Məhkəmə qərarları › İş №e-2(033)-676/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-676/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-676/2023 15.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı X1 nümayəndəsi Vəkil1 Cavabdeh2 nümayəndəsi Vəkil2 Mustafa oğlunun Cavabdeh "xxxx" ASC-in nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2, "xxxx" ASC-ə və Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı “borc pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh2, "xxxx" ASC-ə və Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı “borc pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh2 26.207 (iyirmi altı min iki yüz yeddi) manat pulun, 169 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil2 Mustafa oğlu 12 avqust 2023-cü il tarixdə məhkəməyə işin aidiyyatı üzrə göndərilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iş üzrə Cavabdeh2 Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır. İş üzrə Cavabdeh2 ona təqdim etdiyi etibarnamədə onun qeydiyyat ünvanı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan başqa İddiaçı "xxxx" ASC-nin Zaqatala filialını və Zaqatala rayon İcra və Probasiya şöbəsini də cavabdeh qismində qeyd etmişdir. Lakin iddia ərizəsində iddiaçı onlara qarşı hansı tələbinin olmasını və ya bu iddianın onların hansı hüquq və maraqlarına toxunmasını göstərməmişdir. Yəni burada iddiaçı cavabdehlər "xxxx" ASC-nin Zaqatala filialını ilə yanaşı Zaqatala rayonu üzrə İcra və Probasiya Şöbəsini formal olaraq cavabdeh qismində cəlb etməklə işə Zaqatala rayon məhkəməsində baxılmasına nail olmağa çalışmışdır. Lakin iddia ərizəsi üzrə iddiaçının həmin cavabdehlərə qarşı yönələn hər hansı bir tələbi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Yuxarıda yazılanları nəzərə alaraq e-2(033)-676/2023 saylı işi aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu rayonun İ instansiya məhkəməsinə, Qax rayon məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi Vəkil1 mülki işin aidiyyəti üzrə baxılması üçün Qax rayon məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil2 Mustafa oğlu mülki işin baxılması üçün aiddiyatı üzrə Qax rayon məhkəməsinə göstərilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-in nümayəndəsi X4 mülki işin aidiyyəti üzrə baxılması üçün Qax rayon məhkəməsinə göndərilməsinə etiraz etmədi. İşə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etsə də ki, cavabdeh Babayev X5 şəhəri Nizami küçəsi 70 saylı ünvanında qeydiyyatdadır onun Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatda olması və cavabdeh "xxxx" ASC-in baş ofisisinin ünvan 5 ünvanda yerləşdiyi məlum olmuşdur. Bundan başqa iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdeh Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etsə də ərizənin “xahiş edirəm” hissəsində ona qarşı hər-hansı bir tələb irəli sürməmişdir. Qeyd edilənlərdən aydın olur ki, cavabdehlərin qeydiyyat ünvanı Zaqatala rayonu ərazisinə aid deyildir. Belə olan təqdirdə işə aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsində baxılması mümkün deyil və iş ərazi aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X1 cavabdehlər Cavabdeh2, "xxxx" ASC-ə və Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qarşı “borc pul tələbi”nə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar