Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-243/2025 22.10.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4150 manat nəqliyyat vastəsinə dəymiş maddi ziyan, 6500 manat mənəvi zərər, 200 manat ekspertiza xərcləri və 122.55 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10.972.55 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 mart 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi yolu ilə hərəkətdə olan zaman üzərinə qaldırıcı kran quraşdırılmış və xx.xx.1988-ci il tarixində anadan olmuş Cavabdeh idarə etdiyi “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşını yolun sağ tərəfindən yanacaq doldurma məntəqəsindən hərəkət edərək əsas yola çıxmağa çalışmış və manevr etmə və qaldırıcı kranın qabaritlərini, qüllənin uzunluğunu nəzərə almamış, sağa dönməyə çalışmış və bunun nəticəsində kranın qülləsi əsas yolda hərəkətdə olan “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsinə dəymiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilərək yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsi tamamilə dağılmış və sıradan çıxmışdır. Qeyd olunan inzibati xəta ilə yol nəqliyyat hadisəsi arasından əlaqənin olması ərazidə olan kamera görüntüləri və Bakı şəhəri Binəqədi rayon X10 tərəfindən tərtib edilmiş xx.xx.2024- cü il tarixli İXP ******* nömrəli protokolla təsdiqlənmişdir. Eyni zamanda Binəqədi rayon X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının ozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə), 332.1-ci (332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 469.3-cü maddələrində (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsisahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Eyni zamanda Cavabdeh barəsindəTP ******* nömrəli «Yol hərəkətləri qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarıəleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” qərar çıxarılaraq 50 manat məbləğində cərimə olunmuşdur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsi“ Cavabdeh mövcud deyildir. Ona görə sığorta şirkəti vasitəsilə heç bir ödəniş aparılmamışdır. “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi BB315050 nömrəli X2 Şəhadətnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Həmin nəqliyyat vasitəsini 01.03.-xx-xx-2024-cü il tarixli HD 556210 nömrəli yük avtonəqliyyat vasitəsi üçün yol vərəqi əsasında idarə etmişdir. “X7 Mərkəzi” MMC tərəfindən verilən YDQ 099-006/2025№li, 07 fevra 2025-ci il tarixli qüsur aktına əsasən 1985-ci il buraxılışlı,“Kamaz 5320Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə avto qəza nəticəsində 4150 manat zərər dəymiş, ekspertiza xərcləri 200 manat təşkil etmişdir. Avtomaşına dəymiş zərər tərtib edilmiş ekspertiza rəyində öz əksini tapmışdır. “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi onun vəsaiti hesabına təmir edilmişdir. Onun tərəfindən avtonəqliyyat vasitəsinin təmir edilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən arayış verilmişdir. Bu səbəbdən onun iddia verməyə subyektiv hüququ yaranmışdır. Eyni zamanda hadisənin baş vermə anının video görüntülərinə baxılan zaman baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun sağ qalması ancaq möcüzə nəticəsində mümkün olmuşdur. Hadisə baş andan sonra o, böyük sarsıntı və iztirab keçirmişdir. Onun yaşı nəzərə alınsa keçirdiyi ağır stress nəticəsində hadisə baş verdiyi andan sonra onun həyatı və sağlamlığı üçün ağır nəticələrə səbəb olan hadisənin baş verməsi qaçılmaz ola bilərdi. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Qanunvericiliyinin “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. ”Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.” Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası Qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Ona dəymiş mənəvi zərər 11.000 manatdır. Belə ki, onun yaşını, hadisənin ağırlıq dərəcəsini, cavabdehin məsuliyyətsizliyini, onun birbaşa törədilən hadisədə rolunu, hadisə zamanı həyatı riskin yüksək olmasını, nəqliyyat vasitsəsini etibarnamə olmadan idarə etməsini, icbari sığorta şəhadətnaməsinin olmamasını, baş vermiş hadisədən sonra ona avtonəqliyyat vasitəsinin təmir edilməsi üçün heç bir maddi köməklik göstərməməsinı nəzərə alaraq dəymiş zərərin ağlabatan olması əsaslıdır. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, 18 mart 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində idarə etdıy Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi yolu zaman üzərinə qaldırıcı kran quraşdırılmış, xx.xx.1988-ci ii tarixində anadan olmuş Cavabdeh tərəfindən idarə olunan “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşını yolun sağ tərəfindən yanacaq doldurma məntəqəsindən hərəkət edərək əsas yola çıxmağa çalışmış və manevr etmə və qaldırıcı kranın qabaritlərini, qüllənin uzunluğunu nəzərə almamış, sağa dönməyə çalışmış və bunun nəticəsində kranın. qülləsi əsas yolda hərəkətdə olan ,“Kamaz 5320Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsinə dəymiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan izibati xəta törədilərək yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı "Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsi tamamilə dağılmış və sıradan çıxmışdır. Qeyd olunan inzibati xəta ilə yol nəqiyyat hadisəsi arasından əlaqənin olması ərazidə olan kamera görüntüləri və Bakı şəhəri Binəqədi rayon X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolla təsdiqlənir. Eyni zamanda Binəqədi rayon X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokola əsasən “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan Cavabdeh barəsində “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə” və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə), 332.1-ci (332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 469.3-cü maddələrində (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Eyni zamanda Cavabdeh barəsindəTP ******* nömrəli «Yol hərəkətləri qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çxarılan inzibatin tənbeh vermə haqqında qərar çıxarılaraq 50 manat məbləğində cərimə olunmuşdur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsi“ Cavabdeh mövcud deyildir. Ona görə sığorta şirkəti vasitəsilə heç bir ödəniş aparılmamışdır.“X7 Mərkəzi” MMC tərəfindən verilən YDQ 099- 006/2025Xali, 07 fevral 2025-ci il tarixli qüsur aktına əsasən 1985-ci il buraxılışlı, "Kamaz 532Q Yük” markalı, 77İD-637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə avto qəza nəticəsində 4150 manat zərər dəymiş, ekspertiza xərcləri 200 manat təşkil etmişdir. Eyni zamanda Zəngilan Rayon Məhkəməsi tərəfindən cavabdehin vəsatəti əsasında təkrar ekspertiza keçirilmiş, ekspertiza "xxxx" MMC tərəfindən keçirmiş və ekpertiza rəyi məhkəməyə təqdim edilmişdir. Təkrar ekspertizada ilkin ekspert rəyindəki qiymətlə eyni qiymət müəyyən etmişdir. Dəymiş zərər 4150 manat həcmində qiymətləndirilmişdir. Eyni zamanda ekspert rəyinin verilməsi üçün onun tərəfindən 300 manat köçürmə edilmiş və məktub məhkəməyə təqdim edilmişdir. Bunu nəzərə alaraq, iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır. Qeyd olunanları və ilkin iddia ərizəsində göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia ərizəsinin təmin edilməsi, cavabdehdən 4150 manat nəqliyyat vastəsinə dəymiş maddi ziyan, 6500 manat mənəvi zərər, 200 manat ekspertiza xərci, 122.55 manat dövlət rüsümu və təkrar ekspertiza üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə 11.272.55 manat pulunun tutularaq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, «Kamaz» markalı nəqliyyat vasitəsi İddiaçı tərəfindən idarə olunmuşdur. Belə ki, iddiaçı 18 mart 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində idarə etdiy “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi yolu ilə hərəkətdə olan zaman üzərinə qaldırıcı kran quraşdırılmış və xx.xx.1988-ci il tarixində anadan olmuş Cavabdeh tərəfindən idarə olunan «Kran Maz» markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşını yolun sağ tərəfindən yanacaq doldurma məntəqəsindən hərəkət edərək əsas yola çıxmağa çalışmış, manevr etmə və qaldırıcı kranın qabaritlərini, qüllənin uzunluğunu nəzərə almamış, sağa dönməyə çalışmış, bunun nəticəsində kranın qülləsi əsas yolda hərəkətdə olan “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsinə dəymişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilərək yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsi tamamilə dağılmış və sıradan çıxmışdır. Qeyd olunan inzibati xəta ilə yol nəqliyyat hadisəsi arasından əlaqənin olması ərazidə olan kamera görüntüləri və Bakı şəhəri Binəqədi rayon X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolla təsdiqlənmişdir. İddiaçı dəymiş ziyanı cavabdehdən tələb edir. İddiaçı təmirə 4150 manat pul xərcləmişdir. Maşının mülkiyyətçisi “Azəri-Nord» Məhdud Məsuliyyətli Cəmiyyətidir. Video görüntüdə təqdim etmiş, hüquqlarının müdafiə etdiyi şəxs qəza zamanı çox böyük sarsıntı keçirmişdir. Şirkətə dəyən zərər İddiaçı tərəfindən ödənilmişdir. "xxxx"MMC iddia tələbi ilə bağlı məhkəmədə çıxış etmək, cavabdehdən dəymiş ziyanı tələb etmək hüququnu İddiaçı dövr etmişdir. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi Sabirabad rayonunda qeydiyyatda olan X3 aid olmuşdur. X5 rəhmətə getdiyi üçün varisi arvadı X4r. İddiaçı yaşlı insandı, hadisə zamanı iddiaçı çox böyük sarsıntı, qorxu keçirmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia ərizəsinin təmin edilməsi, cavabdehdən 4150 manat nəqliyyat vasitəsinə dəymiş maddi ziyan, 6500 manat mənəvi zərər, 200 manat ekspertiza xərcləri, 122.55 manat dövlət rüsumu və təkrar ekspertiza üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə 11.272.55 manat pulun tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan “X7 Mərkəzi” MMC tərəfindən verilən YDQ 099-006/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qiymətləndirmə üzrə tapşırıqdan görünür ki, 1985-ci il buraxılışlı, “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə avto qəza nəticəsində 4150 manat zərər dəymişdir. -İş materiallarında olan X2 şəhadətnaməsinin surətindən görünür ki, “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir. -İş materiallarında olan “X7 Mərkəzi” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, YDQM 099-006/2025 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi məqsədi ilə “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 200 manat xidmət haqqı dəyəri ödənilmişdir. -İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 06 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdən hal-hazıra qədər sürücü vəzifəsində işləyən, İddiaçı idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilə avtoqəza nəticəsində dəymiş 4150 manat məbləğində ziyanı öz şəxsi vəsaiti hesabına ödəyərək avtomobili təmir etdirmişdir. -İş materiallarında olan Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzaibati Xətalar Məcləlləsinin 327.1, 332.1, 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2025-ci il tarixli, 2-104351/2025 nömrəli məktubundan görünür ki, «Maz 5334 KC3565 xüsusi Təy» markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən X1 adına qeydiyyatdadır. -İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 428/E nömrəli mütəxəssis rəyinə əsasən 1985-ci il buraxılışlı “Kamaz 5320 Yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği 4150 manat müəyyən edilmişdir. -İş materiallarında olan "xxxx" MMC tərəfindən 10 fevral 2025-ci il tarixli 36 nömrəli arayışından görünür ki, xx.xx.1948-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci ildən hal-hazıra qədər «Azeri-Nord” MMC-də sürücü vəzifəsində işləyir və onun idarə etdiyi Kamaz 5320 Yük markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin məbləği olan 4150 manatı öz şəxsi vəsaiti hesabına ödəyərək avtomobili təmir etditrmişdir. Dəymiş zərəri məhkəmə qayasında Kran Maz markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük masının sürücüsü olan Cavabdeh tələb etmək hüququ İddiaçı verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1114.1.Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 18 mart 2024-cü il tarixdə, axşam saat 22:00 radələrində idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi yolu ilə hərəkətdə olmuş, bu zaman Cavabdeh idarə etdiyi və üzərinə qaldırıcı kran quraşdırılmış “Kran Maz” markalı, 54BE989 dövlət qeydiyyat nişanlı yük maşını ilə yolun sağ tərəfindən yanacaq doldurma məntəqəsindən hərəkət edərək əsas yola çıxmağa çalışmış, manevr etmə və qaldırıcı kranın qabaritlərini, qüllənin uzunluğunu nəzərə almamış, sağa dönməyə çalışmış, kranın qülləsi əsas yolda hərəkətdə olan iddiaçının idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsinə dəymiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqdiyyat hadisəsi zamanı iddiaçının idarə etdiyi “Kamaz 5320 Yük” markalı, 77JD-637 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinəsi tamamilə dağılaraq sıradan çıxmışdır. Baş vermiş yol nəqliyyat hadisəsinin cavabdehin təqsiri özündən törədilməsi Binəqədi rayon X12 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə tam təsdiq olunmuş və həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1985-ci il buraxılışlı “Kamaz 5320 Yük” markalı, **-JD- *** dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği həm iddiaçı tərəfindən təqdim edilmiş “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 fevral 2025-ci il tarixli qiymətləndirmə üzrə tapşırığında, həm də məhkəmənin qərardadına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində 4150 manat məbləğində müəyyən edilmiş, həmin məbləğ iddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına sürücü işlədiyi və idarə etdiyi nəqliyyat vasitəsinin mülkiyyətçisi olan «Azeri-Nord” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş 10 fevral 2025-ci il tarixli 36 nömrəli arayışdan məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci ildən başlayaraq bü günə kimi «Azeri-Nord” MMC-də sürücü vəzifəsində işləyir, dəymiş zərər iddiaçı tərəfindən ödənildiyindən həmin zərərin məhkəmə qayasında Cavabdeh tələb etmək hüququ «Azeri-Nord” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı verilməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş maddi zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mənəvi zərərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və X6 haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinin 6500 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər hansı bir xəsarət almasa da, məhkəmə iddiaçının həmin hadisə zamanı yaşlı insan olmasını, yaşadığı qorxu hisslərini onun mənavi sarsıntı və iztirablar keçirməsi kimi qiymətləndirir və hesab edir ki, mənəvi sarsıntı və iztirabların ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsinin rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli, Cavabdeh 4150 manat məbləğində vurulmuş maddi zərər və 600 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 122.55 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 122.55 manat dövlət rüsumu, həmçinin ekspertiza xərcləri olan cəmi 500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4150 manat məbləğində vurulmuş maddi zərər, 600 manat məbləğində mənəvi zərər, 122.55 manat məbləğində ödənilmiş dövlət rüsumu və 500 manat məbləğində ekspertiza xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-243/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-243/2025
22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver