Məhkəmə qərarları › İş №e-2(034)-30/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-30/2022

09.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-30/2022 09.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müavinət və pul» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müavinət və pul» tələbinə dair iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ümumilikdə 5238.40 (beş min iki yüz otuz səkkiz manat, qırx qəpik) manat məbləğində pulun və onun adına olan müavinət kartının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan 10.07.2005-ci il təvəllüdlü X6 və 14.10.2011-ci il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Cavabdeh ona qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə 2016-cı ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4943/2016 saylı 19 sentyabr 2016-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, X8 ilə Cavabdeh arasında bağlanmış və 05 aprel 2005-ci il tarixində Zəngilan rayon VVAD Qeydiyyat şöbəsində qeydə alınmış nikah pozulmuş və akt qeydləri kitabındakı 65 saylı nikah qeydi ləğv edilmişdir. Tərəflərin birgə nikahdan olan 10.07.2005-ci il təvəllüdlü X1 və 14.10.2011-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması müəyyən edilmiş, tərəflərin birgə nikahdan olan 10.07.2005-ci il təvəllüdlü X1 və 14.10.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19.04.2016-cı il tarixindən başlayaraq hər ay hər uşağa, görə 90 (doxsan) manat, cəmi 180 (yüz səksən) manat sabit pul məbləğində aliment X3 tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda qızı Ləmanın 14 yaşı var, qızı onun himayəsindədir və onunla qalmaq istəyir, oğlu isə cavabdehin himayəsindədir. Qızının onun yanında qalmaq fikri qətidir və o, cavabdehi görmək istəmir. Bu səbəbdən uşaqların onun himayəsinə verilməsi barədə Zəngilan Rayon Məhkəməsində iddia qaldırılmışdır. Onun və qızı Ləmanın məcbur köçkün kimi almış olduqları müavinət kartı 2016-ci ildən Cavabdehdır. Bu günə qədər müavinat kartı onda olduğundan Cavabdeh ona və qızına verilən müvanatdan 5238,40 manat pul almışdır. Qeyd olunanlara əsasən Cavabdeh ümumilikdə 5238.40 manat məbləğində pulun və onun adına olan müavinət kartının alınaraq iddaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili X5 iddia tələbini müdafiə edib iddia ərizəsində qeyd olunanları tam təsdiq edərək izahatında bildirmişdir ki, tərəflərin birgə nikahlarından olan 10.07.2005-ci il təvəllüdlü X1 məcburi köçkün kimi almış olduğu müavinət kartı 2016-cı ildən uşağın anası Cavabdehdır və həmin kart cavabdeh üçün verilməmişdir. Alıbəyli nümayəndəliyi tərəfindən verilmiş arayışda isə kartdan cəmi 5238.40 manat məbləğində pul çıxarılması qeyd edilmişdir. Müavinət kartı iddiaçının adınadır, tərəflərin birgə nikahlarından olan Ləman isə 2019-cu ildən atasının himayəsindədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, tərəflərin birgə nikahlarından olan Ləmanın anası ilə problemləri olduğu üçün anası ilə deyil, nənəsi ilə birgə yaşayır. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4943/2016 saylı 19 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan X6 anasının himayəsində saxlanmış, həmin qətnamə hal hazırda qüvvədədir. X6 qeyd olunan qətnamə ilə anasının himayəsində olduğundan iddiaçının Kərəmova Ləmana aid olan müavinəti tələb etməyə subyektiv hüquqi yoxdur. Müavinət kartı məcburi köçkün olduğu üçün verilmişdir. Ataya münasibətdə bir illik pul tələbini qəbul, uşağa münasibətdə isə qəbul etmirlər. İddiaçının adına olan Kapital bank kartı onun özü tərəfindən təxminən 2020-ci ilin may ayında cavabdehə verilmişdir. Həmin Kapital bank kartının son istifadə müddəti 2021-ci ilin may ayınadək olmuşdur. 2020-ci ilin may ayından 2021-ci ilin may ayına dək olan müddət ərzində mübahisəli kapital bank kartına İddiaçı ödənilmiş olan aylıq 60 manat vəsait-ümumilikdə 720 manat Cavabdeh tərəfindən alınmışdır. Buna görə də Cavabdeh iddia tələbini İddiaçı münasibətdə 720 manat hissəsində qismən qəbul edir. Qalan hissədə iddia tələbini qəbul etmir. Sonda cavabdehin nümayəndəsi-vəkili qeyd olunanları nəzərə alaraq, iddia tələbinin qismən təmin edilməsini, Cavabdeh İddiaçı xeyirinə 720 manat pulun tutulması, qalan hissədə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 19.05.2017-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Zəngilan rayon İHB-nın Alıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışın sürətindən görürünür ki, İddiaçı və X4 2017-ci ildə cəmi 432 manat, 2018-ci ildə cəmi 239.20 manat, 2019-cu ildə cəmi 628 manat, 2020-ci ildə cəmi 720 və 2021-ci ildə isə cəmi 240 manat məbləğində müavinət ödənilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 19.09.2016-cı il tarixli 2(010)-4943/2016 saylı qətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikahın ləğv edilməsi, tərəflərin birgə nikahlarından olan uşaqların analarının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikahdan onların 10.07.2005-ci il təvəllüdlü X6 və 14.10.2011-ci il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri alınmadığından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4943/2016 saylı 19 sentyabr 2016-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, tərəflərin birgə nikahlarından olan uşaqlar analarının himayəsində saxlanılmış və yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İddiaçı özünün və qızı Ləmanın məcbur köçkün kimi almış olduqları müavinət kartının 2016-ci ildən Cavabdeh olmasını və onun tərəfindən həmin kartdan bu günə kimi 5238,40 manat pul çıxarmasını bildirərək həmin pulun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, birgə nikahdan olan uşaqlardan Ləman adlı qızının onun himayəsində olmasına dair, həmçinin müavinət kartının beş il ərzində cavabdehdə olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməməklə yanaşı Zəngilan ryaon İHB-nın Alıbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışın əslinidə məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəf iddianı qismən qəbul edərək ataya münasibətdə bir illik pul tələbini qəbul, uşağa münasibətdə isə qəbul etməmişdir. Belə ki, iddiaçının adına olan Kapital bank kartı iddiaçının özü tərəfindən təxminən 2020-ci il ilin may ayında cavabdehə verilmişdir, həmin kartın son istifadə müddəti 2021-ci ilin may ayınadək olmuşdur. Suraxanı Rayon Məhkəməsinin 19.09.2016-cı il tarixli qətnaməsinə əsasən uşaqların hər ikisi Cavabdehn himayəsində olmuşdur. 2020-ci ilin may ayından 2021-ci ilin may ayınadək olan müddət ərzində mübahisəli kapital bank müavinət kartından İddiaçı ödənilmiş olan aylıq 60 manat vəsait-ümumilikdə 720 manat Cavabdeh tərəfindən alındığını etiraf edərək, 720 manat məbləğində pulun iddiaçıya qaytarılmasına razı olduğunu bildirmişdir. Belə olan halda məhkəmə, cavabdeh tərəfin iddiaçının iddia tələbini qismən etiraf etdiyini nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 720 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi isə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 720 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar