Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-821/2023 07.12.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qazıntı və tikinti işləri apararkən onun torpaq sahəsinə kürümüş torpağın götürülməsi, aralarında olan şiferli hasarın qanuna uyğun hündürlüyə qaldırılması, evin ikinci mərtəbəsini tikərkən ikinci mərtəbədən onun həyətinə tərəf pəncərənin qoyulmasının qabaqcadan ona qadağan edilməsi və tikintisi aparılan evin layihəsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazıntı və tikinti işləri apararkən onun torpaq sahəsinə kürümüş torpağın götürülməsi, aralarında olan şiferli hasarın qanuna uyğun hündürlüyə qaldırılması və evin ikinci mərtəbəsini tikərkən ikinci mərtəbədən onun həyətinə tərəf pəncərənin qoyulmasının qabaqcadan ona qadağan edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək qazıntı və tikinti işləri apararkən onun torpaq sahəsinə kürümüş torpağın götürülməsi, tikintisi aparılan evin ikinci mərtəbəsini (birinci mərtəbədən yuxarı olan hissəsini) tikərkən (qaldırarkən) ikinci mərtəbədən (birinci mərtəbədən yuxarı olan hissəsindən) onun həyətinə tərəf pəncərənin qoyulmasının qabaqcadan ona qadağan edilməsi, tikintisi aparılan evin layihəsinin bu tələbə uyğun dəyişdirilməsi və həmin layihəyə dəyişiklik edilənədək və ya belə bir layihə tərtib olunanadək tikintinin dayandırılması, onunla aralarında olan şiferli hasarın torpaq sahəsinin ən yuxarı səviyyəsindən qəbul edilməklə qanuna uyğun (2 metr 20 santimetr) hündürlüyə qaldırılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh qarşı verdiyi iddia ərizəsinin baxılmamış saxlanılmasını və geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh da məhkəməyə ərizə təqdim edərək İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə ərizələri nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh hazırki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı qazıntı və tikinti işləri apararkən onun torpaq sahəsinə kürümüş torpağın götürülməsi, aralarında olan şiferli hasarın qanuna uyğun hündürlüyə qaldırılması, evin ikinci mərtəbəsini tikərkən ikinci mərtəbədən onun həyətinə tərəf pəncərənin qoyulmasının qabaqcadan ona qadağan edilməsi və tikintisi aparılan evin layihəsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Cavabdeh qarşı qazıntı və tikinti işləri apararkən onun torpaq sahəsinə kürümüş torpağın götürülməsi, aralarında olan şiferli hasarın qanuna uyğun hündürlüyə qaldırılması, evin ikinci mərtəbəsini tikərkən ikinci mərtəbədən onun həyətinə tərəf pəncərənin qoyulmasının qabaqcadan ona qadağan edilməsi və tikintisi aparılan evin layihəsinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-821/2023
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-821/2023
07.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver