Məhkəmə qərarları › İş №e-2(033)-945/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-945/2023

27.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-945/2023 27.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu sədrlik etməklə, Məhkəmə iclasının katibi X6 İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahələrinin, orada aparılan yaxşılaşmalar və yenidənqurma işlərinin bugünki bazar dəyəri olan 28 000 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödnənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 16 noyabr 2004-cü il tarixli, 231049 nömrəli alqı-satqı müqaviləsi əsasında Zaqatala rayon, Göyəm kəndi ərazisində 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 94kv/m-dən ibarət iki otaqlı fərdi yaşayış evini mərhum anası X1. X2 xx.xx.2016-cı il tarixində dünyasını dəyişmiş və göstərilən yaşayış evi onun vəfatından sonra xx.xx.2018- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mərhumun adına rəsmiləşdirilmişdir. X3 qeyd edilən yaşayış evini vərəsəlik qaydasında özadına rəsmiləşdirmədən xx.xx.2019-cu il tarixdə vəfat etmiş və ölümündən sonra onun adına vərəsəlik işi açılmış, lakin onun xəstəliyi ilə əlaqədar olaraq evin növbəti vərəsələrə rəsmiləşdirilməsi başa çatdırılmamışdır. Eləcə də, cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə sadə yazılı formada tərtib edilmiş və beş nəfər şəxs tərəfindən imzalanmış 16 noyabr 2004-cü il tarixli akta əsasən torpaq islahatı ilə əlaqədar onlara verilmiş, notarial qaydada satdıqları fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə bitişik 0,34 ha, 0,309 ha və 0,3599 ha torpaq sahəsi olmaqla, ümumilikdə, 1,0089 ha torpaq sahəsini bir dəfəlik mərhum X2na verməklə bu torpaq sahələrini faktiki olaraq anasına satmışlar. Belə ki, həmin dövrdə göstərilən torpaq sahələri dair hüquq müəyyənedici sənədlər hazır olmadığına görə, onun rəsmiləşdirilməsi mümkün olmadığından, yuxarıda qeyd edilən formal akt tərtib olunmuş, lakin faktiki olaraq iddiaçılar bu sahələri anasına sataraq həmin sahələrə mülkiyyət hüququ əldə etdikdən sonra göstərilən torpaq sahələrinin anasının adına rəsmiləşdirəcəklərinə söz vermişlər. Hazırda mübahisə edilən torpaq sahələri 2004-cü ildən hal-hazıradək, yəni 19 ildir ki, fasiləsiz və etirazsız olaraq onların istifadə və sahibliyindədir. Bu torpaq sahələrinə görə vergi ödənişləri də ötən müddətdən hal-hazıra kimi onların tərəfindən aparılır. Eləcə də, Cavabdeh1 və Cavabdeh2 o dövrdə mərhum valideynləri tərəfindən torpağın onlara satılmasına görə ödənilmiş 15.000000 (on beş milyon) manat vəsaitdən əlavə ötən müddət ərzində mübahisəli torpaq sahələrindəki fındıq kollarının qurumuş hissələri budanaraq yenilənmiş və cavanlaşdırılmış, məhv olmuş kolların əvəzinə yeni kollar əkilmiş, bağ sahəsi suvarılmış, ona təbii (peyin) və mineral gübrələr verilmiş, əlavə meyvə ağacları əkilmiş, həmçinin torpaq sahəsinin qonşu ilə sərhəd hissəsində təxminən 150 metr uzunluğunda dəmir setka çəkilmiş, qonşu sərhəddində daş divar və ərazidə yerləşən mal tövləsi qəza vəziyyətində olduğundan yenidən qurulmuş və digər yaxşılaşma işləri aparılmışdır. Qeyd olunanlar, iddiaya əlavə olunmuş sənədlər, mütəxəssis rəyi və şahid ifadələri ilə də bir daha öz təsdiqini tapır. “ Kristal- MM” şirkətinin verdiyi 28 iyul 2023-cü il tarixli, 1003/23 saylı mütəxəssis rəyinə əsasən faktiki olaraq satılmış torpaq sahəsinin orada görülmüş işlər və yaxşılaşdırmalarla birlikdə hazırki bazar dəyəri 28.000 ( iyirmi səkkiz min) manat təşkil edir. Yuxarıda şərh edilənlərdən də göründüyü kimi, mübahisəli torpaq sahəsini onlar faktiki olaraq müvafiq pul məbləği ödəməklə iddiaçıdan almış və vicdanlı sahib olmaqla, bu sahə bugün də istifadələrindədir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqdan sui-istifadə edərək tərəflər arasında formalaşmış və razılaşdırılmış rəftarın ziddinə olaraq 2022-ci ildə torpaq sahələrinə mülkiyyət hüququ əldə etdikdən sonra həmin sahədən çıxarılmalarına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Mübahisənin hazırki vəziyyətində və aşağıdaki hüquqi əsaslara görə hesab edir ki, göstərilən torpaq sahələrinin orada aparılan yaxşılaşmalar və yenidənqurma işlərinin bugünki bazar dəyəri olan 28.000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməlidir İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, prosessual hərəkətlər yerinə yetirilmişdir. Hazırkı işə baxılarkən müəyyən olunmuşdur ki, Zaqatala Rayon Məhkəməsinin hakimi Tural Həsənovun icraatında xx.xx.2023-cü il tarixində daxil olmuş e-2(033)- 752/2023 saylı Cavabdeh1, X8, X11 və Cavabdeh2 X14 və İddiaçı qarşı “qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş vardır. Həmin tələb üzrə iddiaçılar Cavabdeh1, X8, X11 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüquqlarının bərpası, DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydiyyata alınan 0.3092 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, DƏDRXnin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydiyyata alınan 0.3989 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və DƏDRX-nin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə **********68 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydiyyata alınan 0.3014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər X10 və İddiaçı çıxarılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Həmin tələb üzrə iddiaçılar Cavabdeh1, X8, X11 və Cavabdeh2 hüquqi mövqelərini onunla əsaslandırmışdırlar ki, Zaqatala rayonu, Göyəm kəndində ailə üzvlərinə məxsus ümumilikdə 1.0095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə dair hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı ərazi idarəsində xx.xx.2022-ci, xx.xx.2022-ci və xx.xx.2022ci il tarixlərdə qeydiyyata alınmışdır. Torpaq sahələri mülki iş üzrə cavabdehlər tərəfindən zəbt olunduğu üçün istifadə edə bilmirlər. Cavabdehlərə torpaq sahəsindən çıxarılmasına dair dəfələrlə müraciət etmələrinə baxmayaraq cavabdehlər torpaq sahəsindən çıxmamışdırlar. Mülki iş üzrə cavabdehlər tərəfindən torpaq sahələri zəbt olunmuş, mülkiyyət hüquqlarından məhrum olmuşdurlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil hər iki mülki işin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmələrinin üzrülü olması barədə məhkəməyə sənəd təqdim etməmişlər. Məhkəmə e-2(033)-945/2023 saylı mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsini, e-2(033)-752/2023 saylı mülki iş üzrə iddiaçılar Cavabdeh1, X8, X11 və Cavabdeh2 cavabdehlər X14 və İddiaçı qarşı “qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsini və hazır ki mülki iş materiallarını araşdıraraq hesab edir ki, hər iki mülki iş eyni tərəflər arasında olan eyni növlü iş olduğundan bu işlərin birləşdirilməsini məqsədə müvafiqdir . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 169.3-cü maddəsinə əsasən həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Hər iki mülki iş araşdırılarkən müəyyən edildi ki, onlar bir-biri ilə sıx əlaqəlidir. Ona görə də məhkəmə hesab edir ki, e-2(033)-945/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki iş e-2(033)-752/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydyyat nömrəsi yəni, 2(033)-752/2023 qeydiyyat nömrəsi verilməklə baxılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263 - 264-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Zaqatala Rayon Məhkəməsində e-2(033)-945/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki iş e-2(033)-752/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçılar Cavabdeh1, X8, X11 və Cavabdeh2 cavabdehlər X14 və İddiaçı qarşı “qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, e-2(033)-752/2023 qeydiyyat nömrəsi verilməklə baxılsın. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar