Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-836/2022 14.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəmənin binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçılar İddiaçı1 məxsus 29 baş ana qoyun, 33 baş quzu (29 baş ana qoyunun balası 4 ədəd əkiz balalayır), 13 baş ana keçi, 26 baş çəpiş (13 baş ana keçinin balası keçilər əkiz balalayır), 20 ədəd ana qoyun, 20 baş quzu (20 ədəd ana qoyunun balası), 6 baş erkək keçi (seyiz sort), 6 ədəd bir illik keçi, 2 ədəd çəpiş (6 ədəd 1 illik keçinin 2 baş dişinin balası), 6 ədəd erkək toxlu, 1 baş 13 yaş erkək at, İddiaçı2 Yusif oğluna məxsus 25 baş ana qoyun, 30 baş quzu (25 baş ana qoyunun balası (5 ədəd əkiz balalayır), 8 baş ana keçi, 16 baş çəpiş (8 baş ana keçinin balası (keçilər əkiz balalayır), 3 baş erkək toxlu, 3 baş bir illik keçi, 2 baş çəpiş (3 baş 1 illik keçinin 2 baş dişinin balası), İddiaçı3 məxsus 37 baş ana qoyun, 44 baş quzu (37 baş ana qoyunun balası 7 ədəd əkiz balalayır), 12 baş ana keçi, 24 baş çəpiş (12 baş ana keçinin balası, keçilər əkiz balalayır), 1 baş qoç, 2 baş erkək keçi, 1 baş erkək toxlu, 7 baş bir illik keçi, 7 baş çəpiş (7 ədəd bir illik keçinin balası), 1 baş 7 illik erkək atın alınaraq verilməsi, heyvanlar olmadığı təqdirdə onların bazar dəyəri olaraq hesablanmış İddiaçı1 26300 (iyirmi altı min üç yüz) manat, İddiaçı2 Yusif oğluna 13160 (on üç min yüz altmış) manat, İddiaçı3 21020 (iyirmi bir min iyirmi) manat pulun, eyni zamanda məhkəmə rüsumu olaraq ödənilmiş 271.44 (iki yüz yetmiş bir manat qırx dörd qəpik) manat məbləğin alınaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçılar Cavadov Mikərrəm Əsgər oğluna məxsus 29 baş 2-3 illik ana qoyun, 33 baş quzu (29 ana qoyunun balası 4 ədəd əkiz balalayır), 13 baş 2-3 illik ana keçi, 26 baş çəpiş (13 baş ana keçinin balası keçilər əkiz balalayır), 20 ədəd 2-3 illik ana qoyun, 20 baş quzu (20 ədəd ana qoyunun balası), 6 baş erkək 3-4 illik keçi (seyiz sort), 6 ədəd bir illik keçi, 2 ədəd çəpiş (6 ədəd 1 illik keçinin 2 baş dişinin balası), 6 ədəd 1 illik erkək toxlu, 1 baş 13 yaş erkək at, İddiaçı2 Yusif oğluna məxsus 25 baş 2-3 illik ana qoyun, 30 baş quzu (25 baş ana qoyunun balası (5 ədəd əkiz balalayır), 8 baş 2-3 illik ana keçi, 16 baş çəpiş (8 baş ana keçinin balası (keçilər əkiz balalayır), 3 baş 2 illik erkək toxlu, 3 baş bir illik keçi, 2 baş çəpiş (3 baş 1 illik keçinin 2 baş dişinin balası), İddiaçı3 məxsus 37 baş 2-3 illik (qarabağ sort) ana qoyun, 44 baş quzu (37 baş ana qoyunun balası 7 ədəd əkiz balalayır), 12 baş 2-3 illik ana keçi, 24 baş çəpiş (12 baş ana keçinin balası, keçilər əkiz balalayır), 1 baş 2 illik qoç, 2 baş erkək 3 illik keçi, 1 baş erkək 1 illik toxlu, 7 baş bir illik keçi, 7 baş çəpiş (7 ədəd bir illik keçinin balası), 1 baş 7 illik erkək atın alınaraq verilməsi, heyvanlar olmadığı təqdirdə onların bazar dəyəri olaraq hesablanmış İddiaçı1 26300 (iyirmi altı min üç yüz) manat, İddiaçı2 Yusif oğluna 13160 (on üç min yüz altmış) manat, İddiaçı3 21020 (iyirmi bir min iyirmi) manat pulun, eyni zamanda məhkəmə rüsumu olaraq ödənilmiş 271.44 (iki yüz yetmiş bir manat qırx dörd qəpik) manat məbləğin alınaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz ərizəsi göndərərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək verdikləri iddia ərizəsinin geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyinə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260.4, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 271,44 (iki yüz yetmiş bir manat qırx dörd qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-836/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-836/2022
14.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver