Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-31/2023 07.02.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdə sürücü Cavabdeh idarə etdiyi “Khazar” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İddiaçı şirkətinə (“Şirkət”) məxsus elektrik dirəyinə çırparaq qəza törətməsi nəticəsində iirkətə 390 manat məbləğində pulun (dəymiş zərərin əvəzinin) və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), “AZEN X6.Vi.” şirkəti ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında 29 sentyabr 2004-cü il tarixində imzalanmış “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş (“Saziş”) 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və 15 may 2005-ci il tarixində Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının qanunu dərc edilməklə qüvvəyə minmişdir. Saziş üzrə əməliyyat şirkəti qismində İddiaçı şirkətinə (“Şirkət”) 01 sentyabr 2005-ci il tarixindən saziş ərazisində neftqaz əməliyyatlarının aparılmasında müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 8.6-cı maddəsinə əsasən, İddiaçı şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Sazişin 3cü maddəsində Şirkətin neft-qaz əməliyyatlarını hamılıqla tanınmış beynəlxalq standartlar əsasında aparmaq öhdəliyi nəzərdə tutulmuşdur. Bu standartlar əsasında öhdəliyin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasına Azərbaycan Respublikası Hökuməti müvafiq təminat və öhdəliklər vermişdir. xx.xx.2022-ci il tarixdə “Khazar” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoldan çıxaraq İddiaçı şirkətinin (“Şirkət”) Azərbaycan Respublikasındakı filialına məxsus elektrik dirəyinə çırpılaraq şirkətə ziyan vurmuşdur. Bundan sonra şirkət tərəfindən 013/731 saylı, xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (“Binəqədi RPİ”) və Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 (“Binəqədi RPİ DYPŞ”) yol nəqliyyatı hadisəsi barədə məlumat verilmiş və qəza hadisəsi ilə bağlı zəruri sənədlərin (tərtib edilmiş protokolun və sürücü barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarının surətinin) İddiaçı şirkətinə (“Şirkət”) və həmin şəxs tərəfindən Şirkətə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi rəsmi müraciət edilərək xahiş edilmişdir Bundan sonra Şirkətə Binəqədi RPİ tərəfindən № 059-31587-1222, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanaraq, qəzanı törədən şəxs Cavabdeh xx.xx.2022-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsinə görə barəsində BDYPİ tərəfindən AR İzibati Xətalar Məcəlləsinin (“AR İXM”) 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta barədə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokolun tərtib edildiyi qeyd edilmişdir. Hadisə nəticəsində Şirkətə məxsus 150 metr (AS-35) alüminium naqili yararsız vəziyyətə düşmüş və 90 manat dəyərində olan yeni naqillə əvəz edilmişdir. Elektrik naqilinin qırılması nəticəsində isə 1 saylı mədənin ərazisində yerləşən 150114, 150141 və 151120 saylı neft quyularının fəaliyyəti dayanmış və Şirkət 0.3 ton neft itkisi görə 300 manat, ümumilikdə 390 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi X2 ərizə təqdim edərək 2(034)-31/2023 saylı mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzürlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini nəzərə alıb və Azərbaycan Respublikası MPMnin 238-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Khazar” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoldan çıxaraq İddiaçı şirkətinin (“Şirkət) Azərbaycan Respublikasındakı filialına məxsus elektrik dirəyinə çırpılaraq şirkətə ziyan vurmuşdur. Bundan sonra Şirkət tərəfindən 013/731 saylı xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (Binəqədi RPT) və Binəqədi rayon Polis İdarəsinin Dövlət X5 (Binəqədi RPİ DYPŞ) yol nəqliyyatı hadisəsi barədə məlumat verilmiş və qəza hadisəsi ilə bağlı zəruri sənədlərin (tərtib edilmiş protokolun və sürücü barəsində qəbul edilmiş inzibati xəta haqqında qəraraın surətinin)”X4” şirkətinə (Şirkət) və həmin şəxs tərəfindən şirkətə dəymiş ziyanın ödənilməsinin təmin edilməsi rəsmi müraciət edərək xahiş edilmişdir. Hadisə nəticəsində şirkətə məxsus 150 metr alümininum naqili yararsız vəziyyətə düşmüş və 90 manat dəyərində olan yeni naqillə əvəz edilmişdir. Elektrik naqilinin qırılması nəticəsində isə 1 saylı mədənin ərazisində yerləşən 150114, 150141 və 151120 saylı neft quyularının fəaliyyəti dayanmış və şirkət 0.3 ton neft itkisi görə 300 manat, ümumilikdə 390 manat məbləğində maddi ziyan dəymişdir.İddiaçının nümayəndəsi daha sonra izahatında bildirmişdir ki, bununla bağlı Qəşəmə bildirsələrdə ziyan ödənilməmiş, protokol təqdim olunmuş, cavabdeh 100 manat cərimə olunmuşdur.Naqillərlə bağlı orda bazar qiyməti qoyulmuşdur. Sonda iddiaçının nümayəndəsi məhkəmdən iddianın təmin emdilməsini xahiş etdi. Məhkəmə idiaçının nümayəndəsinin izahatını, istinad olunan hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallaırnda olan növbə rəisi Zəka Ağayev və sürücü Rövşən Məmmədov tərəfindən tərtib edilmiş 11 iyul 2022-ci il tarixli aktdan görünür ki, 10 iyul 2022-ci il tarixdə 11 iyul 2022-ci il tarixinə keçən gecə növbədə olduqları zaman təxminən saat 05:40 radələrində 1/5 postunun mühafizəçisi Adıgözəlov Fəridin verdiyi məlumata əsasən 150114 saylı quyunun yaxınlığındakı yolda avtoqəza baş vermiş, tərəflərindən həmin yerə baxış keçirmiş, məlum olmuşdur ki, Xəzər markalı **-PH-*** dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək BOC-a məxsus elektrik dirəyinə dəymişdir. Nəticədə elektrik xətti qırılmış və 150114, ******* və ******* saylı quyular dayanmışdır. 1/5 mühafizə postuna gedən elektrik xətti də sıradan çıxmışdır. Qəzanı törədən sürücünün adı Vəliyev Vəli, mobil nömrəsi ***-***-**-**, sürücünün üzərində heç bir vəsiqəsi olmamışdır. Hadisə barəsində BOC-un MMTX şöbəsinin növbə rəisi Anar Quluzadəyə məlumat verilmi ş, fotoşəkilləri çəkilmiş, aktın doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 059-31587-1222 nömrəli məktubun surətindən görünür ki, "Khazar" markalı Az **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs xx.xx.2022-ci il tarixdə yol hərəkəti qaydalarına əməl etməyib yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. Nəticədə "X4" Şirkətinə məxsus elektrik dirəyi zədələnmişdir. Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilərək Binəqədi RPİ DYPŞ-yə dəvət olunmuş və xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu ərazisində idarə etdiyi "Khazar" markalı Az **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili maneəyə vuraraq yol nəqliyyat hadisəsi törətdiyinə və hadisə yerindən yayındığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6 maddələri ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törədilmiş inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində hüquqazidd hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş yol hərəkt qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2022-ci il tarixli elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı şirkətinin Azərbaycan Respublikasndakı filialının (“Şirkət”) elektrik sexinin müdiri Vidadi Məmmədov, elektrik sexinin müdirinin müavini Elçin Orucov və kommersiya direktoru Oqtay Quliyev tərəfindən tərtib edilmiş 19 dekabr 2022-ci il tarixli aktdan görünür ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə sürücü Cavabdeh idarə etdiyi “KHAZAR” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı şirkətinin istifadəsində olan 1 saylı Mədənin 5-ci sahəsində 150114, 150141, 151120 saylı quyuları qidalandıran 0,4 kv-luq elektrik dirəklərinə çırparaq qəza törətməsi nəticəsində elektrik təsərrüfatı üzrə Şirkətə 90,00 manat məbləğində, 05:40 - 10:50 radələrinədək neft itkisinə görə 300 manat ziyan dəymişdir və həmin ziyanın məbləği cəmi 390 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcələlnin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fıziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə “Khazar” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoldan çıxaraq İddiaçı şirkətinin (“Şirkət”) Azərbaycan Respublikasındakı filialına məxsus elektrik dirəyinə çırpılaraq şirkətə ziyan vurmuşdur. Qəzanı törədən Cavabdeh xx.xx.2022-ci il tarixdə törətdiyi yol nəqliyyat hadisəsinə görə barəsində BDYPİ tərəfindən Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiynə görə barəsində xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli qərarla 100 manat inzibati cərimə tətbiq edilmişdir. Cavabdeh tərəfindən törədilən yolnəqliyyat hadisəsi nəticəsində şirkətə məxsus 150 metr (AS-35) alüminium naqili yararsız vəziyyətə düşmüş və 90 manat dəyərində olan yeni naqillə əvəz edilmişdir. Elektrik naqilinin qırılması nəticəsində isə 1 saylı mədənin ərazisində yerləşən 150114, 150141 və 151120 saylı neft quyularının fəaliyyəti dayanmış və şirkət 0.3 ton neft itkisinə görə 300 manat, ümumilikdə isə 390 manat məbləğində maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 390 manat məbləğində pul İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır» Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 390 (üç yüz doxsan) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamədən onun alındığı gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Zəngilan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-31/2023
Zəngilan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(034)-31/2023
07.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver