Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-5/2024 17.01.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, Cavabdeh, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5600 manat pul vəsaitinin və 76 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən «Opel Astra» minik markalı 10EY854dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Binə qəsəbəsi ərazisində **-BB-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz 190» markalı avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində «Mercedes Benz 190» markalı avtomobilində olan X11 və X6 yüngül dərəcəli xəsarət almışlar. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.8-ci və 332.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli HK-1- 372 saylı qərar yazılmışdır. Mercedes Benz 190 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 4100 manat ödəniş verilmişdir. X2 dəymiş yüngül zərərlə bağlı 750 manat məbləğində sığorta ödənişi verilmişdir. X1 dəymiş yüngülzərərlə bağlı 750 manat məbləğində sığorta ödənişi verilmişdir. “İcbari Sığortalar haqqında” AR Qanununun 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçınını nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, qiymətləndirmənin şişirdilmiş olduğunu düşünür. Məbləğin yarısı olmalıdır, məbləğ çox qoyulmuşdur. Qarşı tərəflə razılığa gələ bilməmişlər, yeni maşın aldırmaq istəmiş, lakin onun imkanı olmamışdır. Maşın «Mersedes 190 A” markalı 1994-cü ilin maşınıdır. Qiymətləndirmədə o, iştirak etməmişdir. Himayəsində xəstə anası olduğu üçün məhkəmədən müəyyən qədər güzəşt olmasını xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, "Opel Astra” markalı ** EY *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1 ci maddələrinin tərkibinin yarandığı məlum olduğu üçün sürücü barəsində inzibati təsir tədbirləri görülməsi məqsədi ilə toplanmış material Xəzər RPİ-nin X18 Şöbəsinin vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan «X19» tərəfindən verilmiş qüsur aktından görünür ki, «Mercedes Benz 190» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkilmiş xərc 4100 manat təşkil etmişdir. İş materillarında olan xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, zərərə uğramış «Mercedes Benz 190» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 4100 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan X5 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan X9 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş «Paşa Bank» tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, "xxxx" ASC-ti tərəfindən X10 4100 manat bir, 750 manat bir və 750 manat bir olmaqla, cəmi 5600 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikas Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X8» Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, E.S.Omarovun bədəni üzərində sol qulaqarxası nahiyyəsinin qançırı, sol əlin, hər iki bizin əzilmiş yaraları aşkar edilmiş, qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun «X14» X17 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X8» Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, G.M.Omarovanın bədənində aşkar edilmiş xəsarətlər-qapalı kəllə beyin travması,baş-beyin silkələnməsi, sağ çiynin, sağ əlin, sağ ayağın sıyrıqları, bel nahiyyəsinin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayət olunan boyun, bel nahiyyəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun «X14» X17 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/6725 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan «X19» tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla 1991-ci il buraxılışlı «Mercedes Benz 190» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcələlnin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış və Cavabdeh tərəfindən idarə edilən «Opel Astra» minik markalı 10-EY 854 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Binə qəsəbəsi ərazisində **-BB-*** dövlət qeydiyyat nişanlı «Mercedes Benz 190» markalı avtomobili ilə toqquşmuş, hadisə nəticəsində «Mercedes Benz 190» markalı avtomobilində olan X11 və X6 yüngül dərəcəli bədən xəsarət almışlar. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.8-ci və 332.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli HK-1- 372 saylı qərar yazılmışdır. «Mercedes Benz 190» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı iddiaçı tərəfindən 4100 manat ödəniş edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/6725 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən«Mercedes Benz 190» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinnin təmir-bərpa xərcləri 4100 manat təşkil etmişdir. X3 və X4 sağlamlıqlarına dəymiş yüngül zərərlə bağlı hər birinə iddiaçı tərəfindən ayrı-ayrılıqda 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı tərəf cavabdehdən həmin sığorta ödənişi tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh nəqliyyat vasitəsini idarə edilməsi üçün etibarnaməsi olmadan idarə etdiyini nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5600 manat məbləğində maddi ziyan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 76 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda ekspertiza xərci olan 50 manat vəsait cavabdehdən alınaraq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbacan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 241.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5600 manat məbləğində maddi ziyan və 76 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh ekspertiza xərgi olan 50 manat məbləğində pul vəsaiti alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-5/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-5/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver