Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-39/2025 09.04.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair ilk iddia, Əliyeva (Şərifova) Nahidə Allahverən qızının İddiaçı qarşı «torpaq sahəsinin mülkiyyətdə olması barədə verilmiş çıxarışın ləğv edilməsi, kompensasiya hesabına əldə edilmiş torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin satılması və bu əmlakların satılmasından əldə edilmiş pulun 2\7 hissəsinin ona ödənilməsi barədə» qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə 9000 manat birdəfəlik kompensasiya ödənişi müqabilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ona məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.02 ha torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdəki cavabdehə məxsus əşyaların cavabdehin hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu Masazır kəndində xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) cavabdehin isitifadə hüququna xitam verilməsi, cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilirən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat birdəfəlik ödəniş müqailində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) çıxarılması, 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdehə məxsus əşyaların onun hesabına boşaldılması və kompensasiya məbləğinin verilməsi ilə tikililərin boşaldılmasının eyni anda icra edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Əliyeva (Şərifova) X9 İlqar Fehruz oğluna qarşı «torpaq sahəsinin mülkiyyətdə olması barədə verilmiş çıxarışın ləğv edilməsi, kompensasiya hesabına əldə edilmiş torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin satılması və bu əmlakların satılmasından əldə edilmiş pulun 2\7 hissəsinin ona ödənilməsi barədə» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X13 ona qarşı «kompensasiya ödəməklə mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdəki cavabdehə məxsus əşyaların cavabdehin hesabına boşaldılması barədə” ilkin iddia ərizəsinin təmin edilməməsi, İddiaçı adına Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş **********25 reyestr və ********* qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, məcburi köçkün kimi ödənilmiş kompensasiya hesabına əldə edilmiş Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sailəsində inşa edilmiş iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evinin satılması və bu daşınmaz əmlakların satılmasından əldə edilmiş pulun 2/7 hissəsinin ona ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh keçmiş gəlinləridir. X4 ilə yaranan narazılıqlara görə münasibətləri pozulmuş, Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(010)-38/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh əlavə xərclərlə, kompensasiya tələbləri ilə bağlı qardaşı Şərifova Anara qarşı məhkəmələrə müraciət etmiş, heç bir nəticə əldə etməməsini gördükdə, ona, anasına, bütün ailəsinə qarşı agressiv mövqe nümayiş etdirməyə başlamışdır. Xeyli müddətdir ki, anasına rahat yaşamağa imkan vermir. Cavabdeh tez-tez evdə dava-dalaş salır. Qonşular da həmin mübahisələrin şahididirlər. Torpaq sahəsinin və mənzilin onun mülkiyyətində olmasına baxmayaraq, həmin evdə cavabdeh anası ilə birgə yaşayır. Cavabdeh X28ın onu boşamasını həzm edə bilmir və bütün aqresiyasını anasına qarşı istifadə edir. Bu isə dözülməz şərait yaratmışdır. Anası yaşlı qadındır. Xırda bir insident zamanı infarkt, yıxılaraq və ya başqa formada həyatı və sağlamlığı üçün təhlükə var. Cavabdeh isə könüllü surətdə mənzili boşaltmadığına və mənzilindən çıxmadığına görə hesab edir ki, məhkəmə məcburi formada mənzildən çıxarılması və mənzilin boşaldıması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi onun mülkiyyətindədir. Sözügedən mənzil həmin torpaq sahəsi üzərində tikilmişdir. Həmin mənzilə dair mülkiyyət hüququna dair gözlənti hüququ da ona məxsusdur. Faktiki olaraq sözügedən torpaq hissəsi və onun üzərində yerləşən fərdi yaşayış evi onun sahibliyində, istifadəsində və sərəncamındadır. Lakin, Cavabdeh həmin mənzildə yaşaması mənəvi narahatlıqdan başqa, eyni zamanda onun öz mülkiyyətindən istifadəsini məhdudlaşır. Ona görə cavabdehin və ona məxsus əşyaların onun torpaq sahəsində və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması vacibdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli fərdi yaşayış evinin kirayə dəyərinin müəyyən edilməsi haqqında mütəxəssis rəyinə görə Abşeron rayonu, Mazasır kəndində analoji olaraq mənzillərin kirayə haqqı 250 manat təşkil edir. Odur ki, cavabdehin ona məxsus torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış sahəsindən çıxarılması üçün cavabdehə 9000 manat birdəfəlik kompensasiya ödənişi təklif edir. Əliyeva (Şərifova) Nahidə Allahverən qızı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı (bundan sonra iddiaçı) ilkin iddia üzrə Cavabdeh (bundan sonra cavabdeh) qarşı kompensasiya ödəməklə mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdəki cavabdehə məxsus əşyaların cavabdehin hesabına boşaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bu iddia ərizəsinə görə, iddiaçı cavabdehə 9000 (doqquz min) manat birdəfəlik kompensasiya ödənişi müqabilində AR ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ona Abşeron rayonu, Masazır kəndində yerləşən 0.02 ha torpaq sahəsi və həmin sahəsi üzərində inşa edilmiş tikililərdən cavabdehin çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdəki cavabdehə məxsus əşyaların onun hesabına boşaldılması barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məlum iddia ərizəsində iddiaçı AR Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri, “Ədalət mühakiməsi həyata keçirilməsi zamanı İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedenlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarı, İnsan hüquqlarının və X16 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsi, AR Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cü bəndi, AR Mülki Məcəlləsinin (bundan Məcəllə) 157.1, 157.2 və 157.4-cü maddələri, AR MPM-nin 4, 14.2, 88 və 5-cü maddələrinə istinad edərək, tələbini əsaslandırmağa cəhd etmişdir. Hesab edir ki, məlum iddia tələbi aşağıdakı arqumentlərə görə əsassız və qanunsuzdur. 1). İddiaçı iddia ərizəsində AR Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinin “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur və mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər' müddəlarna istinad edərək adıçəkilən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının bu arqumenti ilə bağlı təbii olaraq sual yaranır: cavabdeh adıçəkilən torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş tikililərə aid hər hansı hüquqa malikdirmi? Birgə nikah dövründə əldə edilmiş həmin torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş tikililər hansı vəsait hesabına alınmışdır? İddiaçı iddia ərizəsində “Ədalət mühakiməsi həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedenlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarının “Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X16 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqları təmin etməlidir. İnsan Hüquqlarının və X16 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiya ratifikasiya etmiş dövlətlər üçün məcburidir", İnsan hüquqlarının və X16 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsinin “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir “ və AR Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cü bəndinin “qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun” müddəalarına istinad edərək nəyi sübut etmək istəyir? İddiaçının yuxarıda istinad etdiyi məlum hüquqi normaların tələbləri cavabdehə heç bir aidiyyəti yoxdurmu? Yəni cavabdeh də eyni normalara istinad edərək iddiaçının tələbinin təmin edilməməsini məhkəmədən xahiş edə bilərmi? Hesab edir ki, iddiaçının istinad etdiyi məlum hüquqi normalarla hazırki mülki mühahisəyə aid hər hansı halı və ya faktı sübut etməsi qeyri-mümkündür. Çünki, adıçəkilən normalar hər iki tərəf üçün eyni hüquq və vəzifələr yaradır. İddiaçı daha sonra iddia ərizəsində Məcəllənin 157.1-ci maddəsinin '‘mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır”, 157.2-ci maddəsinin “mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər“, 157.4-cü maddəsinin “əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər’ tələblərinə istinad edir. Görəsən, hazırki hüquqi normaların adıçəkilən torpaq sahəsində inşa edilmiş tikililərə nə aidiyyəti vardır? Belə ki, həmin tikililər hələ ki, iddiaçının mülkiyyətində deyildir. İddiaçı məlum tikililərin özəlləşdirilməsi ilə bağlı gizlində ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Abşeron rayon şöbəsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2031/2020 xx.xx.2020-ei il qətnaməsində (qət. səh: 5, 1,3-cü abzaslar) idiaçı Cavabdeh ona və cavabdehlərə ödənilmiş kompensasiya hesabına cavabdehlər tərəfindən 2013-cü ilin aprel ayında Abşeron rayonu, Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsinin alınması və həmin torpaq sahəsində iki mərtəbəli, yeddi otaqdan ibarət olan fərdi yaşayış evinin inşa edilməsi barədə faktı məhkəmə iclasında təsdiq etmiş və bu faktları həmin mülki iş üzrə cavabdehlər X14 və X12 da etiraf etmişdir. Bundan əlavə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-185/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (qət. səh:4-5, sonuncu abzas) müəyyən edilmişdir ki, Cavabdeh ilə X23 arasında xx.xx.2007-ci il tarixində nikah bağlanmış, nikahdan sonra Cavabdeh keçmiş əri Anar Şərifovun məskunlaşdığı 3 saylı Tikinti-Montaj İdarəsinin inzibati binasına gəlin kimi köçmüşdür. Həmin idarə 2013-cü ilin fevral ayında idarə inzibati binadan köçürülməsinə görə Şərifovlar ailəsinə 7 (yeddi) nəfər olmaqla, o, cümlədən Cavabdeh və onun uşağı nəzərə alınmaqla 30 000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya ödəmişdir. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-2031/2020 xx.xx.2020-ci il qətnaməsini (qət səh: 5, 1,3-cü abzaslar) Cavabdeh və cavabdehlərə ödənilmiş kompensasiya hesabına onlar tərəfiııdən 2013-cü ilin aprel ayında Abşeron rayonu, Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsi alınması və həmin torpaq sahəsində iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evinin inşa edilməsi faktına, habelə bu faktları həmin mülki iş üzrə cavabdehlər X14 və X2 da etiraf etməsini və s. sübut kimi qiymətləndirərək həmin qətnaməni qəbul etmişdir. Qeyd edilmiş faktları nəzərə alaraq, Zəngilan Rayon Məhkəməsi 2(034)-85/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı “torpaq sahəsi və üzərindəki tikililərdən çıxarma və tikililərin boşaldılması” tələbinə dair iddia ərizəsini təmin etməmiş və bu qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(105)-2383/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin etməmiş, habelə hazırki mülki mübahisə Zəngilan Rayon Məhkəməsinin məlum qətnaməsini dəyişdirmədən saxlamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2031/2020 saylı, xx.xx.2020-ci il, Zəngilan Rayon Məhkəməsinin 2(034)-l 85/2021 saylı, xx.xx.2021-ci il və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2383/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamələri ilə müəyyən edilmişdir ki, Şərifovlar ailəsinə o , cümlədən Cavabdeh və onun uşağına 2013-cü ilin fevral ayında məcburi köçkün kimi məskunlaşdıqları 3 saylı Tikinti- Montaj İdarəsinin inzibati binasından köçürülməsi məqsədi ilə həmin idarə tərəfindən 30 000 (otuz min) ABŞ dolları məbləğində kompensasiya ödənilmiş və tərəflər həmin kompensasiya hesabına Abşeron rayonu, Masazır qəsəbəsində 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evini inşa etmişlər. Başqa sözlə desək, Cavabdeh və onun uşağı Abşeron rayonu, Masazır qəsəbəsindəki 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evin payları məlum olmayan sahibi və istifadəçisidirlər. Əvvəlki mülki mübahisə üzrə iddiaçı X12 hazırkı mülki iş üzrə iddiaçı olan onun oğlu İddiaçı məlum torpaq sahəsini Cavabdeh razılığını almadan bağışlamış və nəticədə, o yeni əsasla hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əslində isə tərəflər arasında bu mülki mübahisənin mahiyyəti dəyişməmişdir. Bu qayda ilə məlum mülki mübahisə üzrə iddiaçıların bundan sonra daha neçə dəfə məhkəməyə müraciət edəcəklərini müəyyən etmək mümkün deyildir. Hesab edir ki, iddiaçı məlum iddia tələbi ilə onun mənzil toxunulmazlığı və gözlənti mülkiyyət hüququnu pozmuş, onu yaşayış sahəsindən qanunsuz məhrum etməyə cəhd etmiş, habelə onun sahiblik və istifadə hüququna qəsd etmişdir. Məhkəmə iclasında iştirak edən idiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər münaqişəli ailə kimi qeydiyyatdadırlar. Tərəflər arasında daimi olaraq münaqişələr baş tutur ki, hazırkı iddia tələbi məhkəmənin icraatına daxil olduğu vaxtdan bu münaqişələr daha da geniş və şiddətli vüsət almış, tərəflərin birgə yaşaması qeyri-mümkündür və iddiaçının sağlamlığı üçün ciddi təhlükə vardır. Cavabdeh ilə məhkəmədən kənar dəfələrlə razılıq əldə edilməsi üçün cəhdlər edilmiş, lakin bir nəticə əldə edilməmişdir. İddia ərizəsi ilə cavabdehə əmlakın orta kirayə qiymətinə uyğun olaraq 3 illik müddət ərzində yaşayışını təmin edəcək qədər, yəni 9000 manat məbləğində kompensasiya təklif edilmişdir. Məhkəməyə təqdim etdiyi digər məhkəmə aktlarından isə bu məbləğin Abşeron rayon ərazisi üzrə məhkəmə təcrübəsi ilə qəbul edilmiş məbləğdən daha çox olduğu, yəni iddiaçı tərəfin kifayət qədər ədalətli və vicdanlı şəkildə davrandığı görünür. Cavabdeh isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evinin satılması və əldə edilmiş gəlirin 2/7 hissəsini tələb edir. Göründüyü kimi cavabdeh evdən çıxmamağı, həmin fərdi yaşayış evində daimi olaraq yaşamaq niyətində olmadığını bilir və qəbul edir. Yeganə mübahisə cavabdehə ödəniləcək kompensasiya məbləği ilə bağlıdır. Cavabdeh torpaq sahəsi və tikililər üzərində 2/7 hissəsindən istifadə hüququnun olmasını məhkəmə qətnamələri ilə istinad edir. Lakin, 2 xüsusatı diqqətdə saxlamaq lazımdır. 1) əvvəlki məhkəmə qətnamələri ilə tərəflər İddiaçı deyil, X6r. Yəni, cavahdein istifadə hüququ, kompensasiya əldə etmək hüququ iddiaçı qarşısında deyil, digər şəxs X12 qarşısındadır. Hazırkı vəziyyətdə cavabdeh X7 iddia qaldıraraq hər hansı bir kompensasiya tələb edə bilər. 2) Cavabdeh tərəfindən təqdim edilmiş məhkəmə aktlarında Cavabdeh 2/7 hissəsdə pay hüququ və ya istifadə hüququ olmasına dair heç bir qeyd yoxdur. Məhkəmə aktlarından da görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhərinin notariusu A.K.Məmmədov tərəfindən təsdiq olunmuş ərizədə X14, X12, İddiaçı, X17, X21, X23 və Cavabdeh ünvan 1 ünvanda yerləşən "xxxx" ASC-nin 2 saylı müəssisəsinin ərazisində Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşdıqlarını və hal-hazırda başqa unvanda yerləşmələrinə etiraz etmədiklərini və ərazinin hər hansı bir hüquqi və ya fiziki şəxsə verilməsinə etiraz etmədikləri və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqları barədə ərizəyə qol çəkmişlər. Yəni, cavabdeh öz övladına, iddiaçının qardaşı oğluna da əlavə pay tələb etməkdə haqlı deyildir. Çünki əvvəla 2013-cü ildə cavabdehin oğlu Şərifov Cavidə görə əlavə kompensasiya ödənişi edilməmiş, ikincisi də iddiaçı qardaşı oğlunun mübahisəli fərdi yaşayış evində yaşamasına etiraz etmir, onu tikililərdən çıxartmaq niyyəti də yoxdur. Bütün bunlara, cavabdehin kompensasiya məbləği tələb etməkdə haqsız olmasına baxmayaraq, İddiaçı cavabdeh ilə qohum olması və qohumlar qarşısında “ədalətsiz” biri kimi söz-söhbət predmeti olmamaq üçün qarşılıqlı iddia ərizəsinə uyğun olaraq, evin dəyərinin 1/7 hissəsini kompensasiya məbləği kimi ödəməyə razıdır. Cavabdehə ödənilməsi kompensasiya məbləğinin miqdarı bir neçə metodla hesablamaq olar: 1.Məhkəmə təcrübəsinə əsasən mənzilin və ya fərdi yaşayış evinin icarə haqqının cavabdehin ağlabatan müddətdə cavabdehin yaşayışını təmin edəcək miqdarda. Mütəxəssis rəyindən də görünür ki, hazırkı mübahisənin predmeti olan fərdi yaşayış evinin aylıq icarə haqqı 250 manatdır. Cavabdehin himayəsində olan azyaşlı Şərifov Cavid isə xx.xx.2008-ci il təvəllüdlüdür, 15 ay sonra 18 yaşı tamam olur. Yəni, kompensasiya məbləğinn 15X250=3750 manat olması ədalətlidir. İddiaçı cavabdehi və onun himayəsində olan yetkinlik yaşına çatmayan şəxsi ömürlük yaşayış üçün kifayət edəcək məbləğlə təmin etməsi öhdəliyi yoxdur. 2.Tərəflərindən alqı-satqı ilə məşğul olan fiziki şəxslərə müraciət edilmiş, fərdi yaşayış evinin, torpaq sahəsi və üzərindəki tikililərin dəyəri 70-75 min manat civarında dəyərləndirilmişdir. Cavabdehin təklif etdiyi qiymətlənirici cəlb edilməklə, fərdi yaşayış evinin qiymətləndirilməsi məhkəmə tərəfindən həyata keçirilmiş və evin bazar dəyəri 74.900 manat olduğu qeyd edilmişdir. Bu metodla hesabladıqda ödənilməli komepnsasiya məbləği 74.900/7=10700 manat təşkil edir. 3. Cavabdeh məhkəmənin təyin etdiyi və özünün təklif etdiyi qiymətləndiricinin rəyi ilə razılaşmayaraq əlavə qiymətləndirmə rəyi əldə etmişdir. Həmin rəy qanunsuzdur. Çünki qiymətləndirici mütəxəssis evə baxmadan, baxış keçirmədən, evin otaqlarının təmiri, sahəsi və s. əhəmiyyətli halları araşdırmadan rəy vermiş və rəyə görə evin dəyəri 102.000 manatdır. Baxış keçirilmədən verilən rəyin qanunsuzluğu, qeyri prosessual formada əldə edilmiş rəyin reallığı deyil, cavabdehin istəyini əks etdirməsi şübhə doğurmur və bununla bağlı qiymətlədnirici barədə aidiyyətı yerlərə yaxın günlərdə şikayət ünvanlanacaqdır. Buna baxmayaraq, iddiaçı tərəf olaraq öz humansitliklərini və səxavətlərini nümayiş etdirərək fərdi yaşayış evinin dəyərinin 102.000 manat hesablanmasına etiraz etmirlər. Sözügedən formada hesbalandıqda isə kompensasiya məbləği 102000:7=14571.43 qəpik təşkil etməlidir. 4. Vaxtılə məcburi köçkün kimi ayrılmış kompensasiya məbləğinin 23.400 manat olduğu, 1 nəfərə düşən hissəsinin isə 3.343 manat olduğu iş materialları və əvvəlki məhkəmə qətnamələri ilə təsdqini tapır. Yəni, cavabdehə çatası kompensasiya məbləği 3.343 manat təşkil etməlidir. Göründüyü kimi iddiaçı tərəfindən ödənilməli ədalətli kompensasiya tələbi 3.750 manatdır. Evin dəyərinin hansısa bir hissəsinin kompensasiya məbləği qismində hesablanmalı olmasına dair heç bir norma, heç bir məhkəmə təcrübəsi yoxdur. Lakin, iddiaçı tərəf səxavət və humansitlik nümayiş etdirərək, qardaşı oğlu Şərifov Cavidin xətrinə sadaladığı 4 metoddan maksimal məbləği, yəni (102000/7=14571.43) 14.571.43 manat vəsaiti kompensasiya məbləği kimi ödəməyə hazırdır. Odur ki, tərəflərindən cavabdehin qarşılıqlı iddiasına və iddiaçının humanist mövqeyinə uyğun olaraq, məhkəmə təcrübəsinə görə (əmlakın real icarə haqqının 3 illik ümumi məbləğinə görə, cavabdehə vaxtı ilə ayrılmış kompensasiya məbləği ilə deyil), daha yüksək məbləğdə yəni əmlakın cavabdeh tərəfindən qiymətləndirililən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat kompensasiya məbləği təklif edirlər. Sonda isə məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) cavabdehin istifadə hüququna xitam verilməsi, cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat birdəfəlik ödəniş müqailində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) çıxarılması, 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdehə məxsus əşyaların onun hesabına boşaldılması və kompensasiya məbləğinin verilməsi ilə tikililərin boşaldılmasının eyni anda icra edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etdi. İş üzrə cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızı ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasını onun iştirakı olmadan keçirilməsini və mülki işin növbəti iclasının xx.xx.2025-ci il tarixə təyin ediməsini xahiş etsə də, məhkəmə işin təxirə salınmasına iddiaçı tərəfin etiraz etməsini nəzərə alıb, işə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehın nümayəndəsi (vəkili) Vəkil qarşılıqlı iddianı müdafiə edib, izahatında İddiaçı Cavabdeh qarşı “kompensasiya ödəməklə mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən çıxarılması, həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdəki cavabdehə məxsus əşyaların cavabdehin hesabına boşaldılması barədə ilkin iddia ərizəsinin təmin edilməməsi, İddiaçı adına Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş **********25 reyestr və ********* qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, məcburi köçkün kimi ödənilmiş kompensasiya hesabına əldə edilmiş Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evinin satılması və bu daşınmaz əmlakların satılmasından əldə edilmiş pulun 2/7 hissəsinin cavabdehə ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməsinə dair müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 a torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə rəsmiləşdirimişdir. -İş materniallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş FY 09-017/24 nömrəli, xx.xx.2024-cü il tarixli Hesabatdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirmə tapşırığına uyğun olaraq aylıq kirayə dəyəri 250 manat təşkil etmişdir. -İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)-49/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X20, X11 və X7 qarşı «borc» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər X15, X3 və X1 müştərək qaydada 4285.71 (dörd min iki yüz səksən beş dollar 71 sent) ABŞ dolları məbləğində pul vəsaiti, hüquqi yardım üçün ödənilmiş 100 (yüz) manat, mebelin dəyəri olaraq 300 (üç yüz) manat pul cavabdeh X15 tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. -İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2031/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X8 və X2 apellyasiya şikayəti təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2(034)-49/2020 saylı qətnaməsi qismən, cavabdehlər X15, X3 və X1 müştərək qaydada 4285,71 ABŞ dolları məbləğində pul vəsaitinin və hüquqi yardım üçün ödənilmiş 100 manatın tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissələrdə iddia tələbi təmin edilməmişdir. -İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 2(034)-185/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı torpaq sahəsi və üzərindəki tikililiərdən çıxarılma və tikililərin boşaldılması» tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. -İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2383/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı G.Q.Şərifovanın verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(034)-185/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş A/5118 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Şərifova X5 rayonundan köçkün düşmüş və hal-hazırda Abşeron rayonu, Masazır kəndində məskunlaşmışdır. -İş materialarında olan Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sesiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2024-1919 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. -İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən verilmiş QXM444/M nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Abşeron rayonu, Masazıri kəndində xüsusi mülkiyyət əsasında 0,02 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyəri 74.900 manat müəyyən edilmişdir. -İş materiallarında olan Abşeron rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan vətəndaşlar X12 və Cavabdeh barələrində Abşeron rayon Polis İdarəsində araşdırma aparılmamış və onlar münaqişəli ailə kimi qeydiyyata alınmamışlar. -İş materiallarına əlavə olan, cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 36-054/25 saylı, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında xüsusi mülkiyyətdə olan 0,02 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbə (ümumi sahəsi 102 kv.m.) və zirzəmi sahəsindən ibarət orta təmirli fərdi yaşayış evinin bazar dəyəri 102000 manat təşkil etmişdir. -İş materiallarında olan X14, X12, İddiaçı, X17, X21, X23 və Cavabdeh imzaları xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 2008-ci il tarixdən ünvan 3 ünvanında "xxxx" ASC-nin 2 saylı müəssisəsinin ərazisində Zəngilan rayonundan məcburi köçkün kimi məskunlaşdıqlarını və hazırda başqa ünvanda yerləşdikləri üçün həmin ərazinin hər hansı bir hüquqi və ya fiziki şəxsə verilməsinə etiraz etmədiklərini və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqlarını bildirmişlər. -İş materiallarına əlavə edilmiş 3 saylı Tikinti-Montaj idarəsinin inzibati binasında məskunlaşmış məcburi köçkünlər barəsində tərtib edilmiş siyahıda Şərifovlar ailəsinin üzvlərinin sayı 7 nəfər qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızı iddiaçının X4nun həyat yoldaşı olmuş, lakin onların ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(010)-38/2019 saylı qətnaməsi ilə pozulmuş, cavabdeh iddiaçının qardaşı ilə aralarında olan nikahın pozulmasına baxmayaraq, övladı ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan evində bu günə kimi yaşamaqda davam etməsi tərəflər arasında yaranmış mübahisə və münaqişələr onların birlikdə yaşamasını dözülməz həddə gətirib çıxardığından iddiaçı cavabehdən xüsusi mülkiyyətində olan mənzildən çıxmasını və həmin mənzili boşaltmasını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Faktiki olaraq sözügedən torpaq hissəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi iddiaçının sahibliyində, istifadəsində və sərəncamındadır. Lakin, Cavabdeh həmin mənzildə yaşaması onlara verilən narahatlıqla yanaşı iddiaçının öz mülkiyyətindən istifadəsini də məhdudlaşdırır və o, cavabdehin əşyaları ilə birlikdə ona məxsus olan torpaq sahəsindən və torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən kompensasiya verilməklə çıxarılmasını vacib hesab edir. Məhkəmədən kənar cavabdehlə dəfələrlə razılıq əldə edilməsi üçün iddiaçı tərəfdən cəhdlər edilmiş, lakin edilmiş cəhdlərin heç bir nəticəsi olmamışdır. İddiaçı tərəfdən cavabdehə əmlakın orta kirayə qiymətinə uyğun olaraq 3 illik müddət ərzində yaşayışını təmin edəcək qədər, yəni 9000 manat məbləğində kompensasiya təklif edilmiş, lakin cavabdeh bu təkliflə razılaşmayaraq qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş **********25 reyestr və ********* qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, məcburi köçkün kimi ödənilmiş kompensasiya hesabına əldə edilmiş Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki mərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evinin satılması və bu daşınmaz əmlakların satılmasından əldə edilmiş pulun 2/7 hissəsinin ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) cavabdehin isitifadə hüququna xitam verilməsi, cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat birdəfəlik ödəniş müqailində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyət əsasında 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) çıxarılması, 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdehə məxsus əşyaların onun hesabına boşaldılması və kompensasiya məbləğinin verilməsi ilə tikililərin boşaldılmasının eyni anda icra edilməsini xahiş etmişdir. Araşdırma zamanı və təqdim edilmiş məhkəmə aktlarından məlum olmuşdur ki, cavabdeh nikaha daxil olduqdan sonra keçmiş həyat yoldaşının da məskunlaşdığı 3 saylı Tikinti-Montaj idarəsinin inzibati binasında olan iki otağlı evin bir otağında yaşamış, həmin evin digər otağında isə iddiaçının digər ailə üzvləri yaşamışlar. 2013-cü ilin fevral aylarında Bakı şəhəri, Nizami rayonu, Əlişir Nəvai küçəsində yerləşən 3 saylı Tikinti-Montaj idarəsinin inzibati binasında yaşayan sakinlərə kompensasiya ödənilməklə həmin binadan çıxarılmış, kompensasiya ödənilərkən kompensasiya ödənilən şəxslərdən yaşadıqları ərazinin hər hansı bir hüquqi və ya fiziki şəxsə verilməsinə etiraz etmədikləri və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacaqları barədə notariat qaydasında təsdiq olunmuş ərizə alınmışdır.Yəni, cavabdehin hazırda özü ilə yanaşı övladına da pay istəməsi qanuna ziddir. Belə ki, 2013-cü ildə Şərifovlar ailəsinin cavabdehdə daxil olmaqla 7 nəfəri nəzərə alınmaqla kompensasiya ödənişi həyata keçirilən zaman cavabdehin oğlu olan xx.xx.2008-ci il təvəllüdlü X19 əlavə kompensasiya ödənişi edilməmişdir. Lakin, buna baxmayaraq, iddiaçı qardaşı oğlunu mübahisəli fərdi yaşayış evində yaşamasına etiraz etməmiş və onu tikililərdən çıxartmaq kimi bir niyyəti də yoxdur. Bundan başqa, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş QXM444/M nömrəli, xx.xx.2025-ci il tarixli rəyində Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyət əsasında 0,02 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin bazar dəyəri 74.900 manat məbləğində müəyyən edilsə də, əmlakın cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində bazar dəyəri 102.000 manat məbləğində qiymətləndirildiyindən, iddiaçı tərəf cavabdehə 9000 manat məbləğində kompensasiya deyil, daha yüksək məbləğdə, əmlakın 1/7 hissəsi qədər, yəni 102000/7=14571.43 manat məbləğində cavabdehə kompensasiya məbləği təklif edərək, həmin məbləği ödəməyə razı olmalarını bildirmişlər. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə, mahiyyət etibarı ilə evin satılması və satışdan əldə edilən gəlirlərdən pay tələb edir. Yəni, göründüyü kitmi Əliyeva (Şərifova) Nahidə Allahverən qızı torpaq sahəsi üzərində inşa edilmiş tikililərdə daimi yaşamaq niyyətində deyil, belə olsaydı fərdi yaşayış evinin satışını tələb etməzdi. Tərəflər arasında mübahisə yalnız kompensasiya məbləğindəndir ki, Əliyeva (Şərifova) Nahidə Allahverən qızı evin dəyərinin 2\7 hissəsində payının olması və həmin hissəyə mütənasib evin dəyərini təlb etməkdə haqlı deyildir. Əvvəlki məhkəmə qətnamələri və iş materialları ilə onun oğluna hər hansı bir kompensasiya məbəlği ayrılmaması öz təsdiqini tapmamışdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsi və tikilillər üzərində mülkiyyət hüququna sahib olmadığından evin satılmasını tələb etmək hüququ yoxdur. Odur ki, qarşılıqlı iddia ərizəsi qismən təmin ediməli və cavabdehə (qarşılıqlı iddia üzrə iddiaçıya) evin dəyərinin 1\7 hissəsi kompensasiya kimi verilməlidir. Yəni, məhkəmə cavabdehdən başqa hazırda mübahisəli fərdi yaşayış evində digər ailə üzvlərinin yaşamasını da nəzərə alaraq, iddiaçı tərəfindən təklif edilən 14571.43 manat kompensasiyanın məbləğini məqbul hesab edərək, belə qənaətə gəlir ki, Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyət əsasında iddiaçıya məxsus olan 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) cavabdehin istifadə hüququna xitam verilməli, torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdehə məxsus əşyalar onun hesabına boşaldılmalıdır. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. İddiaçı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə cavabdehə qarşı iddia qaldırmaqla öz mülkiyyət hüququnu müdafiə etmək istəyir. Artıq cavabdehin iddiaçının qardaşı ilə olan ailə münasibətləri pozulmuş, cavabdeh iddiaçı və onun digər ailə üzvləri üçün arzuolunmaz bir şəxsdir və cavabdehin iddiaçının mülkiyyətində yaşaması iddiaçıya öz mülkiyyətinə dair mülkiyyət hüququnun həyata keçirməsinə maneçilik törədir. Mülki işin materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında olan münasibətlər gərgin bir vəziyyətdədir və tərəflərin bu vəziyyətdə birgə yaşaması qeyri-mümkündür. Belə olan halda isə daşınmaz əmlakdan istifadə hüququna malik olan cavabdehin bu hüququ iddiaçının ona verəcəyi kompensasiya ilə əvəzləşdirilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, ilk iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********25 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu, Masazır qəsəbəsində xüsusi mülkiyyət əsasında İddiaçı mülkiyyətində olan 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızının isitifadə hüququna xitam verilməli, cavabdehin torpaq sahəsi və üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat birdəfəlik ödəniş müqailində Abşeron rayonu Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evi) çıxarılmalı, 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdehə məxsus əşyaların onun hesabına boşaldılmalı və kompensasiya məbləğinin verilməsi ilə tikililərin boşaldılaması eyni anda icra edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməli, torpaq sahəsi və üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilirən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat məbləğində cavabdehə birdəfəlik kompensasyia ödənişi verilməli, qarşılıqlı iddia isə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına qarşı «mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi» tələbinə dair ilk iddia tələbi təmin edilsin. Cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızının 14571.43 manat məbləğində kompensasiya müqabilində onun Abşeron rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) istifadə hüququna xitam verilsin. Cavabdeh Əliyeva (Şərifova) X10 rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) çıxarılsın. Abşeron rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərdən (fərdi yaşayış evindən) cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına məxsus əşyalar onun hesabına boşaldılsın. Cavabdeh Əliyeva (Şərifova) Nahidə Allahverən qızına kompensasiya məbləğinin verilməsi ilə tikililərin boşaldılması eyni anda icra edilsin. Əliyeva (Şərifova) Nahidə Allahverən qızının İddiaçı qarşı «torpaq sahəsinin mülkiyyətdə olması barədə verilmiş çıxarışın ləğv edilməsi, kompensasiya hesabına əldə edilmiş torpaq sahəsi, habelə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin satılması və bu əmlakların satılmasından əldə edilmiş pulun 2\7 hissəsinin ona ödənilməsi barədə» qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı tərəfindən cavabdehə Əliyeva (Şərifova) Nahidə Allahverən qızına Abşeron rayonu, Masazır qəsəbəsində 0.02 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş tikililərin cavabdeh tərəfindən qiymətləndirilən dəyərinin 1/7 hissəsi qədər, 102000/7=14571.43 manat məbləğində birdəfəlik kompensasiya ödənişi verilsin. Qarşılıqlı iddia isə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-39/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-39/2025
09.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver