Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-652/2025 18.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneə törədən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996 tarixli, 23 nömrəli qərarı ilə verilmiş, ünvan 1i ünvanında yerləşən və JN-249F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0.66 hektar həyətyanı (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) torpaq sahəsi və onun üzərindəki əmlaka mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan mərzçəkmə və texniki inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərə Cavabdeh tərəfindən son qoyulması haqqında; iddiaçının çəkdiyi məhkəmə xərcinin dəyəri olan 420 manat Cavabdeh alınıb (tutulub) iddiaçıya verilməsi (ödənilməsi) haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil vəsatətlə ilə müraciət edərək Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996 tarixli, 23 nömrəli qərarı ilə verilmiş, ünvan 1i ünvanında yerləşən və JN-249F nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0.66 hektar həyətyanı (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) torpaq sahəsi və onun üzərindəki əmlaka mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan mərzçəkmə və texniki inventarlaşdırma işlərinin aparılmasına maneə törədən hərəkətlərə Cavabdeh tərəfindən son qoyulması və iddiaçının çəkdiyi məhkəmə xərcinin dəyəri olan 420 manat Cavabdeh alınıb (tutulub) iddiaçıya verilməsi (ödənilməsi) haqqında qətnamə çıxarılması tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 12 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “maneə törədən hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Cavabdeh qarşı maneə törədən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-652/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-652/2025
18.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver