Məhkəmə qərarları › İş №e-2(033)-98/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-98/2021

17.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-98/2021 17.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehdən 7500 manat borc pulun, 1000 manat maddi zərərin və dövlət rüsumunun onun xeyrinə ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Adil oğlu pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Muxax kənd sakini Cavabdeh 6500 (altı min beş yüz) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi göndərərək iddianın rədd olunmasını, onun iddiasının isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 7500 (yeddi min beş yüz) manat borc pulun, 1000 (bir min) manat maddi zərərin və 30 (otuz) manat rüsum məbləğinin alınıb onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi də məhkəmənin icraatına qəbul edilərək, sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Cavabdeh İddiaçı iddia ərizəsinə etiraz ərizəsi göndərərək iddianın rədd olunmasını, onun iddiasının isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1012/2020 nömrəli 05.11.2020-ci il tarixli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsində 2(033)-1075/2020 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehdən 7500 manat borc pulun, 1000 manat maddi zərərin və dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş 2(033)-1012/2020 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, 2(033)-1012/2020 qeydiyyat nömrəsi verilməklə baxılması qərara alınmışdlr. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Cavabdeh, özünə məxsus “Hyundai Sonata” markalı **-MH- *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikini dəyişdirmək məqsədi ilə 6500 manat pul və etibarnamə vermişdir. Lakin cavabdeh vədinə əməl etməyərək ona olan inamdan və etibardan sui istifadə edərək onu aldatmağa müvəffəq olmuş və avtomobilin mühərrikini dəyişdirmədiyini və pulu qaytarmayacağını bildirmişdir. Bundan başqa cavabdeh mühərriki dəyişdirmək adı ilə avtomobili Bakı şəhərinə aparmış və avtomobili öz adına qeydiyyata salmaq istəmişdir. Lakin avtomobil üzərində “Bank of Baku” bankı tərəfindən həbs qoyulduğu müəyyən olunduqdan sonra avtomobili oradaca duracaqda yerləşdirmişdir. Özünə bəraət qazandırmaq üçün Cavabdeh ona 7500 manat borcunun olduğunu, borcunu qaytarmaqdan imtina etdiyini iddia edərək ona məxsus avtobobili həmin borc müqabilində öz adına keçirmək istədiyini bildirmişdir. Cavabdeh onun etibarından və ona olan inamından sui istifadə edərək onu aldatmağa müvəffəq olmuş və pulunu mənimsəmişdir. Cavabdehin onu aldatdığını bildiyi anda notariusa müraciət edərək etibarnaməni ləğv etdirmişdir. O, bununla bağlı Zaqatala rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin şikayəti mülki xarakterli olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunaraq ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddiası əsassız olduğundan cavabdehin iddiasının rədd edilməsini, onun iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddiaçının izahatına uyğun çıxış edərək Cavabdeh 6500 manat pulun alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını, eyni zamanda iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehdən 7500 manat borc pulun, 1000 manat maddi zərərin və dövlət rüsumunun onun xeyrinə ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh yaxın münasibətlərindən faydalanaraq avtomobilinin təmirə ehtiyacı olduğunu və başqa ehtiyacları olduğunu bəhanə gətirərək ondan 7500 manat borc pul istəmiş, o, da 30.06.2020-ci il tarixdə bir aya 30.07.2020-ci il tarixə qaytaracağı şərti ilə cavabdehə nağd pul vermişdir. Cavabdeh borcu razılaşdıqları şifahi müqaviləyə əsasən qaytaracağına qarantiya olaraq 30.06.2020-ci il tarixdə Zaqatala 2 saylı Notariusu tərəfindən bir il müddətinə verilmiş etibarnamə əsasında avtomobili onun istifadəsinə vermişdir. Cavabdeh borcunu bir ay müddətinə ödəmədiyi halda avtomobili istifadə etmiş və bir ay daha müddət vermişdir ki, borcunu ödəsin. Yenə də müxtəlif bəhanələrlə borcu ödəməmiş və borcu zərərlə birlikdə ödəyəcəyi vədi vermişdir. Bundan sonra bir aydan çox gözləmiş və cavabdehin mövcud bazar qiyməti ilə 16.000 manat dəyərində “Hunday” markalı ** MN *** dövlət nömrə nişanı olan minik avtomobilini borcunu çıxaraq qalıq məbləğini ödəməklə mülkiyyətinə keçirmək üçün Bakı şəhəri Baş Dövlət Yol Polisi şöbəsinə müraciət etmişdir. Orada avtomobilə baxış keçirilərkən ban nömrəsinin dəyişdirildiyi, saxta olduğu bildirilmiş və “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akt tərtib edərək DYP əməkdaşı “Siqnal” idarəsinin növbətçisi M.Babayev tərəfindən 05.09.2020-ci il tarixdə avtomobil ondan alınaraq dayanacağa qoyulmuşdur. Bir neçə gün Bakı şəhərində qalaraq məsələni həll etmək istəsə də avtomobili sənədləşdirməmişlər. Bu barədə İsaya bildirmiş, borcu və əlavə xərcləri də tələb etmişdir. Cavabdeh avtomobili yenidən saxta yolla, ona verdiyi etibarnaməni də nəzərə almadan öz adına sənədləşdirmişdir. Avtomobili hazırda ** BN *** dövlət nömrə nişanı ilə idarə edir. Bu müddətdə əlavə olaraq 1000 manat xərcə, zərərə düşmüş ki, cavabdeh 7500 manat əsas borcdan əlavə 1000 manat zərəri də ona ödəməlidir. Cavabdehin ona borclu olması, zərərə salması, avtomobili ona etibarnamə əsasında verməsi və saxta yolla geri alması, borcunu ödəməməsi faktlarını sübut edən səs yazıları, mesajlar, telefon zəngləri və hal şahidləri vardır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddiası əsassız olduğundan cavabdehin iddiasının rədd edilməsini, onun iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi və Cavabdeh tərəfindən verilmiş iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 21 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı izahat verərək bildirmişdir ki, təxminən 9 ay əvvəl Bakı şəhərində “Hyundai Sonata" markalı-**-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. 2020-cı ilin iyun ayında onun avtomobilinin mühərriki xarab olmuşdur. O, həmin vaxt əvvəlcədən tanıdığı həmkəndlisi Cavabdeh mühərrik ustası tapmasını xahiş etmişdir. Ömər ona 5000 manata mühərrik gətirə biləcəyini demişdir. O, Ömərə mühərrik almaq üçün avtomobilə baş etibarnamə vermişdir. O, bundan sonra fikrini dəyişərək mühərriki Zaqatala rayonunda düzəltdirmək qərarına gəlmişdir. Mühərriki düzəltdirsə də, mühərrik düzgün işləməmişdir. O, bundan sonra yenidən Ömərlə görüşmüş və sonuncu ona mühərriki aparıb dəyişdirməyi təklif etmişdir. O. Ömərlə razılaşmışdır. Təxminən 1 ay keçdikdən sonra, yəni 2020-ci ilin avqust ayında Ömərlə görüşmüş və sonuncu mühərrikin Bakı şəhərində olduğunu demişdir. Ömər ona həmin mühərrik üçün sənədləşmə ilə birlikdə 6500 manat pul lazım olduğunu demişdir. O, 31.08.2020-ci il tarixdə yaşadığı Muxax kəndində 6500 manat pulu və avtomobili Ömərə vermişdir. Ömər ona Bakı şəhərinə gedərək iki gün ərzində avtomobilin mühərrikini dəyişib geri qayıdacağını demişdir. Bundan təxminən 3-4 gün keçdikdən sonra Ömər ona zəng vurub Bakı şəhərində olduğunu, avtomobilin Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsində olduğunu və avtomobilin ban nömrəsinin dəyişdirildiyinə görə problem yarandığını demişdir. O, bundan sonra Bakı şəhərinə gedərək orada Ömərlə görüşmüşdür. O. Ömərdən avtomobili nə üçün Bakı şəhər Baş Dövlət Yol Polis idarəsinə apardığını soruşmuşdur. Ömər avtomobilin servisdə yoxlayan vaxt oraya polis əməkdaşlarının çağırıldığını və avtomobili oraya apardıqlarını demişdir. O, sonradan Ömərin həmin avtomobili öz adına keçirməyə apardığını öyrənmişdir. O. Ömərdən nə üçün avtomobili öz adına keçirmək istədiyini soruşduqda, sonuncu onunla mübahisə edib çıxıb getmişdir. O, bundan sonra Ömərlə əlaqə saxlaya bilməmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, 2020-ci ilin iyun ayında həmkəndlisi İddiaçı ondan “Hyundai Sonata" markalı avtomobilin mühərrikini təmir etmək üçün 7500 manat pul borc götürmüşdür. O. Zaqatala şəhərində Notariat kontorunun qarşısında 7500 manat pulu İsaya vermişdir, İsa ona 1 aya pulu geri qaytaracağını demişdir. Həmin pul qaytarana kimi İsa onun adına avtomobil üçün baş etibarnamə vermişdir. Bır ay keçdikdən sonra İsaya zəng vuraraq verdiyi borc pulu geri qaytarmasını istəmişdir, İsa ona pulunun olmadığını və bir-iki günə qaytaracağını demişdir. Həmin vaxtdan sonra isa müxtəlif bəhanələrlə onun pulunu qaytarmamışdır. O, 30.08.2020-ci il tarixdə İsaya zəng vurmuş və avtomobili gətirməsini istəmişdir. Həmin gün saat 18 radələrində İsa avtomobili gətirmiş və onun həyətində saxlamışdır. O, avtomobilin mühərriki xarab olduğu üçün sürməyib həyətdə saxlamışdır. O, İsanın etibarnaməni ləğv edəcəyindən ehtiyat edərək avtomobili öz adına keçirmək qərarına gəlmişdir. O. 05.09.2020-ci il tarixdə evakuatorla avtomobili Bakı şəhərinə Baş dövlət Yol Polisi idarəsinə aparmışdır. Orada avtomobili öz adına qeydiyyata salmaq istəyərkən avtomobilin ban nömrəsinin dəyişildiyi və avtomobil üzərinə "Bank of Baku" bankı tərəfindən həbs qoyulması müəyyən edilmişdir. Buna görə avtomobil orada duracaqda yerləşdirilmişdir. O, İsadan pul götürmədiyini, İsa onun 7500 manat pulu vermədiyinə görə avtomobili öz adına keçirmək istədiyini bildirmişdir. O, izahatında İsanı və ailəsini təhqir etmədiyini, hədə-qorxu gəlmədiyini və İsadan 7500 manat pulun geri alınmasına köməlik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflərin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ilk iddia ərizəsi üzrə İddiaçı tərəfindən ona məxsus olan “Hyundai Sonata” Minik markalı 99 MH-441 dövlət qeydiyatı nişanlı avtomobili Cavabdeh 30.06.2021-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək etibar edilmişdir. Cavabdeh “Hyundai Sonata” Minik markalı ** MH *** dövlət qeydiyatı nişanlı avtomobili öz adına rəsmiləşdirmək istədikdə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsində avtomobilin ban nömrəsinin dəyişdirildiyinə görə mübahisə yarandığından həmin avtomobil 05 sentyabr 2020-ci ildə Siqnal idarəsinin duracağına yerləşdirilmişdir. Bu barədə Cavabdeh İddiaçı məlumat vermiş və İddiaçı 30.06.2020-ci il tarixdə verilmiş etibarnaməni ləğv etdirmişdir. İlkin iddia ərizəsi üzrə İddiaçı ** MH *** dövlət qeydiyatı nişanlı avtomobilin təmir etdirilməsi üçün Cavabdeh etibarnamə və 6500 manat pul verdiyini, lakin Cavabdeh etibardan sui istifadə edərək avtomobili təmir etdirməyərək pulu mənimsədiyini və hazırda ona avtomobil təmiri üçün vermiş olduğu 6500 manat pulu geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı Cavabdeh isə İddiaçı borc olaraq 7500 manat verdiyini və İddiaçı həmin borc məbləğinin bir ay ərzində geri ödəyəcəyini vəd edərək, borc qaytarılanadək özünə məxsus ** MH *** dövlət qeydiyatı nişanlı “Hyundai Sonata” Minik markalı avtomobili onun istifadəsinə verdiyini bildirərək, İddiaçı 7500 manat borcun, 1000 manat dəymiş zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilkin iddia ərizəsi üzrə İddiaçı iddia tələbinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş tələbin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsasında yaranmış olmasına, əsassız varlanma nəticəsində və ya zərər vurmadan yaranan öhdəlik nəticəsində ona zərərin cavabdeh tərəfindən vurulmasını sübut etməlidir. İddiaçı tərəfindən isə tələbi təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının özünün izahatı olmuşdur. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə: 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir: 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1090.1.-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2.-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı tələbinin qanuni əsası müəyyən edilərkən aydın oldu ki, İddiaçı ilə Cavabdeh arasında öhdəlik-hüquq münasibətlərinin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır və həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. Eyni zamanda İddiaçı 6500 manat ödəməsi ilə bağlı tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi, çünki iddiaçı 6500 manatdan məhrum olduğunu qeyd etsə də, cavabdehin onun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etməmişdir. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla ilk iddia üzrə İddiaçı iddia etdiyi cavabdehin ondan 6500 manat vəsaiti alması öz təsdiqini tapmadığından İddiaçı qeyd edilən məbləği Cavabdeh tələb etməkdə haqlı deyildir. Məhkəmə iddiaçı Cavabdeh İddiaçı qarşı 7500 (yeddi min beş yüz) manat borc pulun, 1000 (bir min) manat maddi ziyanın alınıb onun xeyrinə ödənilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, bu iddia tələbi də rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 740.1-ci maddəsinin tələblərinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən normaların məzmunundan da aydın olur ki, qanunvericilikdə borc müqavilələrinin bağlanmasının hər iki forması nəzərdə tutulmuş, lakin müqavilənin predmeti olan məbləğin 3000 manatdan çox olduğu halda və ya müqavilənin iştirakçısı hüquqi şəxs olduqda həmin müqavilənin yazılı formada bağlanmalı olduğu şərtləndirilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, iddiaçı Cavabdeh İddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncuya 7500 manat borc verdiyini qeyd etmiş, lakin həmin borcun şifahi bağlanmış müqavilə əsasında verildiyi bildirir, həmçinin borc müqaviləsi predmetinin məbləğinin 7500 manat olduğunu qeyd edir və bununla bağlı sübut olaraq yazılı formada bağlanmış borc müqaviləsini təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh iddia etdiyi cavabdeh İddiaçı ondan 7500 manat borc alması öz təsdiqini tapmadığından və aralarında qanunvericiliklə müəyyən edilmiş qaydada borcun verilməsinə dair yazılı müqavilə bağlanmadığından Cavabdeh 7500 manat borcu və borc pulu verdikdən sonra ona həqiqətən 1000 manat zərər dəydiyini sübut etmədiyindən qeyd olunan pul vəsaitlərini İddiaçı tələb etməkdə haqlı deyildir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə iclasında tərəflər həqiqətən onlara maddi zərər dəyməsini sübut edə bilməmiş, həmçinin onlar tərəfindən məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat iddia ərizəsi rədd edildiyinə görə onun özünə aid edilməlidir. Cavabdeh tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu da iddia rədd edildiyindən onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi və iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehdən 7500 manat borc pulun, 1000 manat maddi zərərin və dövlət rüsumunun onun xeyrinə ödənilməsi tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehdən 7500 manat borc pulun, 1000 manat maddi zərərin və dövlət rüsumunun onun xeyrinə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı və Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədikləri 30 (otuz) manat onların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar