Məhkəmə qərarları › İş №e-2(033)-871/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-871/2022

19.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-871/2022 19.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi və tərcüməçi X6 iştirakları ilə Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X13 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1740 saylı arayışda X4 dair məlumatların ona məxsus olmasını müəyyən etməklə həmin sənədlərin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi vardır. Zaqatala rayon Dövlət Arxivindən verilmiş arxiv arayışını DƏDRX-nə təqdim edərək reyestrdən çıxarış almaq istəyərkən məlum olmuşdur ki, onun soyadı arxiv arayışında “Mehdiyeva” yazılmışdır, eyni zamanda onun elektron bazada adı səhv olaraq “Şölə” yazılmışdır. O şəxsiyyət vəsiqəsinin surətini DƏDRX-yə təqdim edərək elektron bazada səhvən qeyd edilmiş “Şölə” adının “Şöhlə” kimi, arxiv arayışında səhvən yazılmış “Mehdiyeva” soyadının “Şabanova” dəyişdirilərək torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin təşkilat torpaq islahatı nəticəsində verilmiş torpaq sahəsinə dair subyektlərin siyahısında düzəlişlərin edilməsindən imtina etmişdir. Ona görə də, elektron bazada səhvən yazılmış “X8”nın soyadının düzəldilməsi məqsədi ilə arxiv arayışında yazılmış “X7”na dair məlmatların “Ərizəçi”na məxsus olması faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Ərizəyə qarşı etirazın dəlilləri Ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizəçi ərizəni müdafiə edərək ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X13 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının torpaq payı alacaq subyektlərin siyahısında Ərizəçi (şəxsiyyət vəsiqəsi AA*******) adı texniki səhv olaraq X8 yazılmışdır. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, vəsiqə xx.xx.1958-ci il tarixdə anadan olmuş Ərizəçi məxsusdur. Zaqatala RİHB-nin Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 1663 nömrəli arayışdan görünür ki, Ərizəçi (şəxsiyyət vəsiqəsi AZE 1872017) ilə adlı siyahıda qeyd olunan X8 eyni şəxsdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli 1740 nömrəli arxiv arayışından görünür ki, vətəndaşın 1996/2000-ci illərdə Əliabad qəsəbə İƏVN-nin t.başına kitab 9 səhifəsində 58-də ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur. 1 xx.xx.1917-ci il tarixdə anadan olmuş X5-ailə başçısı, xx.xx.1958-ci il tarixdə anadan olmuş X7-qızı, xx.xx.1987-ci il tarixdə anadan olmuş X9-nəvəsi, xx.xx.1993-cü il tarixli X12-nəvəsi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1740 nömrəli arxiv arayışında xx.xx.1917-ci il tarixdə anadan olmuş X1 1996/2000-ci illərdə Əliabad qəsəbə İƏVN-nin t.başına kitab 9 səhifəsində 58-də ailə tərkibi xx.xx.1958-ci il tarixdə anadan olmuş X7-qızı, xx.xx.1987-ci il tarixdə anadan olmuş X9-nəvəsi, xx.xx.1993-cü il tarixli X12-nəvəsindən ibarət olduğu qeyd edilmişdir. xx.xx.1958-ci il tarixdə anadan olmuş Ərizəçi soyadı “Şabanova” əvəzinə “Mehdiyeva” kimi qeyd edilmiş və arxiv arayışında qeyd edilənlər həmin şəxsin şəxsiyyət vəsiqəsində və digər hüquq müəyyənedici sənədlərdə göstərilən müvafiq olaraq soyadı ilə düz gəlmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1740 nömrəli arxiv arayışında qeyd edilmiş X2 xx.xx.1958-ci il tarixdə anadan olmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227, 233, 307.2.5, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Zaqatala Rayon İcra Hakimiyyəti Zaqatala Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1740 nömrəli arxiv arayışında qeyd edilmiş X2 xx.xx.1958-ci il tarixdə anadan olmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi kimi nəzərə alınmaqla həmin sənədin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat rüsum onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar