Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-974/2023 30.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qaynatası X18 və 1932-ci il təvəllüdlü qaynanası X5 qulluq etmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1957-ci il tarixdə Zaqatala rayonu Cimcimax kəndində doğulmuşdur. 1975-1982, 1984-1987 və 1989-1996-cı illərdə keçmiş Zaqatala rayon Gözbarax kənd “Dan ulduzu” adına kolxozunda kolxozçu işləməklə həmin kolxozun üzvü olmuşdur. Lakin ona kolxoz tərəfindən əmək kitabçası verilməmişdir. Hazırda onun pensiya yaşı çatdığı üçün yaşa görə əmək pensiyası almaqdan ötrü Azərbaycan Respublikası DSMF-nın X4 müraciət etmişdir. Lakin ona bildirdilər ki, 25 illik sığorta stajı tamam olmadığına görə ona əmək pensiyası verilməsi qanuna uyğun deyildir. Bundan sonra o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1 və 4.1.8-ci bəndlərinə əsasən Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajının ahıllara qulluqetmə müddəti üzrə müəyyən edildiyini bildirmiş və 2002-ci il tarixdən yaşı yetmişə çatmış ahıl olan qayınanası və qayınatasına qulluq etdiyi müddətlərin sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin bildirdilər ki, bununla bağlı məhkəmə qərarı olmalıdır. Bildirir ki, 1984-cü ilin noyabr ayının 22-də Zaqatala rayonu Gözbarax kənd sovetliyində rəsmi qaydada nikahını qeyd etdirməklə X12 ərə köçmüşdür. Ərə köçdüyü gündən əri ilə birlikdə 1926-cı il təvəllüdlü qayınatası X22 və 1932-ci il təvəllüdlü X1 ilə birgə yaşamışdır. 2002-ci il tarixdə X1nın 70 yaşı tamam olmuşdur. Həmin tarixdən sonra 1926-cı il təvəllüdlü qayınatası X18 və 1932-ci il təvəllüdlü X1na onların vəfat etdiyi günədək qulluq etmişdir. X1 xx.xx.2008-ci il tarixdə, qayınatası X22 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Buna görə də, 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qayınatası X22 və 1932-ci il təvəllüdlü X1na qulluq etmə faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Bununla bağlı bildirir ki, onun 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qayınatası X22 və 1932-ci il təvəllüdlü X1na qulluq etməyini həyat yoldaşı X19 (ş/v: AZE № ********), qızları X13 (ş/v: AZE № ********), X15 (ş/v: AZE № ********) və qonşusu X23 (ş/v: AZE № ********) təsdiq edə bilərlər. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin icraatında İddiaçı (FİN 4SL7EV9) “ahıllara qulluqetmə faktının müəyyən olunması” tələbinə dair e- 2(033)- 974/2023 nömrəli iş vardır. İş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala regional filialı cavabdeh qismində cəlb olunmuşdur. Hesab edirik ki, e-2(033)-974/2023 nömrəli iş üzrə iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. Ərizəçi İddiaçı məhkəməyə müraciət edərək, 1926-cı il təvəllüdlü qayınatası- X18 (2002-2011-ci illərdə) və 1932-ci il təvəllüdlü qayınanası- X5 (2002-2008-ci illərdə) qulluqetmə faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə görə “Ahıllara qulluqetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı: 1.patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən nəzərə alınır. Ərizəçi 1926-cı il təvəllüdlü qayınatası-X18 (2002-2011-ci illərdə) və 1932-ci il təvəllüdlü qayınanası- X5 (2002-2008-ci illərdə) qulluq etdiyini qeyd etsə də, bu qulluq dövrünü təsdiq edən akt, qərar və ərizə mövcud deyildir. Göründüyü kimi həm qanunun, həm Ali Məhkəmənin Plenumunun Qərarına əsasən ərizəçinin hüquqi fakt qismində müəyyən etmək istədiyi tələb əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verərək bildirdi ki, İddiaçı onun qardaşının yoldaşıdır. Onun 1926-cı il təvəllüdlü atası X22 2011-ci il tarixdə və 1932ci il təvəllüdlü anası X9 isə 2008-ci il tarixdə vəfat etmişlər. 3 il atası, 1 il yarım isə anası yataq xəstəsi olmuş, özlərini idarə edə bilməmişlər. Valideynləri vəfat edənə kimi onlara qardaşının arvadı İddiaçı baxıb qulluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bacısı digər şahid X3 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahat verərək bildirdi ki, İddiaçı onların qonşularının gəlinidir. Onun qaynatası və qaynanası isə qonşuları olmuşdur. İddiaçı qaynanası və qaynatası vəfat edənə kimi onlara Minayə baxıb qulluq etmişdir. Onun özü xəstə olsa da, onlara baxmışdır. İşin halları Zaqatala rayonu Gözbarax kənd soveti tərəfindən 22 noyabr 1984-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X19 ilə X16 22 noyabr 1984-cü il tarixdə nikaha daxil olmuşlar. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “İsayev”, arvad isə “İsayeva” soyadını qəbul etmişlər. Zaqatala rayonu Gözbarax kənd soveti tərəfindən 20 avqust 1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 23 mart 1960-cı il təvəllüdlü X11 atası X22, anası isə X6r. Zaqatala rayonu Mamrux kənd ərazi nümayəndəliyi tərəfindən 29 mart 2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 22 iyun 2008-ci il tarixdə ölmüşdür. Zaqatala rayonu qeydiyyat şöbəsi tərəfindən 29 mart 2016-cı il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X22 24 fevral 2011-ci il tarixdə ölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 21.2-ci maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və va 18 yasinədək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət; hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli qərarı 4-cü bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
Məhkəmənin mövqeyi
Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, X19 ilə X16 22 noyabr 1984-cü il tarixdə nikaha daxil olmuşlar. İddiaçının ərinin 1926-cı il təvəllüdlü atası X22 2011-ci il tarixdə və 1932-ci il təvəllüdlü anası X9 isə 2008-ci il tarixdə vəfat etmişlər. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, onun 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qaynatası X18 və 1932-ci il təvəllüdlü qaynanası X5 qulluq etmə faktının müəyyən edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Məhkəmə hesаb edir ki, iddia ərizəsində göstərilən dəlillər əsаssız оlduğundаn iddiа tələbinin təmin edilməsi üçün əsаs оlа bilməz. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən ahıllara qulluq etmə faktının müəyyən edilməsini tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da məlum olur ki, İddiaçı 2002-ci il tarixdən 2011-ci il tarixinədək ahıl olan 1926-cı il təvəllüdlü qaynatası X18 və 1932-ci il təvəllüdlü qaynanası X5 qulluq etməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi, şahidlər iddiaçının qaynanası və qaynatası ilə birlikdə yaşamalarını və onlara qulluq etməsini bildirsələr də, sonuncunun onlara qulluq etməsi və ya mərhumların hər hansı xəstəlikdən əziyyət çəkməsi öz təsdiqini tapmamaqla onlara qulluq etməsi sübuta yetirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); Qaydaların 3.9-cu bəndinə əsasən isə İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmin edilməsi üçün yetərli saymır və hesab edir ki, iddiaçı iddia ilə bağlı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, tələb yazılı sübutlarla (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Sübutların qiymətləndirilməsinin məzmununu aşağıdakılar ehtiva edir: onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
Qət etdi
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala Regional filialına qarşı ahıllara qulluq etmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Həsənov.