Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-77/2024 29.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X12 katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı X5 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsinin, **********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0.0149 ha həyətyanı torpaq sahəsinin, **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0.00850 ha həyətyanı torpaq sahəsinin aralarında bölünməsinə, daşınmaz əmlakların ikidə bir hissəsinə onun mülkiyyət hüququnun tanınmasına və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh qarşı "nikahın pozulmasına dair" iddia tələbi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsi ilə təmin edilmiş, Cavabdeh ilə aralarında olan nikahın pozulması qət edilmişdir. Birgə nikah dövründə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsi, **********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0.0149 ha həyətyanı torpaq sahəsi, **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0.00850 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ ilə əldə etmişlər. Həmin torpaq sahələrindən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsi üçün 2017-ci ilin may ayında 16800 manat pul vermişlər. Alqı-satqı müqaviləsində də qiymət öz əksini tapıb. Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0.0149 ha həyətyanı torpaq sahəsi üçün 2020-ci ilin fevral ayında 15000 manat pul vermişlər. Satıcı qohumu olduğu üçün müqavilədə məbləği az yazdırıblar. Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0.00850 ha həyətyanı torpaq sahəsi üçün isə 8000 manat pul vermişlər. Həmin torpaq sahələrinin məhkəmə qərarı ilə aralarında bölünmüş fərdi yaşayış evlərinə (obyektlərə) bitişik olduğunu nəzərə alaraq tərəfindən ilkin iddiaya daxil edilməmişdir. Lakin sonradan məlum oldu ki, fərdi yaşayış evinin torpağı ayrıcadır və öz çıxarışında öz əksini tapıb. Ona görə də, torpaq sahələrinə görə ayrıca iddia qaldırmağa zərurət yarandı. İddia tələbinə qarşı etirazın dəlilləri. Üçüncü şəxs qismində cəlb edilmiş X17 etirazla müraciət edərək iddiaçı X1 iddiasının, mülkiyyətində olan Zaqatala şəhəri, H.Əliyev prospekti, ev-68 ünvanında yerləşən fərdi yaşayış evi və 264,8 m2 torpaq sahəsinə münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Cavabdeh qarşı "torpaq sahəsinin bölünməsi və s. tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Zaqatala şəhəri, H.Əliyev prospekti, ev-68 ünvanında yerləşən fərdi yaşayış evi və 264,8 m2 torpaq sahəsini 2022-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC-dən almışdır. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı". Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Qeyd olunanları cəmləşdirərək belə qənaətə gəlmək olur ki, o mübahisələndirilən alqısatqı müqaviləsinə münasibətdə vicdanlılıq nümayiş etdirdiyindən artıq bu məsələ onun xeyrinə həll olunmalıdr Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı X15 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiada göstərilən əmlak birgə nikah dövründə əldə olunduğu üçün birgə mülkiyyət hesab olunmasını istəyir. 2006-cı ildə ailə qurub 2021-ci ilin yanvar ayında boşanmışdır. Torpaq sahələri nikah dövründə əldə edilib. Tikinti olunub orda tikinti qurtardıqdan sonra H.Əliyev 66 və 68 ünvanlarında əlavə torpaqlar alınaraq həmin tikililərin yerləşdiyi sahələrə əlavə edilmişdir. Yardımçı tikililər var həmin sahələrdə. Hər iki ünvandakı tikililərdə paylar müəyyən edilib. Tikili tikiləndən sonra H.Əliyev 68 ünvanında arxa hissədə əlavə torpaq alınıb. Həmin sahə çıxarışda göstərilməyib və sonradan orda əlavə torpaq alınıb üzərinə də tikili tikilib. O tikili 1 və ya 2 mərtəbəlidir. Kənardan baxanda görünür tikili. H.Əliyev 66 və 68 ünvanında olan torpaqlar Sahibdən alınmayıb. Sahibdən alınan torpaq sonradan alınıb. Kursa və ya Gözəllik salonuna əlavə edildiyini bilmir, ancaq orada sonradan alınan torpaq sahəsi var. Gedib orada çəkiliş də aparıb və orada tikili var, ön hissədən görünmür, lakin arxa hissədən görünür. Kursa yer azlıq elədiyi üçün torpaq sahəsi alınmışdır. Kursa əlavə siniflər lazım gəldiyi üçün alınıb əlavə torpaq. Sahib onun kənddə yaşayan qonşusudur və alqı-satqı necə aparıldığını o bilir. O nikah dövründə özü bildiyi kimi işini qurub ondan bəzi şeyləri gizlədib. Sonradan H.Əliyev 66 və 68 ünvanlarında torpaq aldığı barədə məlumatı olub. 0,0160 bölünməsini istəyir, orada sonradan ərazi alınıb artım olubsa o ərazilərdə də onun payının olduğunu və həmin torpaqların birgə nikah dövründə əldə edildiyini bildirmişdir. O, Akifin orada gördüyü işlər barədə tam məlumatı olmadığını qeyd etmişdir. Əgər həmin torpaq artırılaraq 0,0235 ha olmuşdursa o iddianın dəqiqləşdirilməsi barədə ərizə vermək istəyir. Cavabdeh H.Əliyev prospektində yerləşən tikililərin Bankın adına olduğunu bildirsə də oradakı tikililəri icarəyə götürən şəxslər icarə haqqını Cavabdeh ödədiklərini və həmin tikililəri cavabdehdən icarəyə götürdüklərini bildirirlər. O, iddiasının dəqiq araşdırılmasını və H.Əliyev prospekti ünvanında yerləşən tikililərin altında yerləşən torpaqların və orada yerləşən cavabdeh tərəfindən əldə edilmiş bütün torpaqlar üzərində payının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, 2016-cı ildə 2020-ci ildə H.Əliyev prospekti 66 və 68 ünvanlarında 0,0149 ha torpaq sahəsi alınıb. Leyla xanımdan, Svetlana xanımdan və onu nəvəsindən alınıb. 2016-cı il may ayının 1-də. Ümumi toplananda 4,69 kv.m-dir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən H.Əliyev prospekti 68 və 66 ünvanlarındakı əmlak çıxarış üzrə bölünüb və hər birinin payı 1/2 müəyyən edilib. H.Əliyev prospekti 68 ünvanında yerləşən torpağın həcmi 0,0234 ha, H.Əliyev 66 ünvanında yerləşən torpaq sahəsinin həcmi isə 0,0235 ha-dır və hər iki torpaq sahəsinin cəmi 0,0469 ha təşkil edir. İddiaçının iddia tələbində göstərilən torpaq sahələri cəmlənərək vahid əmlak kimi qeydə alınıb və həmin torpaq sahələri H.Əliyev prospekti 68 və 66 ünvanında olan torpaq sahələrinə əlavə edilib və H.Əliyev prospekti 68-də yerləşən 2,35 torpaq sahəsi artıq bankın balansındadır. Cəmi 3 alqı satqı olub və bütün torpaqlar 2 ünvanda H.Əliyev 66 və 68 ünvanında olan torpaqlara əlavə edilərək birləşdirilib. Leyla xanımdan 0,016, Svetlana xanımdan 0,016 ha və 0,0149 ha isə Qardaşov Sahibdən alınıb. Həmin torpaqların cəmi H.Əliyev 68 və 66 ünvanlardakı torpaq sahələrini təşkil edir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsinə əsasən həmin sahə üzərində yerləşən tikililərdə iddiaçının payı müəyyən edilmişdir. Reyestr səhv qeydiyyat apararaq torpaq sahələrində də iddiaçının payını müəyyən etmişdir. Hazırki iddiaya məhkəmədə baxılan zaman reyestrə müraciət etmiş, çıxarışlar yenilənmiş və yalnız H.Əliyev 66 və 68 ünvanlarında yerləşən tikililər üzərində iddiaçının payı qeydə alınmışdır. Zaqatala şəhəri H.Əliyev 66 ünvanında yerləşən mənzil üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınarkən yanlışlığa yol verilərək həmin əmlakın yerləşdiyi torpaq sahəsi üzərində də iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır. Onun buna etirazı olmamış və düşünmüşdür ki, əmlakda payını satar uşaqlar üçün ev alar, lakin iddiaçının hazırki iddia ilə müraciət etməsi onu qıcıqlandırdığından o yanlış aparılmış qeydiyyatla bağlı Daşınmaz əmlakın Dövlət Reyestrinə müraciət edərək çıxarışı dəyişdirmişdir. O, əlavə olaraq bildirmişdir ki, nikaha daxil olmazdan əvvəl mülkiyyətində olan evi sataraq satışdan əldə olunmuş vəsait hesabına həmin torpaq sahələrini almışdır. Bu hal nəzərə alınmaqla qərar verilməsini və iddiaçı tərəfindən tələb olunan dövlət rüsumun da iddiaçının özünə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında Zaqatala RİHB-ın Bəhmətli kənd inzibati ərazi nümayəndəliyində 01 iyun 2006-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 18 may 2007-ci ildə doğulmuş X18 və 02 aprel 2012-ci ildə doğulmuş X8 İddiaçı himayəsində saxlanılması, 18 may 2007-ci ildə doğulmuş X9 və 02 aprel 2012-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(033)-1075/2021 saylı qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması, Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********38-10301 olan ünvan 5 ünvanında yerləşən 0,0160 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 1 otaqlı ümumi sahəsi 16 kv.m olan fərdi yaşayış evi X4 adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır Zaqatala rayonu 2 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-658 reyestr nömrəli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 23,2 kv.m olan fərdi yaşayış evi satıcı X14 tərəfindən 8000 manata alıcı Cavabdeh satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********38 olan ünvan 6 ünvanında yerləşən 0,0160 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********62 olan Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0,0149 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 4Ə-659 reyestr nömrəli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,016 ha torpaq sahəsini satıcı X22 tərəfindən 16800 manata alıcı Cavabdeh satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********66 olan Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0850 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-326 reyestr nömrəli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0149 ha torpaq sahəsi satıcı X21 tərəfindən 5000 manata alıcı Cavabdeh satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********21-10301 olan ünvan 5 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********77-10301 olan ünvan 7 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü (xx.xx.2023) il tarixdə ********** (**********) qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********77-10301 olan ünvan 7 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********21-10301 olan ünvan 5 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi Bank Respublika ASC-nin adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, reyestr nömrəsi **********21-10301 olan ünvan 5 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi X10 adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X30 18 saylı Zaqatala Ərazi İdarəsinin 19 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ıl tarixində Cavabdeh adına qeydiyyata alınmış Zaqatala şəhəri, H. Əliyev prospekti 68 ünvanda yerləşən 0,0247 ha torpaq sahəsi X6 məxsus Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanda yerləşən fərdi yaşayış evi ilə birləşərək alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixində Cavabdeh adına, xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin və son olaraq xx.xx.2023-cü il tarixində tam mülkiyyət üzrə X10 adına qeydiyyata alınmışdır. Zaqatala şəhəri, H.Əliyev prospekti 66 ünvanda yerləşən ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd olunan 0,0149 ha və 0,00850 ha torpaq sahələri Cavabdeh məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi ilə birləşərək 11.11 2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixində paylı mülkiyyət üzrə Cavabdeh və İddiaçı Mühübbəli qızının adlarına və son olaraq Cavabdeh ********** qeydiyyat nömrəli ərizəsi əsasında 1/2 mülkiyyət üzrə xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun adına rəsmiləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsindən görünür ki, ilk iddia qismən təmin edilərək, ünvan 11 ünvanlarda yerləşən mənzillər və ** DR *** dövlət qeydiyyat nişanlı “Subaru Tribeca” markalı avtomobil üzərində ilk iddia üzrə İddiaçı ½ hissəsinə mülkiyyət hüququnun tanınması, birgə nikah dövründə əldə edilmiş və hazırda ilk iddia üzrə Cavabdeh qalan əşyalardan 800 manat dəyərində qonaq otağı dəsti, 600 manat dəyərində 1 ədəd masa 10 ədəd stul dəsti, 500 manat dəyərində 2 ədəd mətbəx masası, 6 ədəd stul dəsti, 950 manat dəyərində qabyuyan maşın, 700 manat dəyərində paltaryuyan maşın, 1.100 manat dəyərində soyuducu, 500 manat dəyərində 1 ədəd televizor, 120 manat dəyərində 1 ədəd tozsoran, 600 manat dəyərində 1 ədəd velotrenajor, 120 manat dəyərində şirəçəkən maşın, 40 manat dəyərində blender, 55 manat dəyərində ütü masası, 55 manat dəyərində paltar asılqanı, 120 manat dəyərində elektrik süpürgəsi, cəmi 800 manat dəyərində 2 ədəd kondisioner, uşaqlar üçün alınan əşyalardan 1.300 manat dəyərində uşaq yataq dəsti, 450 manat dəyərində 1 ədəd böyük piano, 400 manat dəyərində 1 ədəd çap qurğusu, 50 manat dəyərində 1 ədəd yazı lövhəsi və 112,5 manat dəyərində 3 ədəd saç feni naturada və ya onların dəyəri 9372,5 (doqquz min üç yüz yetmiş iki manat əlli qəpik) manat ilk iddia üzrə Cavabdeh alınaraq İddiaçı verilməsi, dəyəri 1.500 manat olan mətbəx mebeli, 900 manat dəyərində 1 ədəd künc divanı, 850 manat dəyərində 1 ədəd divan 2 kreslo dəsti, 300 manat dəyərində kitab dolabı, 1.200 manat dəyərində çarpayı, dolab və güzgüdən ibarət yataq dəsti, 350 manat dəyərində 1 ədəd televizor, 55 manat dəyərində 1 ədəd tozsoran, 180 manat dəyərində ətçəkən maşın, 100 manat dəyərində 1 ədəd tək çarpayı və uşaq çarpayısı (maneji), 1.500 manat dəyərində hamam dəsti (duş kabin və əl-üz yuyan (moydadır)), 900 manat dəyərində otaq pərdəsi, 1.200 manat dəyərində 1 ədəd qaçış aparatı və 900 manat dəyərində 1 ədəd kondisionerin Cavabdeh qalması, 180 manat dəyərində 3 ədəd çəkmə, 90 manat dəyərində 3 ədəd idman ayaqqabısı, 180 manat dəyərində 3 ədəd ayaqqabı, 140 manat dəyərində 2 ədəd yay ayaqqabısı, 100 manat dəyərində 2 ədəd çanta, 420 manat dəyərində 3 ədəd dəri pencək, 300 manat dəyərində 2 ədəd palto, 130 manat dəyərində 1 ədəd balonka gödəkçə, 300 manat dəyərində 4 ədəd don, 120 manat dəyərində 3 ədəd şalvar, 160 manat dəyərində 4 ədəd yubka, 350 manat dəyərində 8 ədəd kofta və ya onlar mövcud olmadıqda onların dəyəri cəmi 2470 (iki min dörd yüz yetmiş) manatın ilk iddia üzrə Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiyaya dair xərcin onun özünə aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 27 noyabr 2018-ci il tarixli, 18036-S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə əldə edilmiş borcun yerdə qalan 89.296,32 manat hissəsinin cavabdeh İddiaçı Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi, 26 noyabr 2019-cu il tarixli onunla X31 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 51.000 manat hissəsinin cavabdeh İddiaçı Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi və 25 iyul 2020-ci il tarixli onunla X20 arasında bağlanmış kredit müqaviləsi üzrə əldə edilmiş borcun yerdə qalan 38.500 manat hissəsinin cavabdeh İddiaçı Möhübbəlı qızı ilə aralarında bərabər bölünməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)- 1006/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 17 may 2022–ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə əldə edilmiş borcun yerdə qalan 89.296,32 manat hissəsinin cavabdeh X3 ilə aralarında bərabər bölünməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh İddiaçı qarşı borcun bərabər bölünməsi tələbinə dar qarşılıqlı iddiası həmin hissədə təmin edilmiş, 27 noyabr 2018-ci il tarixli, 18036- S033150/315185 nömrəli “Kredit limiti müqaviləsi” və “Əlavələr”i üzrə yaranmış borcun yerdə qalan 89.296,32 manat hissəsi hər birinə ½ olmaqla bölünmüş, Cavabdeh və İddiaçı hər birinin borcu ayrı-ayrılıqda 44,648.16 manat məbləğində müəyyən edilmiş, Zaqatala Rayon Məhkəməsinin 17 may 2022–ci il tarixli 2(033)-90/2022 saylı qətnaməsinin nəticə hissəsində ilk iddia üzrə Cavabdeh alınıb İddiaçı verilməli olan əmlaklar “naturada və ya onların dəyəri 9372.5 manat” söz birləşməsinə daxil olan “və ya” söz birləşməsi “onlar mövcud olmadıqda” söz birləşməsi ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-530/2023 nömrəli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2(107)-1006/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X30 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X30 18 saylı Zaqatala Ərazi İdarəsinə daxil olmuş müraciətin araşdırılması zamanı Zaqatala şəhəri, Heydər Əliyev prospekti 66 ünvanında yerləşən 0,0234 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə hüquqların qeydiyyatı zamanı texniki səhvin edildiyi məlum olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1006/2022-004 nömrəli icra vərəqəsinə əsasən Zaqatala şəhəri, Heydər Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərinə onun mülkiyyət hüququ tanınmalı idi, lakin, qeyd olunan əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı zamanı texniki səhv nəticəsində fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0234 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alındığı bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 225.1-ci maddəsinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 38.1-ci maddəsinə əsasən nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. 38.2-ci maddəsinə əsasən nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ərarvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarı Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokol 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq vəzifəsi məhkəmənin araşdırmalı olduğu məsələdir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçı X15 ilə Cavabdeh 01 iyun 2006-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikahı dövründə, yəni xx.xx.2017-ci il tarixdə 4Ə-658 reyestr nömrəli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı X4 mülkiyyətində olmuş Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 23,2 kv.m olan fərdi yaşayış evi, xx.xx.2017-ci il tarixdə ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi və xx.xx.2020-ci il tarixdə 4Ə-326 reyestr nömrəli ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0149 ha torpaq sahəsi Cavabdeh tərəfindən alınmışdır. ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilmiş Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0,016 ha torpaq sahəsi müvafiq olaraq xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilmiş Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0149 ha torpaq sahəsi və xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,016 ha torpaq sahəsinin 0,00850 ha hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala şəhəri, H.Əliyev prospekti 66 ünvanda yerləşən ********** və ********** qeydiyyat nömrəli çıxarışlarda qeyd olunan 0,0149 ha və 0,00850 ha torpaq sahələri, cəmi 0,0234 ha torpaq sahəsi Cavabdeh məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən fərdi yaşayış evi ilə birləşərək 11.11 2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmış 0,0160 ha torpaq sahəsi X7 məxsus Zaqatala şəhəri, H.Əliyev prospekti 68 ünvanda yerləşən fərdi yaşayış evi ilə birləşərək alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. Zaqatala şəhəri H.Əliyev prospekti 66 və 68 ünvanında olan torpaq sahələri üzərində yerləşən tikililərdə iddiaçı X5 1/2 hissədə payı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı X15 hazırki iddia ərizəsi ilə müraciət edərək **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsinin, **********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0.0149 ha həyətyanı torpaq sahəsinin və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0.00850 ha həyətyanı torpaq sahəsinin cavabdehlə aralarında bölünməsi və daşınmaz əmlakın 1/2 hissəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “**********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0.0149 ha həyətyanı torpaq sahəsi və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0.00850 ha həyətyanı torpaq sahəsinin bölünməsi və iddiaçının həmin torpaq sahələrinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə qeyd edir ki, həmin torpaq sahələri vahid əmlak olaraq xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına Daşınmaz əmlakın Dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır, həmin torpaq sahəsinin ümumi həcmi 0,0234 ha olaraq qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının üzərində payının müəyyən edilməsini tələb etdiyi 2 torpaq sahəsi vahid əmlak kimi qeydiyyata alındığından və hər iki torpaq sahələri (**********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0.0149 ha həyətyanı torpaq sahəsi və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0.00850 ha həyətyanı torpaq sahəsi) mülki iş üzrə tərəflərin birgə nikahda olduğu dövrdə alındığından (xx.xx.2020-ci il və xx.xx.2017-ci il) iddiaçı X5 ayrı-ayrılıqda **********82 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti ünvanında yerləşən 0.0149 ha həyətyanı torpaq sahəsi və **********66 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0.00850 ha həyətyanı torpaq sahələri üzərində deyil, vahid əmlak qismində xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına Daşınmaz əmlakın Dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və həmin torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək tərəflərin hər birinin əmlak üzərində 1/2 hissədə payı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). İş materiallarından da görünür ki, Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən 0,0149 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə və həmin ünvanda yerləşən iddia tələbində göstərilən 0,00850 ha torpaq sahəsi ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan 0,016 ha torpaq sahəsinin tərkib hissəsi olaraq xx.xx.2017-ci il tarixdə Cavabdeh mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələri ilkin olaraq xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi və xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və daha sonra torpaq sahələri xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə vahid əmlak kimi Cavabdeh adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla həmin qeydiyyat çıxarışla rəsmləşdirilmişdir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahələri tərəflər birgə nikahda olduqları müddətdə alınmışdır. İşdən də görünür ki, mübahisələndirilən torpaq sahələri alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə cavabdehin mülkiyyətinə verilmişdir. Torpaq sahələri cavabdehin adına çıxarışla rəsmiləşdirilərkən hüquq normalarının pozuntusu halları olmamış, mübahisəli torpaq sahələri cavabdehin adına rəsmiləşdirilərkən hər-hansı bir şəxsin hüquqları, azadlıqları və qanuni mənafelərin pozulma halları olmamışdır. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimovanın Azərbaycana qarşı” iş üzrə qərarında qeyd etmışdir ki, order gözlənilən mülkiyyət hüququ olduğundan öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ "şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. İddia tələbinin bu hissəsinə münasibətdə məhkəmə əlavə olaraq qeyd edir ki, hazırki iddianın predmeti olan Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən torpaq sahəsi üzərində olan mənzilin 1/2 hissəsinə münasibətdə iddiaçı X5 mülkiyyət hüququ Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsi ilə tanınmış və həmin qətnamə əsasında Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə (xx.xx.2023-cü il tarixdə) qeydiyyat aparılmışdır. Qeydiyyat aparılarkən yanlışlığa yol verilərək Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanında yerləşən mənzillə yanaşı həmin mənzilin yerləşdiyi torpaq sahəsi üzərində də cavabdehin ½ payı müəyyən edilərək müvafiq qeyd aparılmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh müraciəti əsasında Dövlət reyestrində aparılmış qeydiyyat dəyişdirilmiş və cavabdeh torpaq sahəsi üzərində iddiaçının payının müəyyən edilməsinə etirazı olmadığından yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı daha əvvəl Daşınmaz əmlakın Dövlət reyestrinə müraciət etmədiyini bildirmişdir. Ona görə də, iddiaçının bu tələbi qismən təmin edilməlidir ona görə ki, iddiaçının ayrılıqda mübahisələndirdiyi iki torpaq sahəsi artıq birləşdirilərək bir çıxarışla rəsmiləşdirilmiş, iddiaçının birgə əmlak kimi mülkiyyətinə verilməsini istədiyi torpaq sahələrinə aid ayrıca çıxarışlar ləğv edilmişdir. Ona görə də, onun iddiası sonuncu çıxarışa münasibətdə təmin edilməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********77-10301 olan ünvan 7 ünvanında yerləşən 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 340,20 kv.metr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alındığından, həmin ünvanda yerləşən torpaq sahəsi üzərində də tərəflərin 1/2 payı müəyyən edilməlidir. Bundan başqa, qeyd olunmalıdır ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Hazırkı işdə də, ilk iddia üzrə iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia etdiyi mübahisəli əmlakların (Zaqatala şəhəri H.Əliyev prospekti 68 və Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanlarda yerləşən mənzillərin) tərəflərin birgə nikahı dövründə əldə edildiyi tərəflərin izahatları və işdəki mövcud sübutlarla öz təsdiqini tapmışdır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmələr hesab etmişdir ki, tərəflərin ümumi əmlakı hesab edilən Zaqatala şəhəri H.Əliyev prospekti 68 və Zaqatala şəhəri H.Əliyev prospekti 66 ünvanlarda yerləşən mənzillərin ½ hissəsinə ilk iddia üzrə iddiaçının mülkiyyət hüququ müəyyən edilməlidir. Daha sonra məhkəmə iddia tələbinin “ **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə onun mülkiyyət hüququnun tanınması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia tələbinin qeyd edilən hissəsinə münasibətdə məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, **********38 reyestr nömrəsi ilə qeydə alınmış Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsi də mülki iş üzrə tərəflərin birgə nikahları dövründə, yəni xx.xx.2017-ci il tarixdə əvəzi ödənməklə alqısatqı müqaviləsi əsasında Cavabdeh tərəfindən əldə edilmişdir. Qanunvericilik nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayır və tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın qanuni rejiminin dəyişməsi ilə bağlı razılaşma olmadığından məhkəmə hesab edir ki, iddiaçı X15 da cavabdeh X19 ilə yanaşı Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsinin mülkiyyətçisidir. Məhkəmə üçüncü şəxs qismində cəlb edilmiş X10 etirazına münasibətdə qeyd edir ki, Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən tikili birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək, həmin əmlakın "xxxx" ASC-nin xeyrinə ipoteka müqaviləsi əsasında yüklü edilməsinə baxmayaraq Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsi ilə 1/2 hissəsi üzərində iddiaçı Balaməmmədova (Vəliyeva) Səyalı Möhübbəli qızının mülkiyyət hüququ tanınmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırki iddianın predmeti olan Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-90/2022 nömrəli qətnaməsi ilə üzərində iddiaçının 1/2 hissədə mülkiyyət hüququ tanınan mənzilin "xxxx" ASC-nin, daha sonra isə üçüncü şəxs X10 mülkiyyətinə keçməsinə baxmayaraq iddiaçı X5 həmin əmlaka mülkiyyət hüququ (sərəncam hüququ istisna olmaqla) Cavabdeh tərəfindən daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əmlakı əldə etdiyi andan, yəni xx.xx.2017-ci il tarixdən yaranmış və onun mülkiyyət hüququna qanuni əsaslarla xitam verilməmişdir. İşdə olan sənədlərdən də görünür ki, həmin mübahisələndirilən Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin ölçüləri alqı-satqı zamanı və tərəflər nikahda olduqları müddətdə 0.0160 ha olmuş, daha sonra həmin torpaq sahəsinin ölçüləri dəyişdirilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********21-10301 olan ünvan 5 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi Bank Respublika ASC-nin adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan sonra isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən reyestr nömrəsi **********21-10301 olan ünvan 5 ünvanında yerləşən 0,0235 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 264,80 kv.metr olan fərdi yaşayış evi X10 adına xüsusi mülkiyyət kimi tam pay olmaqla daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı isə hazırki tələbində Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsi üzərində 1/2 payının müəyyən edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki hüququn əsas postulatlarından (aksiomlarından) olan “Nemo plus iuris transferre potest (ad alium) quam ipse habet” prinsipinə görə heç bir şəxs özünə məxsus hüquqlardan daha artığını ötürə bilməz. Qeyd edilən prinsipə əsaslanaraq məhkəmə hesab edir ki, üçüncü şəxs X10 iddianın predmeti olan Zaqatala şəhəri H.Əliyev prospekti 68 ünvanında yerləşən 0.0160 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu hansı üsulla əldə etməsindən asılı olmayaraq həmin əmlak xx.xx.2017-ci il tarixdən ümumi birgə mülkiyyətdə olmuş və əmlakın rejimi əmlak üzərində sərəncam vermək hüququ olan mülkiyyətçiləri tərəfindən dəyişdirilməmişdir. Cavabdeh ümumi birgə mülkiyyətdə olan həmin əmlak barəsində təkbaşına sərəncam verməsi özünə məxsus hüquqlardan daha artığının ötürülməsi kimi qiymətləndirilə bilər və bu mülki hüququn yuxarıda qeyd edilən prinsipinə ziddir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin qismən təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddianın təmin olunmasına qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmış ünvan 7 anvanında yerləşən reyestr nömrəsi **********77-10301 olan 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmış ünvan 5 anvanında yerləşən reyestr nömrəsi **********38 olan 0,0160 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək X5 həmin torpaq sahələri üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ tanınmalıdır. İddia təmin edildiyindən və iddiaçı X15 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etdiyindən iddiaçının dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmış ünvan 7 anvanında yerləşən reyestr nömrəsi **********77-10301 olan 0,0234 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək X5 həmin torpaq sahəsi üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ tanınsın. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmış ünvan 5 anvanında yerləşən reyestr nömrəsi **********38 olan 0,0160 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi birgə nikah dövründə əldə olunmuş əmlak kimi bölünərək X5 həmin torpaq sahəsi üzərində 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ tanınsın. İddia tələbinin qalan hissəsi rədd edilsin. İddiaçı X5 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X11 ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-77/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-77/2024
29.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver