Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-632/2025 22.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ümumi birgə mülkiyyətlərində olan 0,2622 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,13 ha hissəsinin satışından ümumi olaraq əldə olunan 19500 manat pul məbləğindən onun payına düşən 9750 manat, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə 5250 (beş min iki yüz əlli) manat olmaqla cəmi 15000 (on beş min) manat məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödədiyi 135 (bir yüz otuz beş) manat məbləğində cavabdehdən alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ümumi birgə mülkiyyətlərində Zaqatala rayonu, keçmiş Qazangül kənd ərazisində yerləşən ümumi sahəsi 0,2622 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardı. 2015-ci il tarixdə cavabdehin təklifi ilə ümumi birgə mülkiyyətlərində olan Zaqatala rayonu, keçmiş Qazangül kənd ərazisində yerləşən ümumi sahəsi 0,2622 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini hissəhissə satılmasına razılığa gəlmişdirlər. Belə ki, 01 aprel 2015-ci il tarixdə notarial qaydada bağlanmış “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən DƏDRX-nin Zaqatala şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş **********65 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə onlara (o və cavabdeh) məxsus Zaqatala rayonu, keçmiş Qazangül kənd ərazisində yerləşən ümumi sahəsi 0,2622 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,05 ha hissəsini alıcı X3 üzrə 5000 (beş min) manat məbləğinə, real olaraq isə (0,05 ha x 1500 manat) 7500 manat məbləğinə satılmasına razılığa gəlmişdirlər. Bundan sonra, 05 may 2015-ci il tarixdə notarial qaydada bağlanmış “Daşınmaz əmlakın alqısatqı” müqaviləsinə əsasən ƏMDK yanında DƏDRX-nin Zaqatala şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********51 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə onlara (o və cavabdeh) məxsus Zaqatala rayonu, keçmiş Qazangül kənd ərazisində yerləşən ümumi sahəsi 0,2122 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,08 ha hissəsini alıcı X7 sənəd üzrə 5000 (beş min) manat məbləğinə, real olaraq isə (0,08 ha x 1500 manat) 12000 manat məbləğinə satılmasına razılığa gəlmişdirlər. Qeyd etmək istəyir ki, cavabdehlə ümumi birgə mülkiyyətlərində olan 0,2622 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,13 ha hissəsinin satışından əldə olunan ümumi 19500 manat pul məbləğinin onun payına düşən 9750 manat hissəsini ona ödəməkdən yayınmışdır. Dəfələrlə ondan torpaqların alqı-satqısından əldə olunmuş pul vəsaitindən payına düşən hissəsinin ona verilməsini tələb etsə də, bugünədək verməmişdir. Daha sonra, cavabdeh həmin pul məbləğinin əvəzinə DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə onlara (o və cavabdeh) məxsus Zaqatala rayonu, keçmiş Qazangül kənd ərazisində yerləşən ümumi sahəsi 0,1322 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan payından xeyrinə imtina edəcəyinə söz versə də, bu öhdəliyini də bugünədək icra etməmişdir. Ona görə də, bununla bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarında razılıq olub, o, özünə düşən torpaq hissəsini bağışladığı halda 13 sotun satışından əldə ediləcək vəsait hesabına ona ev tikiləcəyinə dair. O, öz növbəsində bağışlamanı etmiş, bu mübahisə edilən torpaq sahəsinin satışı ilə bağlı yalnız notariusda imza atmışdır. Torpağın neçəyə satılmasına dair məlumatı yoxdur. Həmin torpaq sahəsi ona ev tikilməsi məqsədilə razılıqla satılmış və buna görə o, bağışlama müqaviləsi də imzalamışdır. Pulla bağlı hissədə isə həmin pulları onun həyat yoldaşının götürdüyünü və ev tikintisinə sərf edildiyini bildirir. O, iddianın rədd edilməsini tələb edir. 5 sot torpağın satılma qiyməti müqaviləyə uyğundur, lakin digər daha fərqli məbləğdi. Şahid qismində dindirilmiş X11 bildirmişdir ki, tərəflərin heç biri ilə şəxsi münasibəti yoxdur, xx.xx.2015-ci ildə Ellada və Almazdan torpaq almışdır. 8 sot torpağın hər sotuna görə 1150 manat ödəmişdir. Alqı-satqı zamanı Ellada gəlib qol çəkib getmişdir. Müqavilə bağlanarkən onun anası və əri gəlmişdi. Pul anasının yanında yoldaşına verilib. Anası Almaz pul verilərkən sakit durmuşdur. Ellada pulun verilməsi hissəsində iştirak belə etməyib. İşin halları xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala rayonu Qazangül kənd ərazisində yerləşən 0,2622 ha torpaq sahəsinin 0,08 ha hissəsi mülkiyyətçiləri X10 və İddiaçı tərəfindən 5000 manata alıcı X7 satılmışdır. xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala rayonu Qazangül kənd ərazisində yerləşən 0,2622 ha torpaq sahəsinin 0,05 ha hissəsi mülkiyyətçiləri X10 və İddiaçı tərəfindən 5000 manata alıcı X1. xx.xx.2015- ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh Zaqatala rayonu Qazangül kəndində 0,0649 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61,5 kv. m sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsində X5 bağışlamışdırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX0670663 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala şəhəri (Qazangül kəndi) ərazisində yerləşən 0,1322 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh və İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.3-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Qazangül kənd ərazisində yerləşən 0,2622 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X10 və İddiaçı məxsus olmuş və xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın aqlı satqı müqavilələri əsasında həmin torpaq sahəsinin 0,13 ha hissəsi 0,08 ha hissəsi 5000 manat qarşılığında X6 xeyrinə və 0,03 ha hissəsi 5000 manat qarşılığında X12 xeyrinə özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsinin qalan 0,1322 ha hissəsinə Cavabdeh və İddiaçı mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin bağlanması ərəfəsində (xx.xx.2015-ci il) Cavabdeh və İddiaçı Zaqatala rayonu Qazangül kəndində 0,0649 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61,5 kv. m sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini X5 bağışlamışdırlar. İddiaçı hazırki tələblə müraciət edərək xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın aqlı-satqı müqavilələrinin bağlanması nəticəsində cavabdeh tərəfindən 19500 manat gəlir əldə edildiyini və həmin məbləğinin yarısının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda vurulmuş maddi və mənəvi zərərdə tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ümumilikdə iddia tələbinin hüquqi əsasını müəyyən edərkən aydın olur ki, tərəflərin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi onların razılığı ilə xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə satılmışdır. Lakin satışdan əldə edilən vəsaitin yalnız Cavabdeh tərəfindən alınmasına dair sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və həmin sübutun məhkəmə tərəfindən də əldə edilməsi mümkün olmamışdır. Əksinə, məhkəmə tərəfindən dindirilən şahid alqı-satqı müqaviləsi üzrə ödənilən məbləğin cavabdeh tərəfindən alınmadığını təsdiq etmişdir. Eyni zamanda iddiaçı və cavabdeh arasında öhdəliyin zərər vurulması, əsassız varlanma, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini göstərən eləcə də tərəflər arasında hər hansı müqavilənin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır. Tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə də uzlaşmır. Blə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin 9750 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibətdə qeyd edir ki, həmin tələblər ilkin tələbdən törəmə tələblərdir və ilkin tələb təmin edilmədiyindən iddia tələbinin qeyd edilən hissələri də təmin edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı “pul, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu İddiaçınun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-632/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-632/2025
22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver