Məhkəmə qərarları › İş №e-2(033)-800/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-800/2023

13.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-800/2023 13.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və İN yanında ƏMDK DƏDRX 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3, X9, X6, İddiaçı və X4 Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, 24 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, m 24 tam mülkiyyət hüququ üzrə ona məxsusdur. xx.xx.2023-cü il tarixdə mənzilə mülkiyyət hüquqları DƏDRX-də qeydiyyata alınaraq mənzilə çıxarış verilmişdir. Mülki iş üzrə cavabdehlər onun mərhum qardaşı X1 ailə üzvləridirlər. Həmin mənzil ona mərhum anası X10 tərəfindən vəsiyyət edilmişdir. Mənzilə dair Zaqatala rayon Notariat ofisində vərəsəlik işi açılmış, bütün vərəsələrin payları müəyyən olunmuşdur. Onunla bərabər cavabdehlər də mənzilə pay hüququ olan şəxslər olmuşlar. Cavabdehlərə dəfələrlə mənzili satıb əldə olunan pulun paylara münasib olaraq bölünməsini tələb etsə də nəticə olmamışdır. Bunun üçün mənzil hərraca çıxarılmış, cavabdehlərə mənzilin pulunu ödəməklə mənzili əldə etmişdir. Lakin cavabdehlər həm əsassız yerə mülkiyyət hüququ üzrə ona məxsus olan mənzildə qeydiyyatda qalmaqla, həm də mənzili boşaltmayaraq mənzildə yaşamaqla mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədirlər. Bunun üçün məcburiyyət qarşısında qalaraq hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdehlər ona məxsus olan mənzildə qeydiyyatda olması və mənzildə yaşamaları mülkiyyət hüquqlarının pozulmasıdır. Bunun üçün cavabdehlərin ona məxsus olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli və mənzildən çıxarılmalıdırlar. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmənin icraatında olan hazırkı işə baxılarkən İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və İN yanında ƏMDK DƏDRX 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - bibisi Cavabdeh tərəfindən mərhum nənəsi X5 adından tərtib edilmiş, Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, mənzil 24-ə dair xx.xx.2001-ci il tarixdə Zaqatala Rayon 2 saylı Notariat Ofisində tərtib edilmiş saxta vəsiyyətnamənin və onun əsasında əldə edilmiş çıxarışın etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin tələb üzrə İddiaçı hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh bibisi Cavabdeh mərhum nənəsi X5 adından saxta vəsiyyətnamə tərtib edərək, Zaqatala şəhəri, Sülh küçəsi, ev 3, mənzil 24-ə dair öz adına çıxarış əldə etmişdir. Belə ki, o, həmin saxta vəsiyyətnamə əsasında mübahisələndirilən evi tam mənimsəmişdir. Ev hökümət evi olub, mülkiyyət sənədi olaraq order mövcuddur. Həmin order nənəsi Humay, bibisi Gülcahan, atası Qurban, anası Səlimət, qardaşı Feyzullahın adına olub. Cavabdeh saxta vəsiyyətnamə əsasında evi 6/10 hissədə özəlləşdirib və çıxarış alıb. Həmin evdə yaşayan və mirası qəbul etmə müddətini ötürmüş əmiləri və bibisinin adı çıxarışda qeyd edilmişdir. Həmin mənzilə aid bütün qaz, su, işıq sayğacları onun valideynlərinin adınadır. Odur ki, həmin saxta vəsiyyətnamə və onun əsasında əldə edilmiş çıxarış məhkəmə qaydasına etibarsız hesab edilməlidir. Çünki həmin evdə mərhum nənəsi Humayla birlikdə o və valideynləri yaşayıb, mirası qəbul etmişlər. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı Cavabdeh iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda iki mülki işin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 169.3-cü maddəsinə əsasən həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Hər iki mülki iş araşdırılarkən müəyyən edildi ki, onlar bir-biri ilə sıx əlaqəlidir. Ona görə də məhkəmə hesab edir ki, 2(033)-800/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki iş ilk iddia ərizəsi qismində 2(033)-479/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, 2(033)-479/2023 qeydiyyat nömrəsi verilməklə baxılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263 - 264-cü maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Zaqatala Rayon Məhkəməsində 2(033)-800/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı cavabdehlər Cavabdeh, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və İN yanında ƏMDK DƏDRX 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilk iddia ərizəsi qismində 2(033)-479/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı Cavabdehlər X3, X6, İddiaçı, X8 və X7 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, 2(033)-479/2023 qeydiyyat nömrəsi verilsin. Sədrlik edən: Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar