Məhkəmə qərarları › İş №e-2(033)-667/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-667/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-667/2025 08.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun, 71 (yetmiş bir) manat ödədiyim dövlət rüsumunun və 200 (iki yüz) manat ərizə üçün ödədiyim hüquqi xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində kreditlə KİA markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq məqsədi ilə Cavabdeh 2600 (iki min altı yüz) manat məbləğində pul vermişdir. Bunu cavabdeh öz əl yazısı ilə yazdığı əlyazması və imzası ilə də təsdiq edir. Lakin, Cavabdeh ona avtomobil üçün heç bir etibarnamə verməmişdir. O, cavabdehdən etibarnamə tələb etdikdə isə, hər dəfə müxtəlif bəhanələr gətirərək ona avtomobili idarə etmək üçün etibarnamə verməkdən boyun qaçırmışdır. Beləliklə, o, Cavabdeh aldığı avtomobili idarə edə bilməmişdir. Daha sonra cavabdeh avtomobilin sənədləri ilə bağlı yeniliklər etmək lazım olduğunu və Zaqatala şəhərinə aparıb, daha sonra ona qaytaracağını bildirmişdir. Lakin, həmin vaxtdan sonra avtomobili aparmış və geri qaytarmamışdır. Cavabdehə bununla bağlı dəfələrlə xəbərdarlıq etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirmiş, gah avtomobilin müxtəlif hissələrinin düzəltmək lazım olduğunu, gah da digər səbəbləri bəhanə olaraq bildirmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Cavabdeh avtomobili başqa şəxsə satmışdır. Cavabdeh bu əməlindən sonra onun zənglərinə cavab verməmişdir. O, bununla bağlı Abşeron Rayon Polis İdarəsinə Cavabdeh tərəfindən 2600 (iki min altı yüz) manat məbləğində pulunun ələ keçirilməsi barədə müraciət etmişdir. Lakin, Abşeron Rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərar qəbul edərək işin mülki məsələ olduğunu və məhkəməyə müraciət etmək lazım olduğunu bildirmişdir. Onun cavabdehin sözügedən hərəkətləri səbəbindən səhhətində ciddi problemlər yaranmış, müddətsiz olaraq İ dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh avtomobili ona satmaq məqsədi ilə aldığı 2600 (iki min altı yüz) manat məbləğindən başqa, hər dəfə müxtəlif bəhanələrlə tez bir zamanda qaytaracağı vədi ilə digər ödənişlər əl borcu da istəmişdir. Belə ki, cavabdeh hər dəfə qardaş deyə-deyə ailə xərcləri üçün əlavə olaraq ondan xx.xx.2023-cü il tarixində 2250 (iki min iki yüz əlli) manat əl borcu götürmüşdür. Bunu cavabdeh öz əli ilə yazdığı əlyazması ilə də təsdiq edir. Bundan əlavə, ona zəng edərək demişdir ki, maşının təmirə ehtiyacı var və ona təcili 150 (bir yüz əlli) manat borc ver. O da öz əli ilə aparıb 150 (bir yüz əlli) manat pulu ona vermişdir. Beləliklə, o, Cavabdeh ümumilikdə, 5.000 (beş min) manat məbləğində pul vermişdir. O, xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu ünvanlayaraq 5000 (beş min) manat pulunun geri qaytarılmasını tələb etsə də, cavabdeh ona heç bir ödəniş etməmişdir. Bu səbəbdən də o, 5000 (beş min) manat “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında İddiaçı və onun nümayəndəsi X3 iddia tələbini müdafiə etdiklərini bildirmişlər və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, istifadə üçün maşın götürmüş və gününə 25 manat ödəmişdir. Sonradan maşın cərimə meydançasına yerləşdirilmiş və onun oradan çıxarılması üçün iddiaçıdan 2000 manat ilkin ödəniş istəmiş və iddiaçı bu pulu ödəyərək maşını götürmüş və 2 ay maşın iddiaçıda qalmışdır. 2 ayda ödəniş etməmişdir. 250 manata isə maşına təkər qoyub və arxa stop və arxa porşenlər alıb. 2250 manat əl borcu o götürməmişdir, həmin pul o maşın üçün ödənmiş, 2000 manat və 250 manat çəkdiyi xərclərdir. Odur ki, qalan hissədə iddia tələbini qəbul etmir. İşin halları İddiaçı tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 5000 manat tələb edilmişdir. Sadə yazılı formada tərtib edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Yusubov X2 Elçin Bulud oğluna 2600 manat qarşılığında ** CK *** nömrə nişanlı Kia Rio avtomobilini 18 ay aylığı 700 manat olmaq şərtiylə satmış, 18 ay ödənildikdən sonra avtomobil İddiaçı adına keçəcəkdir. Sadə yazılı formada şahidlərin iştirakı ilə tərtib edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2250 manat əl borcu götürmüşdür. Borcunu hər ayın 25-dən 25-dək 4 ay müddətinə ayda 550 manat olmaq şərtilə geri qaytaracağını vəd etmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 2023-cü ildə qaytarmaq şərti ilə ümumilikdə 2250 manat məbləğində borc pul almışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş sadə yazılı formada tərtib edilmiş qəbzlə öz təsdiqini tapmışdır. Göründüyü kimi, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik yaranmışdır. Cavabdeh borcu qaytarmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə də müəyyən olunur ki, borclu Cavabdeh şifahi borc müqaviləsinə (qəbzə) əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. İddiaçı şahidlərin iştirakı ilə sadə yazılı formada tərtib edilmiş qəbzi təqdim etməklə Cavabdeh ondan 2250 manat pulu götürdüyünü sübut etmiş və cavabdeh həmin sübutları təkzib etmək üçün mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə işdə olan şahidlərin iştirakı ilə sadə yazılı formada tərtib edilmiş qəbzi borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Göründüyü kimi, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də, iddiaçı müqavilə üzrə yaranmış və cavabdeh tərəfindən ödənməmiş 2250 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin avtomobil üçün ödənilmiş 2600 manat pulun və 150 əlli manat borc pulun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən 2600 manat pulun və 150 əlli manat borc pulun cavabdeh tərəfindən əldə edilməsinə dair sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh da iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2250 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 42,50 manat dövlət rüsumu cavabdehdən alınaraq ona qaytarılmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 2250 (iki min iki yüz əlli) manat məbləğində borc pul və 42,50 (qırx iki manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar