Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-95/2023 16.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi vəkil Nümayəndə Üçüncü şəxs, X8 və üçüncü şəxs X13 nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri: İddiaçılar İddiaçı1, Mustafayev Nadı̇ r Ömər oğlu, Mustafayeva Pakı̇ zə Ömər qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ Publik Hüquqı̇ Şəxsı̇ nı̇ n 18 Saylı Zaqatala Ərazı̇ İdarəsı̇ nə qarşı “dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onların mərhum ailə üzvü X2 miras qalmış Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçılar və Sabir Mustafayevin hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tairxdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”larla rəsmiləşdirilmişdir. X5 iddiaçılara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini iddiaçıların razılığı, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə Sabir Mustafayevin adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli“ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Bundan sonra Sabir Mustafayev torpaq sahəsindəki payını, X7 bağışlamışdır. X5 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib etmişdir. İş materiallarından da göründüyü kimi, hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak Sabir Mustafayev tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Nəticədə iddiaçılar cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı, sonuncunun üzərinə -“Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”n fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair” iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdirlər. Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçılar tərəfindən apellyasiya şikayəti Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərardadı ilə iddia - 13 noyabr 2019-cu il tarixdə tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğvedilməsi hissəsində ümumi məhkəmənin aidiyyatı olması səbəbindən mümkün sayılmamış, 03 mart 2022-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərar ilə Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərarı ləğv edilmiş və Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğvi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmişdir. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərarından üçüncü şəxslər tərəfindən kassasiya şikayəti verilmiş, lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2022-ci il tarixli, 2-1(102)-979/2022 iş nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli, 2-1(116)-1257/2021 iş nömrəli qərarı dəyişdirilmədən saxlanılmışıdır. İddiaçıların hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi, 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi ilə bağlıdır. İddia tələbinə qarşı etirazın dəlilləri Üçüncü şəxslər X19 və X9 07 fevral 2023-cü il tarixdə məhkəməyə etiraz ünvanlayaraq göstərmişlər ki, iddia ərizəsi ilə razı deyildirlər. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasma, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3730/2021 nömrəli 21 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-308/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi iddia tələbinin Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış’hn etibarsız hesab edilməsinin rədd olunması hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(116)- 1257/2021 nömrəli qərarı ilə (hakim F.S.İsmayılzadə) iddiaçıların cavabdehə qarşı “ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) tələbinə dair iddia rədd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış "ın vərəqində göstərilən 0.0313 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən iddiaçı X7 düşən 6/12 hissə payının naturada ayrılması barədə iddia ərizəsi e-2(033)-858/2022 iş nömrə ilə Zaqatala Rayon Məhkəməsinin icraatındadır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs, eləcə də üçüncü şəxs X13 nümayəndəsi X8 məhkəmə iclasında 07 fevral 2023-cü il tarixdə məhkəməyə ünvanlandığı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları Mülki işin materiallarında olan ********** və ********** qeydiyyat nömrəli, 08 yanvar 2016-cı il və 13 noyabr 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 0,0313 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kvm-in hər birinin 2/12 hissə olmaqla paylı mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, torpaq sahəsinin 6/12 hissəsi X5, fərdi yaşayış evinin 102,55 kvm-in 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kvm hissəsi (iki yaşayış otağı 43,4 kvm. qaraj 25,4 kvm, mətbəx 16,45 kvm və açıq eyvan 21,20 kvm) X13 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 29 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri A.Həmidov küçəsi 3a döngə 3 ünvanında yerləşən ümumi sahəsi 0,313 ha olan torpaq sahəsindən özünə düşən 6/12 ha hissəsini arvadı X5 mülkiyyətinə vermişdir. Mülki işin materiallarında olan ********** və ********** qeydiyyat nömrəli, 28 aprel 2015-ci və 08 yanvar 2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda 0,0313 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 6/12 hissə olmaqla X13, payı 2/12 hissə olmaqla İddiaçı1, payı 2/12 hissə olmaqla İddiaçı2 və payı 2/12 hissə olmaqla İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan ********** və ********** qeydiyyat nömrəli, 17 aprel 2018-ci və 08 yanvar 2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 0,0313 ha həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kvm-in 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kvm hissəsi (iki yaşayış otağı 43.4 kvm, qaraj 25,4 kvm, mətbəx 16,45 kvm və açıq eyvan 21,20 kvm) X13, torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kvm-in 2/12 hissəsi İddiaçı1, torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kvm-in 2/12 hissəsi İddiaçı2, torpaq sahəsinin və fərdi yaşayış evinin 102,55 kvm-in 2/12 hissəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan ********** və ********** qeydiyyat nömrəli, 28 aprel 2015-ci və 16 yanvar 2015-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda 0,0313 ha həyətyanı torpaq shaəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 4/8 hissə olmaqla X13 və payı 4/8 hissə olmaqla X3 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan X4, X10, X11 nümayəndəsi X8 və X13 nümayəndəsi X12 imzaladıqları 19 iyun 2014-cü il tarixli ev bəxşişi müqaviləsinin surətindən görünür ki, onlar ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli seriya RX 0296748, reyestr nömrəsi **********98-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa və Zaqtaala rayon 1 saylı DNK tərəfindən çap edilmiş 19 iyun 2014-cü il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyetsrindən arayışa əsasən Zaqatala şəhəri A.Həmisov küçəsi 3A döngə3-də 0,0313 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı yaşayış sahəsi 46,3 kvm, yardımçı sahəsi 56,25 kvm. ümumi sahəsi 102,55 kvm olan fərdi yaşayış evinin X6 məxsus 1/8 hissəsini, X14 məxsus 1/8 hissəsini və X15 məxsus 1/8 hissəsini və 0,0313 ha torpaq sahəsindən X6, X14 və X15 düşən hissəsini qardaşları X16 bağışlamışlar. Mülki işin materiallarında olan ********** qeydiyyat nömrəli, 24 iyun 2014-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda 0,0313 ha həyətyanı torpaq shaəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə payı 4/8 hissə olmaqla X13 və payı 4/8 hissə olmaqla X3 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2-1(116)-1257/2021 saylı qərarından görünür ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarıəsinə qarşı “ünvan 5-də yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömərsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqıqnda daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli 2-1(107)-85/2022 saylı qərarından görünür ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2-1(116)-1257/2021 saylı qərarı “ünvan 5-də yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömərsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyi qoyulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərar qəbul edilərək iddianın həmin hissədə təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin üzərinə “ünvan 5-də yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Mülki işin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli 2-1(107)-85/2022 saylı qərardadından görünür görünür ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 2-1(116)-1257/2021 saylı qərarı 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqıqnda daşınmaz əmlakın Dövlət reyetrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməsi qərara alınmış və həmin hissədə iddia tələbi mümkün sayılmamışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2022-ci il tarixli 2-1(102)-979/2022 saylı qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 mart 2022-ci il tarixli 2-1(107)- 85/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2021-ci il tarixli 2(102)-3730/2021 saylı qərarından görünür ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş kasssasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(107)-308/2021 saylı nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi iddia tələbinin ünvan 5-də yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın etibarsız hesab edilməsinin rədd olunması hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi, qətnamə qalan hissədə, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi hissədə dəyişdirilmədn saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bir əmlak hüququ olaraq mülkiyyət hüququ, təmin etdiyi səlahiyyətin həcmi baxımından tam və bütöv olan yeganə əşya hüququdur. Öz sahibinə əşya üzərində inhisarlı bir şəkildə ən geniş səlahiyyətlər təmin edən bu hüquq həm əşya barəsində sərəncam verə bilmə səlahiyyətini (yəni əşyanın hüquqi müqəddəratını və əmlak mənsubiyyətini müəyyən edə bilmə səlahiyyətini) təmin edir, həm də əşya üzərində üç səlahiyyətin (istifadə, sahiblik və sərəncam) hamısını birlikdə və ən geniş şəkildə təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 13 iyul 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, “MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir”. …“Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İlk öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3730/2021 nömrəli 21 iyun 2021-ci il tarixli qərarı ilə həll edilmiş mübahisə digər tələblərlə yanaşı 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunması barədə olsa da, hazırkı tələb 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv olunması barədə olmaqla hüquqi nəticəsi fərqli olan yeni iddiadır. Bundan başqa, iddiaçıların mübahisələndirdiyi qeydiyyat və onun əsasında verilmiş çıxarış Ceyran Mustafayevanın torpaq sahəsinin 6/12 hissəsinə pay hüququnun əmələ gəlməsi və Sabir Mustafayevin payının eyni miqdarda azalması ilə bağlı olmuş, fərdi yaşayış evi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Lakin iddiaçılar iddia tələblərində həmin qeydiyyat və çıxarışın fərdi yaşayış evinə dair hissədə etibarsızlığını tələb etmişlər. Daşınmaz əmlakın fərdi yaşayış evi ilə bağlı qeydiyyat isə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə aparılmaqla, 13 noyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair reyestrdən çıxarış torpaq sahəsi ilə bağlı olmaqla fərdi yaşayış evi barəsində olmamış və S.Mustafayevin torpaq sahəsinin özünə düşən 6/12 hissəsini C.Mustafayevaya bağışlaması barədə xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında aparılmışdır. İddiaçılar C.Mustafayevanın mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını (bağışlanma müqaviləsini) mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən çıxarış və onun verilməsinə əsas olmuş qeydiyyat fərdi yaşayış evi ilə bağlı olmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, Mustafayev Nadı̇ r Ömər oğlu, Mustafayeva Pakı̇ zə Ömər qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqı̇ Şəxsı̇ nı̇ n 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “dövlət reyestrindən çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi tələbi barədə iddiaları rədd edilsin. İddiaçılar İddiaçı1, Mustafayev Nadı̇ r Ömər oğlu, Mustafayeva Pakı̇ zə Ömər qızı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-95/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-95/2023
16.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver