Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-752/2022 14.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri, V.İsmayılov küçəsi ünvanında yerləşən mərhum atasına məxsus 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində və üzərində yerləşən tikilidə ölçmə işlərinin aparılmasına, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun və 200 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atasından ona vəsiyyət olunan ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən kürsülü fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərini hazırlamaq məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi onun müraciəti əsasında ölçmə işləri aparmaq üçün gəlmiş, lakin qardaşı olan Cavabdeh onlara ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Buna görə də, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına qardaşı ölçmə işlərini aparmağa icazə vermədiyi üçün, həmin əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qeyd olunan səbəbdən də bu tələblə məhkəməyə müraciət etmək qərarın gəlmişdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh ərizə ilə müraciət edərək Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində ölçmə işlərinin aparılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o mərhum atasının mülkiyyətində olmuş Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən 0,04 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına etiraz etmir. İşin halları JN seriyalı 1900A nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin surətindən görünür ki, 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 nömrəli qərarına əsasən X9, Cavabdeh Mahmud oğlu, X14 və X10 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən reyestr nömrəsi **********35-10301 olan 0,04 ha yaşayış məntəqələrini torpaqları təyinatlı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 206.70 kv. m fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh və X1 mülkiyyətindədir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 avqust 2021-ci il tarixdə verilmiş AZ- İİ seriyalı 195600 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə ölmüş və bu barədə xx.xx.2005-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabına 18 nömrəli qeyd edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 756 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq qeyd olunmuşdur. Adlı siyahıda qeyd olunan X15 AZ-İİ195600 nömrəli ölüm şəhadətnaməsində qeyd olunan X12 kimi oxunmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi 01 iyul 2022-ci il tarixdə X4 vərəsəsi X3 ünvanlanmış bildirişdən görünür ki, Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrələri **********). Ərizənizin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının qeyd edilən torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmadığından ölçə işlərinin aparılmasından imtina edilmişdir. Dağıstan Respublikası Ədliyyə Nazirliyinin cənub ərazi dairəsi tərəfindən 17 noyabr 2021-ci il tarixdə verilmiş V-BD seriyalı 602891 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1965-ci il tarixdə anadan olmuş İddiaçı atası X2. Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə ünvanlanmış 08 avqust 2021-ci il tarixli 877 nömrəli məktubdan görünür ki, İddiaçı müraciəti əsasında xx.xx.2005-ci il tarixdə ölmüş X4 adına vərəsəlik işi açılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 200 manat vəkil xidmət haqqı Zaqatala Rayon Vəkil Bürosunun hesabına ödənilmişdir. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 25 oktyabr 2022-ci il tarixli 1147 nömrəli məktubundan görünür ki, İddiaçı 12 aprel 2021-ci il tarixdə Zaqatala rayon 2 saylı notariat ofisinə gələrək mərhum-X4 vəsiyyətnamə qoyduğunu bildirmiş və vəsiyyətnaməni itirdiyi üçün əldə edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Dövlət Notariat Arxivinə sorğu göndərilmiş, 22 aprel 2021-ci il tarixdə Dövlət Notariat Arxivi tərəfindən vəsiyyətnamənin təsdiq olunmuş surəti onlara göndərilmişdir. İddiaçı 13 may 2005-ci il tarixdə vəfat etmiş atası X4 adına Zaqatala rayon 2 saylı Notariat Ofisində vərəsəlik işi açılmamışdır. 13 aprel 2005-ci il tarixli vəsiyyətnamənin təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Çökəkoba kəndində yaşayan X12 aşağıdakı məzmunda vəsiyyət sərəncamı verir: “Mənə məxsus olan ünvan 5 ünvanda yerləşən kürsülü evimi oğlum- İddiaçı, iki mərtəbəli evimin ikinci mərtəbədən bir otağı qızım-X5, iki mərtəbəli evimin qalan bütün hissəsini oğlum-X13 vəsiyyət edirəm”. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 20 may 2022-ci il tarixli 997 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X10 və ailə üzvlərinin (4 nəfər subyekt) ümumbirgə mülkiyytinə verilmiş JN-1900A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədində qeyd olunan 0.08 ha həyətyanı torpaq sahəsi Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli 2(033)-25/2018 saylı qətnaməsinə əsasən bölünərək 2/4 hissəsi (0.04 ha) X10 və X11 ümumbirgə mülkiyyətində saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən 0,08 ha həyətyanı sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 saylı qərarına əsasən 4 subyektin X10, Cavabdeh Mahmud oğlunun, X14, X6 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində Cavabdeh və X1 payları müəyyən edilərək torpaq sahəsi naturada bölünmüş və torpaq sahəsinin 0,04 ha hissəsi və üzərində yerləşən ümumi sahəsi 206,70 kv.m olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh və X1 adına qeydiyyata alınmışdır. X12 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Zaqatala şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 756 nömrəli arayışdan müəyyən edilmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 nömrəli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq qeyd olunan X15 AZ-İİ195600 nömrəli ölüm şəhadətnaməsində qeyd olunan X12 kimi oxunmalıdır. xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 övladı-birinci növbədə (vəsiyyətnamə üzrə də) vərəsəsi İddiaçı bölünərək X10 və X11 ümumbirgə mülkiyyətində saxlanılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və qeydiyyatın müvafiq çıxarışla rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş və ölçmə işlərinin aparılmasına maneələr olduğundan Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın aparılmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh tərəfindən həmin torpaq sahəsi və onun üzərində yerləşən tikilidə ölçmə işlərinə yaradılmış maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X8 məxsus Zaqatala şəhəri V. İsmayılov küçəsində yerləşən 0,04 ha torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına etirazının olmadığını bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən X4 ümumi birgə mülkiyyətinə verilmiş Zaqatala şəhəri V.İsmayılov küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin 0,04 ha üzərində onun vərəsəsi -İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq mübahisə olduğu səbəbindən ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, iddiaçı, atası-X4 ümumi birgə mülkiyyətində olan 0,04 ha torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə iddia tələbinin Zaqatala şəhəri, V.İsmayılov küçəsi ünvanında yerləşən mərhum atasına məxsus 0,04 hayaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən tikilidə ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən Zaqatala şəhəri, V.İsmayılov küçəsi ünvanında yerləşən mərhum X4 mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hər hansı tikilinin mövcud olmasına və həmin tikililərin X4 mülkiyyətində olmasına dair sübut təqdim edilməmiş və bunu məhkəmə tərəfindən müəyyən etmək mümkün olmamışdır. Ona görə ki, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən reyestr nömrəsi **********35-10301 olan 0,04 ha yaşayış məntəqələrini torpaqları təyinatlı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 206.70 kv. m fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh və X1 mülkiyyətindədir. İddiaçının ölçülməsinə maneə yaradıldığını tələb etdiyi 0.04 ha torpaq sahəsinin üzərində olan tikilinin bu çıxarışda qeydə alınan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsi də məlum deyil. Məhkəmə onu da qeyd edir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ölçülüb çıxarış verildikdən sonra həmin torpaq sahəsinin daxilində yerləşən tikilinin ölçülməsi ilə bağlı maneələr yaradıldığı halda iddiaçı bu barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnu da özündə saxlayır. İddia qismən təmin edildiyindən və İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etdiyindən 50 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 200 manat xidmət haqqının, cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi həmin hissədə də qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 200 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X19rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 100 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 6 ünvanında yerləşən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X8 ümumbirgə mülkiyyət hüququ ilə məxsus 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. ünvan 6 ünvanında yerləşən xx.xx.2005-ci il tarixdə vəfat etmiş X8 ümumbirgə mülkiyyət hüququ ilə məxsus 0,04 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində ölçmə işlərinin aparılmasına, Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Cavabdeh 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı alınaraq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı və 50 (əlli) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-752/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-752/2022
14.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver