Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-771/2022 22.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi ilə, İddiaçılar İddiaçı və Sədiyeva (Qurbanova) Türkanə Qurban qızının cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızına qarşı ümumi birgə paylı mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçılar İddiaçı və Sədiyeva (Qurbanova) Türkanə Qurban qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara ümumi birgə paylı mülkiyyət hüququ ilə məxsus Zaqatala rayonu Aşağı Tala kəndində 0.1378 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 182.70 kv.m olan fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızı ilə oğlu X6 19 noyabr 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahından 28 sentyabr 2014-cü il təvəllüdlü X7 doğulmuşdur. Cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızı ilə oğlu X6 arasında olan rəsmi nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-149/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından 28 sentyabr 2014-cü ildə doğulmuş X3 Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində 0,1378 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 182.70 kv. metr olan fərdi yaşayış evi ümumi birgə paylı mülkiyyət hüququ ilə onlara məxsusdur. Hazırda cavabdeh onların ailə üzvü deyildir. Ümumi birgə paylı mülkiyyətlərində olan fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə boşaldılmasını cavabdehdən tələb etmişlər. Cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızı heç bir hüquqi əsası olmadan fərdi yaşayış evini könüllü tərk etməkdən imtina edir. Halbuki, cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızı onlara məxsus ümumi birgə paylı mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evində heç bir hüquq, o cümlədən, istifadə hüququ əldə etməmişdir. Cavabdeh ümumi birgə paylı mülkiyyətlərində olan fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə boşaldılmasından imtina etdiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə mülki iş üzrə tərəflər dəfələrlə məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, iddiaçılar xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və iddianı müdafiə etdiklərini bildirmişlər. Lakin cavabdeh məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 38 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1378 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 182,70 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə mülkiyyət kimi İddiaçı və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-149/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı X6 ilə Cavabdeh arasında Zaqatala rayonu Qeydiyyat Şöbəsində 19 noyabr 2013-cü ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 395 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 28 sentyabr 2014-cü ildə doğulmuş X7 Cavabdeh himayəsində saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 239.2-ci maddəsinə görə də fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1378 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 182,70 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə mülkiyyət kimi İddiaçı və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızı ilə iddiaçılardan birinin oğlu X6 19 noyabr 2013cü il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Bundan sonra cavabdeh iddiaçıların mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1378 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş 182,70 kv.m. olan fərdi yaşayış evində X4 arvadı kimi onunla birgə yaşamışdır. X6 ilə cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızı arasında bağlanmış nikah Zaqatala Rayon Məhkəməsinin 2(033)-149/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızı iddiaçıların ailə üzvü deyil. İddiaçılar hazırda mülkiyyətçisi olduqları Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1378 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 182,70 kv.m. olan fərdi yaşayış evindən cavabdehin çıxarılmasını, fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsini xahiş edirlər. Cavabdeh dəfələrlə məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddia tələbinə qarşı mövqeyini öyrənmək mümkün olmamışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçılar İddiaçı və Sədiyeva (Qurbanova) X5 rayonu Aşağı Tala kəndində yerləşən 0,1378 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 182,70 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisidir və onların öz əmlaklarından özlərinin istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehin həmin fərdi yaşayış evi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və Sədiyeva (Qurbanova) Türkanə Qurban qızına xüsusi mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızının çıxmaması iddiaçıların mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi boşaldılmalıdır. Bu əsasla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızı iddiaçılar İddiaçı və Sədiyeva (Qurbanova) Türkanə Qurban qızının mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1378 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 182,70 kv.m. olan fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi boşaldılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 100 manat məbləğində rüsumunu tələb etmədiyinə görə, dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh Qurbanova (Salehova) Gülnar İlham qızı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən iddiaçılar İddiaçı və Sədiyeva (Qurbanova) Türkanə Qurban qızının ümumi birgə mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,1378 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 182,70 kv.m. olan fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi boşaldılsın. İddiaçı dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-771/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-771/2022
22.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver