Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-61/2023 19.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 və X2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı2, İddiaçı1 və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən ümumi birgə mülkiyyətdə olan ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələri təyinatlı (həyətyanı) və 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara düşən 3/4 payın naturada ayrılması və Cavabdeh naturada ayrılmış həmin hissələrdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavabdeh ümumi paylı mülkiyyətində Zaqatala rayonu, Muxax kəndində 0,1027 ha yaşayış məntəqələri təyinatlı (həyətyanı) və 0,8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin əmlaklar üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyata haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"la rəsmiləşdirilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1027 ha yaşayış məntəqələri təyinatlı (həyətyanı) və 0,8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə həmin əmlakın bölünməsi ilə bağlı razılığa gəlməyə çalışmaq istəsələr də, heç bir nəticə əldə edə bilməmiş və nəticədə tərəflərə çatacaq payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki iş üzrə tərəflər məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və cavabdeh və iddiaçılar İddiaçı1, X7 məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. İddiaçı2 ərizə ilə müraciət edərək məhkəmə iclasında müəyyən səbəblərə görə iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə iddiaçıların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-216/2023 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci və xx.xx.2011-ci il tarixlərdə verilmiş qeydiyyat nömrəsi ********** və ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı2, İddiaçı1, Cavabdeh və X2 adına ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1ində yerləşən 0,1027 ha həyətyanı və 0,8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılar İddiaçı2, İddiaçı1, Cavabdeh və İddiaçı3 və Cavabdeh hər birinin payının bərabər yəni, 1/4 hissə müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********80 olan ünvan 1i ünvanında 0.1027 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 1/4 hissəsi İddiaçı2, 1/4 hissəsi İddiaçı1, 1/4 hissəsi X2 və 1/4 hissəsi Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********16 olan ünvan 1i ünvanında 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi İddiaçı2, 1/4 hissəsi İddiaçı1, 1/4 hissəsi X2 və 1/4 hissəsi Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 18 saylı Zaqatala Ərazi İdarəsinin 23 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissəsi), İddiaçı1 (1/4 hissəsi), X6 (1/4 hissəsi) və Cavabdeh (1/4 hissəsi) məxsus ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin çıxarışının planı və ölçüsü sənədindəki koordinatlara və faktiki istifadə vəziyətinin koordinatlarına əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 1-də göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissəsi), İddiaçı1 (1/4 hissəsi), X6 (1/4 hissəsi) və Cavabdeh (1/4 hissəsi) məxsus ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin çıxarışının planı və ölçüsü sənədindəki koordinatlara əsasən yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyəti üst-üstə düşmədiyindən iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissəsinin digər hissədən naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissəsi), İddiaçı1 (1/4 hissəsi), X6 (1/4 hissəsi) və Cavabdeh (1/4 hissəsi) məxsus ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissəsinin digər hissədən naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissəsi), İddiaçı1 (1/4 hissəsi), X6 (1/4 hissəsi) və Cavabdeh (1/4 hissəsi) məxsus ünvan 1ində yerləşən 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin çıxarışının planı və ölçüsü sənədindəki koordinatlara və faktiki istifadə vəziyətinin koordinatlarına əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissəsi), İddiaçı1 (1/4 hissəsi), X6 (1/4 hissəsi) və Cavabdeh (1/4 hissəsi) məxsus ünvan 1ində yerləşən 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin çıxarışının planı və ölçüsü sənədindəki koordinatlara əsasən yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyəti üst-üstə düşmədiyindən iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissəsinin digər hissədən naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissəsi), İddiaçı1 (1/4 hissəsi), X6 (1/4 hissəsi) və Cavabdeh (1/4 hissəsi) məxsus ünvan 1ində yerləşən 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissəsinin digər hissədən naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 may 2023-cü il tarixli 10/2013 nömrəli rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissə), İddiaçı1 (1/4 hissə), X6 (1/4 hissə) və Cavabdeh (1/4 hissəsi) məxsus ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin çıxarışının planı və ölçüsü sənədindəki koordinatlara və faktiki istifadə vəziyyətinin koordinatlarına əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 1-də göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissə), İddiaçı1 (1/4 hissə), X6 (1/4 hissə) və Cavabdeh (1/4 hissəsi) məxsus ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin çıxarışının planı və ölçüsü sənədindəki koordinatlara əsasən yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyəti üst-üstə düşmədiyindən iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissəsinin digər hissədən naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissə), İddiaçı1 (1/4 hissə) X6 (1/4 hissə) və Cavabdeh (1/4 hissə) məxsus ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissəsinin digər hissədən naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissəsi), İddiaçı1 (1/4 hissəsi), X6 (1/4 hissəsi) və Cavabdeh (1/4 hissəsi) məxsus Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin çıxarışının planı və ölçüsü sənədindəki koordinatlara və faktiki istifadə vəziyyətinin koordinatlarına əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planı 2-də göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissəsi), İddiaçı1 (1/4 hissəsi), X6 (1/4 hissəsi) və Cavabdeh (1/4 hissəsi) məxsus Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin çıxarışının planı və ölçüsü sənədindəki koordinatlara əsasən yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyəti üst-üstə düşmədiyindən iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissəsinin digər hissədən naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışda göstərilən paylı mülkiyyət hüququ əsasında İddiaçı2 (1/4 hissəsi), İddiaçı1 (1/4 hissəsi), X6 (1/4 hissəsi) və Cavabdeh (1/4 hissəsi) məxsus Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissəsinin digər hissədən naturada ayrılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 64.1-64.2-ci maddələrinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci və 76.2-ci maddələrində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********80 olan ünvan 1i ünvanında yerləşən 0.1027 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********16 olan ünvan 1i ünvanında 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsi İddiaçı2, 1/4 hissəsi İddiaçı1, 1/4 hissəsi X2 və 1/4 hissəsi Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı2, İddiaçı1 və X7 ünvan 1ində yerləşən və mülkiyyətlərində olan 0.1027 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin və 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus 3/4 payının naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 may 2023-cü il tarixli 10/2013 nömrəli rəyinə əsasən ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissələrinin digər hissədən naturada ayrılması mümkün olmadığı müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Məhkəmə qeyd edir ki, mülkiyyətçilərin mübahisə predmeti olan torpaq sahələrində payları müəyyən edilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, barəsində mübahisə gedən ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyətçiləri olan iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissələrinin naturada ayrılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Məhkəmə onu da qeyd edir ki, Tikinti-X3 Metodlarında göstərilənlərə görə torpaq sahələrinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Qanunvericiliyin tələblərinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1ində yerləşən 0.1027 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və 0.8799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylı mülkiyyətçiləri olan iddiaçılar İddiaçı2, İddiaçı1 və X6 məxsus 3/4 hissələrinin naturada ayrılması mümkün olmadığından iddiaçılar İddiaçı2, İddiaçı1 və X2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. 50 manat ekspertiza tədqiqatının dəyəri iddiaçılardan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçılar İddiaçı2, İddiaçı1 və X2 Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı2, İddiaçı1 və X4 müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İddiaçı2 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-61/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-61/2023
19.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver