Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-615/2023 01.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X22 qızının katibliyi, cavabdeh Zaqatala Rayon Əliabad Bələdiyyəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Zaqatala rayon Əliabad bələdiyyəsinə və Cavabdeh qarşı mülkiyyətə maneənin aradan qaldırılması, torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun açılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətə maneənin aradan qaldırılması, torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 adına 1981-ci ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı yaşayış sahəsinə malik fərdi yaşayış evinin 0,10 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə X1, X2, X8, İddiaçı, X5, X6, X7 ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli “Hüquqların dövlət reyestrindən” çıxarış verilmişdir. Sözügedən 0,10 torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi valideynlərindən onlara bərabər hissədə miras qalmış və onlar həmin miras əmlaka xx.xx.2018-ci il tarixli 2V-638 və 2V-639 nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri almışlar. Sözügedən torpaq sahəsi 1970-ci illərdə kolxozun dövründə onlara verilmiş və onlar indiyədək orada yaşayırdılar. Həmin ev və torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilmiş, torpağın qeydiyyata alınmasına əsas “Torpaq sahəsinin planı və ölçüsü sənədi olmuşdur. Mülkiyyətlərində olan həmin torpaq sahəsi, evə gedən yol, evin və həyətin texniki pasportu, o cümlədən “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür. Lakin həmin yol üçün nəzərdə tutulan torpaq sahəsi onların qonşusu Cavabdeh tərəfindən zəbt edilmişdir. Ərizəyə əlavə etdiyi sənədlərə baxdıqda açıq-aydın görünür ki, onların mülkiyyətlərində olan evə və həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yol sahəsi qanunsuz sənədlərə uyğun olaraq Cavabdeh və qeyrilərin mülkiyyətinə işlənmiş və onların daxilində zəbt torpaq sahəsi kimi göstərilmişdir. Mübahisə predmeti olan yolun Bələdiyyənin ehtiyat fondunda yerləşdiyi üçün həmin yolun açılması Bələdiyyənin səlahiyyətinə daxildir. Bu səbəbdən “Mülkiyyətə maneənin aradan qaldırılması, torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun açılması tələbinə dair” məhkəməyə müraciət edir. Məhkəmə iclası zamanı cavabdeh Zaqatala Rayon Əliabad Bələdiyyəsinin nümayəndəsi X9 qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. Belə ki, mülki işdə olan Zaqatala Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(033)-106/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X8, İddiaçı, X4, X7 və X6 Cavabdeh qarşı yola qoyulmuş darvazanın götürülməsi və yolun açılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən görünür ki, iddiaçılar X14, İddiaçı, X10, X11 və X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********49-10301 nömrə ilə qeydiyyata alınmış, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışda qeyd olunmuş, xüsusi mülkiyyətlərində olan ev və torpaq sahəsinə gediş-gəliş yolunun üzərinə qoyulmuş darvazanın və həmin yolun açılmasına və çəkilmiş xərclər olaraq 65 manat pulun cavabdehdən alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)- 255/2023 nömrəli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(033)-106/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(033)-276/2022 saylı qərardadından görünür ki, iddiaçılar Balaməmmədov Roman Rəhı̇ m oğlunun, İddiaçı Rəhı̇ m qızının, Balaməmmədova Mahı̇ rə Rəhı̇ m qızının, Balaməmmədov Kamran Rəhı̇ m oğlunun və Balaməmmədov Rəhman Rəhı̇ m oğlunun Cavabdeh qarşı “torpaq sahəsinin küçəyə çıxışının qarşısında olan yoldan istifadə etmə hüququnun verilməsi və həmin yoldan istifadə etməyə dair cavabdehin yaratdığı maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardaddan görünür ki, iddiaçılar Balaməmmədov Roman Rəhı̇ m oğlu, İddiaçı Rəhı̇ m qızı, Balaməmmədova Mahı̇ rə Rəhı̇ m qızı, Balaməmmədov Kamran Rəhı̇ m oğlu və Balaməmmədov Rəhman Rəhı̇ m oğlu Cavabdeh qarşı “torpaq sahəsinin küçəyə çıxışının qarşısında olan yoldan istifadə etmə hüququnun verilməsi və həmin yoldan istifadə etməyə dair cavabdehin yaratdığı maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrində **********49-10301 nömrə ilə qeydiyyata alınmış, ******* saylı, xx.xx.2018-ci il tarixli X8 adına hazırlanmış Çıxarış və texniki pasportda qeyd edilən torpaq sahəsinin küçəyə çıxışının qarşısında olan yoldan onlara daimi istifadə hüququnun verilməsi, yoldan istifadəyə dair cavabdeh tərəfindən yaradılmış və quraşdırılmış maneələrin aradan götürülməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq olanlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ümumi birgə mülkiyyət hüququ əsasında ona və digər mülkiyyətçilərə məxsus xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq Hüquqların dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun açılması və cavabdehlər tərəfindən mülkiyyətə maneənin aradan qaldırılmasını tələb edir. Daha əvvəl də hazırki iddia ərizəsi üzrə İddiaçı Rəhı̇ m qızı və digərləri Balaməmmədov Roman Rəhı̇ m oğlu, Balaməmmədova Mahı̇ rə Rəhı̇ m qızı, Balaməmmədov Kamran Rəhı̇ m oğlu və Balaməmmədov Rəhman Rəhı̇ m oğlu Cavabdeh qarşı mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə gediş-gəliş yolunun üzərinə qoyulmuş darvazanın və həmin yolun açılması tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(033)-106/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra hazırki iddia ərizəsi üzrə İddiaçı Rəhı̇ m qızı və digərləri Balaməmmədov Roman Rəhı̇ m oğlu, Balaməmmədova Mahı̇ rə Rəhı̇ m qızı, Balaməmmədov Kamran Rəhı̇ m oğlu və Balaməmmədov Rəhman Rəhı̇ m oğlu Cavabdeh qarşı mülkiyyətlərində olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin küçəyə çıxışının qarşısında olan yoldan onlara daimi istifadə hüququnun verilməsi və yoldan istifadəyə dair cavabdeh tərəfindən yaradılmış və quraşdırılmış maneələrin aradan götürülməsi tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 2(033)-276/2022 saylı qərardadı ilə iddiaçılar Balaməmmədov Roman Rəhı̇ m oğlunun, İddiaçı Rəhı̇ m qızının, Balaməmmədova Mahı̇ rə Rəhı̇ m qızının, Balaməmmədov Kamran Rəhı̇ m oğlunun və Balaməmmədov Rəhman Rəhı̇ m oğlunun Cavabdeh qarşı “torpaq sahəsinin küçəyə çıxışının qarşısında olan yoldan istifadə etmə hüququnun verilməsi və həmin yoldan istifadə etməyə dair cavabdehin yaratdığı maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0 və 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Zaqatala rayon Əliabad bələdiyyəsinə və Cavabdeh qarşı “mülkiyyətə maneənin aradan qaldırılması, torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun açılması” tələbinə dair hissəsi üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.5, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Zaqatala rayon Əliabad bələdiyyəsinə və Cavabdeh qarşı “mülkiyyətə maneənin aradan qaldırılması, torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun açılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı cavabdehlər Zaqatala rayon Əliabad bələdiyyəsinə və Cavabdeh qarşı “mülkiyyətə maneənin aradan qaldırılması, torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun açılması” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən Tural Həsənov .
Məhkəmə qərarları › İş №e-2(033)-615/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-615/2023
01.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver