Məhkəmə qərarları › İş №e-2(033)-869/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-869/2022

26.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-869/2022 26.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə müəyyən edilmiş 18.000 (on səkkiz min) manat məbləğində pulun və ödənilən dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona ayrı-ayrı vaxtlarda ümumilikdə 18.000 (on səkkiz min) manat məbləğində ziyan vuraraq aldatma və etibardan sui-istifadə etməklə ona qarşı dələduzluq etmişdir. Belə ki, onun şikayəti əsasında CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Cavabdeh CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən həmin hökmdən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-272/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa 8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh ona təyin edilmiş cəzadan vaxtında öncə azad edilmişdir. Belə ki, iş materiallarından da məlum olunur ki, cavabdeh onun etibarlarından sui-istifadə edərək onu aldatmışdır. Çıxarılan hökm ilə ona dəymiş ziyan, yəni 18.000 (on səkkiz min) manat məbləğində pul öz təsdiqini tapmışdır. İstər məhkəmə baxışı zamanı, istərsə də çıxdıqdan sonra cavabdeh ondan mənimsədiyi pulları geri qaytarmamış, hal-hazırda da həmin pulları ona ödəməkdən boyun qaçırır. Ona görə də məhkəməyə mülki iddia ilə müraciət etməyə məcbur olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etdiyini, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını, iddiaçıya olan borcunu hissə-hissə ödəyə biləcəyini bildirdi. İşin halları Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-272/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 7.0.36-cı maddəsinə görə zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müxtəlif vaxtlarda İddiaçı hissə-hissə olmaqla ümumilikdə 18.000 (on səkkiz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərə görə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-272/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui-istifadə edərək bankda xeyli miqdarda pulu olduğunu bilib sonuncunun vahid niyyətlə əhatə olunan qəsdlə, qohumunun Zaqatala rayonunda olan böyük fındıq bağını dəyərindən ucuz 1500 manata satması barədə yalan məlumat verib inandıraraq xx.xx.2018-ci il tarixdə saat 14:00-da Sumqayıt şəhər Bulvarında yerləşən «Turan» kafesində 1500 (bir min beş yez) manat, xx.xx.2018-ci il tarixdə saat 16:00-da həmin bağ sahəsinin sənədləşdirilməsi adı ilə Sumqayıt şəhəri, 4cü mikrorayon ərazisində yerləşən «Kimyaçılar» sarayının qarşısında 2000 (iki min) manat, polis bölməsində barəsində olan probleminin həll edilməsi adı ilə xx.xx.2018-ci il tarixdə saat 15:00-da Bakı şəhəri, «20 yanvar» metrostansiyası yaxınlığında 2000 manat, fındıq sahələrində fındıq yığımının başlandığını və ətraf rayonlardan ucuz qiymətə fındıq alıb baha qiymətə satacaqları barədə yalan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə saat 16:00-da Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Kimyaçılar sarayının qarşısında 5000 (beş min) manat, bankdan kredit götürəcəyi adı ilə xx.xx.2018-ci il tarixdə saat 14:00-da Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən “Kimyaçılar” sarayının qarşısında 3000 (üç min) manat, borclarını bağlayacağı barədə yalan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə saat 18:00-da Bakı şəhəri, «Neftçilər» metrostansiyasının yaxınlığında 4000 (dörd min) manat, qaytarmaq niyyəti və maddi imkanı olmadığı halda bir neçə günə qaytaracağına dair yalan vəd verib aldadaraq xx.xx.2019-cu il tarixdə, saat 16:30-da Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən Kimyaçılar sarayının qarşısında 500 (beş yüz) manat alıb ələ keçirərək zərərçəkmiş İddiaçı ümumilikdə 18.000 (on səkkiz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normlarının dizpozisiya şərtlərinə uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, cinayət nəticəsində vurduğu maddi zərərin əvəzi olan 18000 (on səkkiz min) manat pul Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, 144 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 18000 (on səkkiz min) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 144 (bir yüz qırx dörd) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar