Məhkəmə qərarları › İş №e-2(034)-4/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-4/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-4/2024 10.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 14.319,68 manat məbləğində vəsaitin, 132,96 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** DX *** dövlət qeydiyyat nişanlı «Chrysler» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 19319,68 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 19219,68 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinintəmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür.Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4900,00 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 14319,68 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Sonda məhkəmədən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirakm edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iş üzrə materiallarla və əvvəlki ekspert rəyləri ilə tanış olduqda görmüşdür ki, işə kifayət qədər laqeyid yanaşılmışdır. Mersedes Benzin rəsmi servis şirkətinin qüsur aktını yan-yana tutuşdurduqda görmək mümkündür ki, ekspert servisin təqdim etdiyi qiymətlərin həmin dövr üçün münasib olması qərarına gəlmişdir. Rəyin qeyd hissəsində yazılmışdır ki, dəymiş ziyan üçün ƏDV geri alınaraq hesablanmış, lakin görmək mümkündür ki, ƏDV nəzərə alınmamışdır. Məhkəmədən qətnamə çıxarılarkən ƏDV məbləğinində nəzərə alınmasını xahiş edir. Yol nəqliyyat hadisəsi 2021-ci ildə baş vermiş, buraxılış 2019-cu ildə olmuşdur. 16.530 manat və əlavə olaraq ƏDV-də nəzərə alınmalıdır. Onlar 19.319,68 manat ödəniş etmiş, onlar tərəfindən isə cəmiyyətə 4900 manat qaytarılmış və onlar cavabdehdən yerdə qalan 14.319,68 manatı tələb edirlər. Avtonəqliyyat vasitəsi faktiki təmir olunmuşdur. Sığorta müqaviləsində qeyd olunmuşdur ki, sığorta hadisəsi baş verdikdən sonra avtonəqliyyat rəsmi avto servis də təmir olunacaqdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin tam təmin olunmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən idarə olunan ** DX *** dövlət qeydiyyat nişanlı «Chrysler» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 19319,68 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-ninxx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 19219,68 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür.Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4900,00 manat manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 14319,68 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy ilə razı deyillər. Belə ki, Yol nəqliyyat hadisəsini əks etdirən sənədlərdən görünür ki yol-nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixində baş vermişdir. Avtonəqliyyat vasitəsinin texniki posortundan görünür ki, zərərçəkmiş nəqliyyat vasitəsinin buraxılış ili 2019-cu ildir. Buradanda bu nəticəyə gəlmək olarki nəqliyyat vasitəsi 1 il istismar olmuşdur. Rəydə isə nəqliyyat vasitəsinin 3 il istismar olmasını qeyd edərək 4 faizlə 3 dəfə köhnəlmə tətbiq edilmişdir. Bu halda ekspert rəyinin düzgün olmadığı açıq surətdə görsənir. Həmçinin rəydə nəqliyyat vasitəsinin təmiri zamanı ödənilmiş ƏDV hesablanmamışdır, “köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimat”a, həmçinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən hesablanmalı idi. Sonuncu qaydalara əsasən hesablanma qaydası aşağıdaki kimi olmalıdır. 35. Köhnəlmə əmsalı 35.1. Sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. 35.2. Aşağıdakı hallarda sığorta ödənişi verilərkən köhnəlmə əmsalı tətbiq olunmur: 35.2.1. avtomobilin tam məhvi; 35.2.2. avtomobilin istehsal tarixindən 2 ildən az müddətin keçməsi. 35.3. Köhnəlmə əmsalı aşağıdakı qaydada hesablanır: KƏ=K1M+K2L burada: – bu Qaydaların 35.4-cü bəndinə uyğun olaraq, avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı (hər keçilmiş 1000 kilometrə görə faizlə); – istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki keçilmiş məsafə (min kilometrlə); – bu Qaydaların 35.5-ci bəndinə uyğun olaraq, avtomobilin istismar müddətinə görə köhnəlmə əmsalı (hər istismar ilinə görə faizlə); L - istismara başlama tarixindən sığorta hadisəsinin baş verdiyi tarixədək faktiki istismar müddəti (ili). 35.4. avtomobilin keçdiyi məsafəyə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur: S/s Mühərrikin növü Mühərrikin isçi həcmi ( ) Hər keçilmış 1000 km məsafəyə görə, %-lə 1. Benzin 1500-dək 0,35 1600 0,20 1800 0,15 2000 0,17 2000-dən yuxarı 0,20 2. Dizel İstənilən həcmdə 0,20 3. Turbo - dizel İstənilən həcmdə 0,25 35.5. avtomobilin istismar müddətinə görə köhnəlmə əmsalı aşağıdakı göstəricilər əsasında müəyyən olunur: 1 il ərzində keçilmiş orta məsafə (min ) 2-dək 2 - 5 5 - 10 10 - 15 15 - 20 20 - 30 30 - 40 40 - 60 60- 100 100-dən çox Tam 1 il üçün, %-lə 1,60 1,45 1,25 1,05 0,85 0,80 0,75 0,65 0,60 0,55 35.6. Köhnəlmə əmsalı avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinin 50 %-dən çox olmamaqla tətbiq edilir. 35.7. Sığorta müqaviləsində köhnəlmə əmsalı nəzərdə tutulduqda, bu Bölmənin məqsədləri üçün zərər məbləği köhnəlmə əmsalının tətbiq edilməsindən sonra alınan məbləğ hesab edilir. Məhkəmədən ekspertiza rəyində qeyd olunmuş yalnışlıqları nəzərə alaraq və qanunvericiliyin tələbini əsas tutaraq iş üzrə verilmiş rəyi nəzərə almadan iddia ərizələrinə əlavə olunmuş sənədləri əsas götürərək iddianın tam təmin olunması barədə qətnamə çıxarasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında isə qeyd etmişdir ki, iş üzrə tərəflərindən lkin ekspertiza rəyi ilə razı olmadıqlarından təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilmiş və vəsatətləri məhkəmə tərəfindən təmin olunmuşdur. Lakin yenidən Məhkəmə Ekspertizası tərəfindən texniki yalnışlıqlarla, həmçinin suallara natamam və qanuna uyğun olmayan formada rəy verilmişdir. Belə ki, 1-ci rəydə olduğu kimi nəqliyyat vasitəsinin istismar müddəti 3 il qeyd olunmuş, halbuki nəqliyyat vasitəsinin istismar müddəti sənədlərdəndə aydın göründüyü kimi 1 il olmuşdur. Bundan başqa, ekspert qarşısında qoyulmuş 2-ci sual cavablandırılmamış əlavə olaraq qanunsuz və ekspertin səlahiyyətində olmayan bir cavab verilmişdir. Hesab edirlər ki, belə olan halda verilmiş rəylər heç bir halda mötəbər ola bilməz. Bu səbəbdən verilmiş rəylərdə olan qüsurları və natamamlıqları aradan qaldırmaq üçün yenidən "əlavə ekspertiza " təyin olunmalı, həmçinin sonuncu ekspert rəyində bildirilmiş "Cədvəldə qeyd edilən avtoehtiyyat hissələrinin qiyməti orta bazar qiymətinə uyğun olduğundan həmin qiymətlərin üzərinə ƏDV əlavə olunmur" fikrinin qanunauyğun olub-olmaması barədə Dövlət Vergi xidmətinə sorğu verilməlidir. Maşın 2019-cu ilin maşınıdır. Hadisə isə 2020-ci ildə baş vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallaırnda olan X1 Şəhadətnaməsinin surətindən görünür ki, ** DX *** dövlət qeydiyyat nişanlı «Chrysler» markalı avtonəqliyyat vasitəsinin sahibi X3r. İş materiallaırnda olan elektron qaimədən görünür ki, avtomobilin təmiri ilə bağlı 19.319,68 manat məbləğində xərc çəkilmişdir. İş materiallarına əlavə edilmiş Mercedes Benz tərəfindən verilmiş icra edilmiş xidmətlərə dair aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 90 PH-978 dövlət qeydiyyat nişanlı avtomobil üçün ƏDV ilə cəmi 19.319,70 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallaırnda olan Mercedes Benz tərəfindən verilmiş zədə aktından görünür ki, 90 PH-978 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri, xidmət haqqı, dəmirçi işi, rəngsaz işi və mexanik işi də daxil olmaqla, ümumilikdə 19.319,68 manat xərc çəkilmişdir. İş materiallaırnda olan avtonəqliyyat vasitəsinin tam sığortası şəhadətnaməsindən aydın olur ki, «Mercedes Benz GLE450» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığorta olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı nəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19.319,68 manat zərər müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sığorta aktından ayın olur ki, dəymiş maddi zərər və sığorta ödənişi 19.319,68 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Paşa Bank tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən «Autostar Caucasus GMBH AZ LLC» hesabına 19.319,68 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş Paşa Sığorta tərəfindən “Standard İnsurance» Sığorta şirkətinə ünvanlanmış 2148/1 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Ə. Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində şirkətləri tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** DX *** dövlət qeydiyyat nişanlı Chrysler markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Mercedes Benz GLE 450 markalı təqliyyat vasitəsinə zərər vurulmuş, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 19.219.68 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq yaranan subroqasiya tələbi hüququna əsasən 5 000,00 (bes min) manat məbləğində vəsaitin «Paşa Sığorta” ASC-nin bank hesabına köçürülməsinə göstəriş verməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş Paşa Sığorta tərəfindən Cavabdeh və X4 ünvanlanmış 3011/L nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ** DX *** dövlət qeydiyyat nişanlı Chrysler markalı avtonəqliyyat vasitəsi ilə 'PAŞA Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı Mercedes Benz GLE 450 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş, baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 19.219,68 (on doqquz min iki yüz on doqquz manat altmış səkkiz qəpik) manat məbləğində sığorta ödənişi keçirilmişdir. AR Mülki ləsinin 936-cı maddəsinə uyğun olaraq sığorta şirkəti dəymiş zərər üzrə ödənişi həyata həmin məbləği zərər vurmuş üçüncü tərəfdən subroqasiya hüququ əsasında tələb edə bilər. Mülkiyyətlərində «Standart İnsurance” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş məbləğdən 4 900,00 manat məbləğin sığortaçıları tərəfindən ödənildiyini əsas tutaraq 14 319.68 manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" abına ödənilməsini xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/3997 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Autostar Caucasus» tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı «Mercedes Benz GLE450» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.787,00 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/8408 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Autostar Caucasus» tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2019-cu il buraxılışlı «Mercedes Benz GLE450» markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.787,00 manat müəyyən edilmişdir. Cədvəldə qeyd edilən avtohissələrin qiyməti orta bazar qiymətlərinə uyğun oluğundan həmin qiymətlərin üzərinə ƏDV əlavə olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1046 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Autostar Kaukasus” tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətəi nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz GLE450” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 16.530,00 manat müəyyən edilir. O cümlədən-dəyişilməli hissələrin qiyməti - 15130,00 manat; təmirbərpa işlərinin qiyməti - 1400,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 15924,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti - 14524,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1400,00 manat. Dəymiş ziyan (ehtiyat hissələrinin qiymətinə və təmir-bərpa xərclərinə) ƏDV nəzərə alınmaqla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcələlnin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi ** DX *** dövlət qeydiyyat nişanlı «Chrysler» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PH *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz GLE450» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 19319,68 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 19.219,68 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinintəmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür.Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4900,00 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 14319,68 manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/1046 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Autostar Kaukasus” tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətəi nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Mercedes Benz GLE450” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 16.530,00 manat müəyyən edilir. O cümlədən-dəyişilməli hissələrin qiyməti - 15130,00 manat; təmir- bərpa işlərinin qiyməti - 1400,00 manat. Avtoehtiyat hissələrinə bir il köhnəlmə faizi tətbiq edilməklə təxminən 15924,00 manat müəyyən edilir. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 14524,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1400,00 manat. Dəymiş ziyan (ehtiyat hissələrinin qiymətinə və təmir-bərpa xərclərinə) ƏDV nəzərə alınmaqla hesablanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz GLE450” markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı 4900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 11024 (15924-4900) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 132,96 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132,96 manat dövlət rüsumu, həmçinin 0,40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır, iş üzrə ekspertiza xərci olan 100 manat iddiaçıdan tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11.024 manat məbləğində pul vəsaiti, 132,96 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik məbəlğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərci olan 100 manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar