə 05 aprel 2022-ci il tarixində İddiaçı etibarnamə ilə nümayəndəsinin iştirakı ilə "Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi bağlamışlar. X10 qohumu olduğu üçün əmlakını dəyərinin müqavilədə 145 min manat göstərilməsini razılaşmışdılar. Yəni 145 min manat pul bank vasitəsilə, qalan hissə isə nağd şəkildə ödəniləcəkdi. Alqı-satqı müqaviləsinə kimi 15 min manat nağd, sonra isə 145 min manat bank vasitəsilə ödənilmişdir. Daha sonra isə İddiaçı atası 40 min manat da nağd şəkildə ona pul vermiş, lakin ondan sonra alıcı tərəfindən ona pul verilməmişdir. Alıcı tərəfdən pulu istədikdə "İsa ilə biz 200 min manata razılaşmışdıq" cavabını vermişdir. Həm bu məsələyə görə həm də İsanın onun etibarından istifadə edərək onun digər əmlaklarını ələ keçirməsi ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə şikayət vermişdir. Bu əmlakın satılmasının 350 min manata razılaşdırılması barədə faktları polisə təqdim etmişdir. Alıcıya da pulun ödənilməsi barədə tələb göndərmişdir. X13 pulun qalan hissəsini verməyəcəklərini, əmlakı da təcili satacaqlarını bildirmişdir. Hal-hazırda da o, həmin əmlakda yaşayır. Razılığa görə ona pul tam ödənildikdən sonra o, həmin əmlakdan çıxacaqdı. Göstərilənləri nəzərə alaraq, qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. İlk iddia tələbinə qarşı etirazın dəlilləri: İlk iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Qarşılıqlı iddia tələbinə qarşı etirazın dəlilləri: Qarşılıqlı iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək göstərdi ki, tərəflər arasında rəsmi qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi mövcuddur. İlk iddia üzrə cavabdeh kifayət qədər savada malikdir ki, ilk iddia üzrə iddiaçı ilə belə bir müqavilə bağlasın. Odur ki, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qismən qəbul edərək göstərdi ki, mübahisələndirilən binanın qiyməti 500 000 - 600 000 manatdır və onun həmin binanı ilk iddia üzrə iddiaçıya 145 000 manata satmaq niyyəti olmamışdır. Onlar ilk iddia üzrə iddiaçı ilə həmin binanın 350 000 manat satılmasına razılığa gəlmişlər. Ona ilk iddia üzrə iddiaçı tərəfindən yalnız 200 000 manat pul verilmiş, qalan 150 000 manatı isə ödənilməmişdir. Alqı-satqı bağlanarkən o notariat kontorunda olmuş və bütün əməliyyatlar onun iştirakı ilə aparılmışdır. Evin satılmasında İsa adlı makler vasitəçilik etmiş və sonuncu dələduzluq edib onu aldatmışdır. Belə ki, sonuncu ona məxsus evi ilk iddia üzrə iddiaçıya 350 000 manata satdığını bildirsə də ona sadəcə 200 000 manat pul verilmiş, qalan 150 000 manat isə indiyənədək qaydarılmamışdır. O, evin qalıq qalan dəyəri 150 000 manat ilk iddia üzrə iddiaçı tərəfindən ödənilərsə mübahisələndirilən evdən ailəsi ilə birlikdə çıxmasına razıdır. Göstərilənlərə nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları: İş materiallarına əlavə edilmiş reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 aprel 2022-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Zaqatala rayonu Kebeloba kəndində 0,0669 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 449,50 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 05 aprel 2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh2 əri Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən fərdi yaşayış evini satılmasına razılıq vermişdir. İş materiallarına əlavə edilmiş 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evini İddiaçı 145000 manata satmışdır. Üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı 05 aprel 2022-ci il tarixdən İddiaçı verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Mosul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfinsən verilmiş 09 avqust 2023-cü il tarixli 346 saylı arayışdan görünür ki, Cavabdeh1 ailə tərkibi arvadı Cavabdeh2, qızı X6 və oğlu X1 ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, işin faktiki hallarını araşdıraraq və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Zaqatala rayonu Kebeloba kəndində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evini 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Həmin vaxt Cavabdeh2 ərizə ilə notariat orqanına müraciət edərək, həmin evin satılmasına etiraz etmədiyini bildirmişdir. Fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edilərək, fərdi yaşayış evi 26 aprel 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Bir ildən artıqdır ki, iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, Cavabdeh1 satdığı fərdi yaşayış evini boşaldıb İddiaçı təhvil vermir, Cavabdeh2, uşaqları X6 və X5, eləcə evdən istifadə etməkdə davam edir, oradan çıxmaqdan imtina edir. Cavabdeh1 mülkiyyətçi hüquqlarını itirdiyi fərdi yaşayış evini boşaldaraq İddiaçı təhvil verməməsini, evin ilk iddiaçıya 350 000 manat satılmasında razılaşmaları, evin dəyəri üzrə ona 200 000 manat pulun verilməsi, qalan 150 000 manatın isə ödənilməməsi ilə əsaslandırsa da, həmin halın təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Fərdi yaşayış evinin hansı qiymətə satılması halının təsdiqində müəyyən sübutetmə vasitəsi olan 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə Cavabdeh1 bildirdikləri təkzib olunmuşdur. İş üzrə sübutlarla Zaqatala rayonu Kebeloba kəndində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evinin İddiaçı 350 000 manata satılması, onun evin dəyərinin qalıq hissəsi üzrə qarşılıqlı iddiaçıya 150 000 manat ödəməli olması təsdiq edilməmişdir. Məhkəmə ilk iddia tələbi üzrə belə nəticəyə gəlir ki, satın aldığı fərdi yaşayış evi boşaldılaraq 05 aprel 2022-ci il tarixdən ilk iddiaçıya təhvil verilməli olduğundan, eləcə də Cavabdeh1 mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyindən, eyni zamanda Cavabdeh2 evə mülkiyyət hüququ ilk iddiaçıya keçənədək, həmin evə olan istifadə hüquqlarından imtina barədə notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyindən və cavabdehlərin fərdi yaşayış evinə dair hüquqları ilk iddiaçıya keçdiyindən cavabdehlər və uşaqları, ünvan 1ində yerləşən ilk iddiaçının mülkiyyətinə qeydə alınmış fərdi yaşayış evindən və torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi ilk iddia üzrə iddiaçıya təhvil verilməlidir. Məhkəmə qarşılıqlı iddia belə hesab edir ki, Zaqatala rayonu Kebeloba kəndində yerləşən ümumi sahəsi 67,6 kvm, yaşayış sahəsi 43,6 kvm, yardımçı sahəsi 23,8 kvm olan 3 otaqlı fərdi yaşayış evinin dəyəri üzrə İddiaçı qarşılıqlı idddia üzrə iddiaçıya 150 000 manat ödəmək öhdəliyinin olması sübut edilmədiyindən qarşılıqlı təmin edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, ilk iddia tələbi təmin edildiyindən ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq ilk iddia üzrə İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbi təmin edilmədiyindən ödənilmiş 450 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İlk iddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışa əsasən ilk iddia üzrə İddiaçı mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 449.50 m2 olan fərdi yaşayış evindən və 0,0669 ha torpaq sahəsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, uşaqları X6 və X5, əmlakları ilə birlikdə çıxarılsın və həmin fərdi yaşayış evi və torpaq sahəsi ilk iddia üzrə İddiaçı təhvil verilsin. İlk iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınaraq ilk iddia üzrə İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə İddiaçı qarşı onun mülkiyyətində olmuş və 05 aprel 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən" qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı satılmış Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,0664 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin dəyərinin ödənilməyən yerdə qalan hissəsi olan 150.000 (bir yüz əlli min) manat pulun ilk iddia üzrə İddiaçı alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 450 (dörd yüz əlli) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-577/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-577/2023
07.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver