Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-890/2022 13.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi Maraqlı şəxs iştirakı ilə Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Zaqatala rayonu Lahıc bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi Ərizənin dəlilləri Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Lahıc Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 2301,07 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri (sədri) Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx Seriya və nömrəsi - AZE********, xx xxxx 1983-cü il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizəsində göstərmişdir ki, qeyri-kommersiya hüquqi şəxs qismində Zaqatala rayonu Lahıc Bələdiyyəsi (VÖEN **********) sosial sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə (Dövlət Sosial Müdafiə Fondu) xx.xx.2022-ci il tarixə İcbari Tibbi Sığorta Fonduna 1,07 manat, Dövlət Sosial Müdafiə Fonduna 2300 manat olmaqla, ümumilikdə 2301,07 manat məbləğində sosial sığorta haqları üzrə borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində müvafiq Fonda ödənilməsi məqsədi ilə qeyd olunan quruma Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin qurum yaranmış borc məbləğini ödəməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd olunan qurumun rəhbəri Maraqlı şəxs qeydiyyat ünvanı ünvan 1ri Ərizəyə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Maraqlı şəxs izahat verərək göstərdi ki, iddia tələbini qəbul edir. İddia ərizəsində qeyd edilən məbləğ ödənilənədək onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına etirazı yoxdur. Mülki iş üzrə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişı göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasında nümayəndənin iştirakı olmadan işə baxılmasını və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında 18 iyul 2022-ci il tarixli, **********821500 nömrəli xəbərdarlıqdan görünür ki, Zaqatala rayonu Lahıc bələdiyyəsinin (VÖEN: **********) sığorta öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə xx.xx.2022-ci il tarixinə müvafiq fondlara ümumilikdə 3363,17 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə-3214,18 manat, işsizlikdən sığorta haqqı üzrə- 30,27 manat, icbari tibbi sığorta haqı üzrə 118,72 manat) borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks tədqirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. İcbari tibbi sığorta haqları üzrə borcunun ödənilməsinin tələb edilməsinə dair 18 iyul 2022-ci il tarixli, **********086300 nömrəli bildirişdən görünür ki, Zaqatala rayonu Lahıc bələdiyyəsinin (VÖEN: **********) icbari tibbi sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə 118,57 manat məbləğində (icbari tibbi sığorta haqları üzrə 87,312 manat, o cümlədən faizlər üzə 31,25 manat) borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş və vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barəsində xəbərdar edilmişdir. İşsizlikdən sığorta haqları üzrə borcunun ödənilməsinin tələb edilməsinə dair 13 iyul 2022-ci il tarixli, **********193900 nömrəli bildirişdən görünür ki, Zaqatala rayonu Lahıc bələdiyyəsinin (VÖEN: **********) işsizlikdən sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə 20,62 manat məbləğində (işsizlikdən sığorta haqqı üzrə 19 manat, o cümlədən faizlər üzrə 1,62 manat) borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş və vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barəsində xəbərdar edilmişdir. Muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borcunun ödənilməsinin tələb edilməsinə dair 18 iyul 2022-ci il tarixli, **********661800 nömrəli bildirişdən görünür ki, Zaqatala rayonu Lahıc bələdiyyəsinin (VÖEN: **********) icbari tibbi sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun qeyd olunan tarixə dövlət büdcəsinə 3209,10 manat məbləğində (muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 3012,50 manat, o cümlədən faizlər üzə 196,60 manat) borcu vardır və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş və vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər barəsində xəbərdar edilmişdir. “Hüquqi şəxs haqqında məlumat cədvəli”-ndən görünür ki, vergi ödəyicinin tam adı: Azərbaycan Respublikası Zaqatala rayonu Lahıc Bələdiyyəsi; əsas fəaliyyət növü: yerli özünü idarəetmə orqanlarının fəaliyyəti; hüquqi ünvanı: AZ6240, Zaqatala rayonu Lahıc kəndi; rəhbərin adı: Maraqlı şəxsdır. xx.xx.2022-ci il tarixli **********2 nömrəli alınmalı sərəncamdan görünür ki, Azərbaycan Respublikası Zaqatala rayonu Lahıc Bələdiyyəsinin büdcəyə olan qalıq və faiz üzrə 3077.96 manat borcu vardır. xx.xx.2022-ci il tarixli **********3 nömrəli alınmalı sərəncamdan görünür ki, Azərbaycan Respublikası Zaqatala rayonu Lahıc Bələdiyyəsinin büdcəyə olan qalıq və faiz üzrə 118,57 manat borcu vardır. xx.xx.2022-ci il tarixli **********2 nömrəli alınmalı sərəncamdan görünür ki, Azərbaycan Respublikası Zaqatala rayonu Lahıc Bələdiyyəsinin büdcəyə olan qalıq və faiz üzrə 20,72 manat borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Lahıc bələdiyyəsinin (VÖEN: **********) sığorta üzrə məcburi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə onun xx.xx.2022-ci il tarixə İcbari Tibbi Sığorta fonduna 1,07 manat, Dövlət Sosial Müdafiə Fonduna 2300 manat ümumilikdə dövlət büdcəsinə 2301,07 manat məbləğində borcları vardır. Yerli özünüidarə orqanının sədri Maraqlı şəxs yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, **********821500 nömrəli xəbərdarlıq və 18 iyul 2022-ci il tarixli, **********086300 nömrəli, 13 iyul 2022-ci il tarixli, **********193900 nömrəli, 18 iyul 2022-ci il tarixli, **********661800 nömrəli bildirişlər göndərilmiş, Zaqatala rayonu Lahıc bələdiyyəsinin sədri Maraqlı şəxs yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu Zaqatala rayonu Lahıc bələdiyyəsinin (VÖEN: **********) sədri Maraqlı şəxsdır. O, Zaqatala rayonu Lahıckəndində yaşayır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olmasını təsdiq edir. Ona görə də borclu Zaqatala rayonu Lahıc bələdiyyəsinin, dövlət büdcəsinə olan sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin sədri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Мülki Prosessual Məcəllənin 216-220 və 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi Ərizə təmin edilsin. Borclu Zaqatala rayonu Lahıc Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 2301,07 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri (sədri) xx xxxx 1983-cü il tarixdə Zaqatala rayonu, Lahıc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zaqatala rayonu Lahıc kəndi ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx Seriya və nömrəsi - AZE********, xx xxxx 1983-cü il təvəllüdlü) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-890/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-890/2022
13.09.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver