Məhkəmə qərarları › İş №e-2(034)-55/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-55/2025

13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-55/2025 13.03.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin həqiqətə uyğun olmayan məlumatlarının qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “cavabdehin həqiqətə uyğun olmayan məlumatlarının qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hərəkətlərini, yəni X2 həqiqətə uyğun olmayan məlumatların təqdim edilməsinin qanunsuz hesab edilməsi və 12 000 manat mənəvi ziyana görə kompensasiyanın cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 2024-cü ilin yay aylarında Böyük Britaniyaya ingilis dili kurslarına səfər etmək qərarına gəlmiş, bundan ötrü Badamdarda yerləşən Avropa Azərbaycan Məktəbinin müəlliməsi Cavabdeh vasitəsi və köməkliyi ilə bu ölkənin səfirliyinə müraciət etmiş və ilk olaraq viza almışdır. Sonradan aeroportda təyyarəyə minən zaman, ona məlum olmuşdur ki, viza ləğv olunmuş və bu barədə sənədləşməni aparan Cavabdeh xəbər verilmişdir. Lakin, bir ay müddətində sonuncu ona heç bir məlumat verməmişdir. Səfirlikdən alınan cavabdan müəyyən olunmuşdur ki, Cavabdeh onlara məlum olmayan səbəblərdən səfirliyə həqiqətə uyğun olmayan sənədlər təqdim etmiş və bu səbəbdən də İddiaçı və bir çox digər şagirdlərə və müəllimlərə Böyük Britaniyaya giriş 10 il müddətinə qadağan edilmişdir. Məsələyə aydınlıq gətirməkdən ötrü Cavabdeh ilə əlaqə yaratdıqda, o, bildirmişdir ki, vizanın ləğv olunmasında onun heç bir günahı olmamışdır. Sənədlər və müraciət səfirliyə düzgün tərtib olunmuşdur. Lakin, onlarda olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh email ünvanından göndərilən sənədlərdə, iddiaçıya dəvət göndərən məktəb deyil, digər məktəb qeyd olunmuşdur. Sənədlər qeyd olunan email ünvanından səfirliyə təqdim olunduğundan, cavablar da o ünvana getmiş, bu səbəbdən də iddiaçının vizanın ləğvindən vaxtında xəbəri olmamışdır. O, ailəsi ilə, yəni anası, atası və qardaşı ilə Londona təyyarəyə mindiyi zaman vizanın ləğv olunmasından xəbər tutmuş, bütün ailə şok yaşamışdır. Ailə aeroporta hadisənin anlaşılmamazlıq olduğunu hesab edərək, Londona uçmuş və belə düşünmüşdür ki, bir-iki günə İlahə də Londona gələcəkdir. Artıq 10 il müddətinə iddiaçının Böyük Britaniyaya girişinin qadağan edilməsi bəlli olduqda, məsələnin ciddiliyi aydın olmuşdur. Tək o, deyil, bütün ailə sarsıntı keçirmiş, stress yaşamışdır. Lakin, gənc qız olaraq onun mənəvi iztirablarını izah eləmək mümkün deyildir. Bu günə kimi onun Londonda təhsil almaq ümidi var. O, bu ümidini hələ də itirmir. Onu da qeyd etmək istəyir ki, Britaniyaya girişə qadağa qoyulduğu zaman Şengen vizasının alınması da kəskin şəkildə çətinləşir. Bu da gələcəkdə onun üçün ciddi problemlər yarada bilər. Cavabdehin bu kimi qanunsuz hərəkətlərinin motivasiyası aydın deyildir. Lakin bu hərəkətlərin nəticəsində həm ona istədiyi ölkəyə getməyə qadağa qoyulmuş, həm də ciddi mənəvi ziyan vurulmuşdur. O, illərdir hazırlaşır, əlavə kurslara və repetitorlara gedir ki, arzusu həyata keçsin və Avropa təhsili alsın. Lakin kənar bir şəxsin qanunsuz, məntiqlə izah olunmayan hərəkəti nəticəsində, o, bundan məhrum olmuşdur. Hesab edir ki, bu gün onun çəkdiyi mənəvi iztirablara görə ən azı 12000 manat kompensasiya tələb etməyə haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs 2024-cü ilin yay aylarında Böyük Britaniyaya ingilis dili kurslarına səfər etmək qərarına gəlmiş, bundan ötrü Badamdarda yerləşən Avropa Azərbaycan Məktəbinin müəlliməsi Cavabdeh vasitəsi və köməkliyi ilə bu ölkənin səfirliyinə müraciət etmiş və ilk olaraq viza almışdır. Sonradan, aeroportda, təyyarəyə minən zaman, ona məlum olmuşdur ki, viza ləğv olunmuş və bu barədə sənədləşməni aparan Cavabdeh xəbər verilmişdir. Lakin bir ay müddətində sonuncu İddiaçı heç bir məlumat verməmişdir. Səfirlikdən alınan cavabdan müəyyən olunmuşdur ki, Cavabdeh onlara məlum olmayan səbəblərdən səfirliyə həqiqətə uyğun olmayan sənədlər təqdim etmiş və bu səbəbdən də hüquqlarını müdafiə etdiyi şəxsə və bir çox digər şagirdlər və müəllimlərə Böyük Britaniyaya giriş 10 il müddətinə qadağan edilmişdir. Məsələyə aydınlıq gətirməkdən ötrü Cavabdeh ilə əlaqə yaratdıqda, o, bildirmişdir ki, vizanın ləğv olunmasında onun heç bir günahı olmamışdır. Sənədlər və müraciət səfirliyə düzgün tərtib olunmuşdur. Lakin onlarda olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh email ünvanından göndərilən sənədlərdə, iddiaçıya dəvət göndərən məktəb deyil, digər məktəb qeyd olunmuşdur. Sənədlər qeyd olunan email ünvanından Səfirliyə təqdim olunduğundan, cavablar da o ünvana getmiş, bu səbəbdən də iddiaçının vizanın ləğvindən vaxtında xəbəri olmamışdır. İddiaçı ailəsi ilə, yəni anası, atası və qardaşı ilə Londona təyyarəyə mindiyi zaman vizanın ləğv olunmasından xəbər tutmuş, bütün ailə şok yaşamışdır. Ailə aeroporta hadisənin anlaşılmamazlıq olduğunu hesab edərək, Londona uçmuş və belə düşünmüşdür ki, bir-iki günə İlahə də Londona gələcəkdir. Artıq 10 il müddətinə iddiaçının Böyük Britaniyaya girişinin qadağan edilməsi bəlli olduqda, məsələnin ciddiliyi aydın olmuşdur. Tək iddiaçı deyil, bütün ailə sarsıntı keçirmiş, stress yaşamışdır. Lakin, gənc qız olan iddiaçının mənəvi iztirablarını izah eləmək mümkün deyildir. Bu günə kimi iddiaçının Londonda təhsil almaq ümidi var. O, bu ümidini hələ də itirmir. Britaniyaya girişə qadağa qoyulduğu zaman Şengen vizasının alınması da kəskin şəkildə çətinləşir. Bu da gələcəkdə iddiaçı üçün ciddi problemlər yarada bilər. Cavabdehin bu kimi qanunsuz hərəkətlərinin motivasiyası aydın deyildir. Lakin bu hərəkətlərin nəticəsində həm, iddiaçıya istədiyi ölkəyə getməyə qadağa qoyulmuş, həm də ciddi mənəvi ziyan vurulmuşdur. İddiaçının hazırlaşması, əlavə kurslara və repetitorlara getməsi uzun müddəti əhatə etmiş və arzularını həyata keçirmək və çox çalışmışdır. Lakin kənar bir şəxsin qanunsuz, məntiqlə izah olunmayan hərəkəti nəticəsində hüquqlarını müdafiə etdiyi şəxs bundan məhrum olmuşdur. Hesab edirlər ki, bu gün iddiaçının çəkdiyi mənəvi isztirablara görə ən azı 12.000 manat kompensasiya tələb etməyə haqlıdır. Gülnar xanımın istədiyi bütün sənədləri tərəf təqdim etmiş, sadəcə dəvətnamə məktubu qalmışdır. Gülnarın öz şəxsi nömrəsi ilə yazışmada dəvətnamənin alınması sualina cavab olaraq dəvətnamənin gecikdiyini və biraz gözləməli olduğunu bildirmişdir.xx.xx.2024-cü il tarixdə whatsapp yazışmasında müəyyən olunmuşdur ki, cavabdeh səfirliyə müraciət etdikdən sonra onun gmailinə görüş vaxtı göndərilmişdir. Cavabdeh hətta görüş vaxtının kompyuterdən şəklini çəkib atmış, cavabdehə görüş vaxtı səfirlikdə 23 aprel saat 12:00-a təyin olunmuşdur. İddiaçı tərəfindən viza alınmış, İlahənin viza almasını təsdiq edən pasport işə əlavə olunmuşdur. Ailənin digər üzvləri ilə birlikdə 31 iyul 2024-cü il tarixdə 07:05-ə təyyarəyə bilet alınmışdır. Artıq ailə Londona uçmağa hazırkən aeroporta 3 nəfər ailə üzvünə buraxılış olduğu halda, İlahəyə buraxılışın olmadığını görmüşlər. Bundan əvvəl xx.xx.2024-cü il tarixdə iddiaçının anası cavabdehə yazaraq nə problem olduğunu öyrənməyə çalışsa da, müraciət cavabsız qalmışdır. Vizanın ləğv olunması ilə bağlı xx.xx.2024-cü il tarixdə Gülnara məlumat verilmişdir. İlahə səfirliyə müraciət etmiş, sənədləri almış, iki həftə sonra Gülnar xanım səfirliyə məktub göndərmiş və səfirlikdən mailto:london202207@gмail.comElektron ünvan ünvanından tez-tez e-poçt almırsız deyə bildirmişdir. Konsulluğa bildirmişdir ki, İlahə Selak üçün daha əvvəl yanlış sənəd təqdim edilmiş və nəticədə qərar dəyişilmişdir. İndi o, İlahə Selakın ingilis dili kursuna yazıldığını və yaşayış da daxil olmaqla, bütün ödənişlərin edildiyini göstərən düzgün sənədi əlavə etmişdir. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməlidir. Səfirlikdən sənədləri onların özləri müraciət edərək almışlar, Dəvətnamə məktubunu Cavabdeh özü saxtalaşdırmışdır. Sənədin saxtalaşdırılması ilə bağlı sənəd təqdim edə bilmir. Gülnar Avropa liseyində müəllimədir, Gülnara İngiltərədə və burada inam vardır. Gülnar xanım konsulluğa İlaahə Selak üçün daha əvvəl səhvən yanlış sənəd təqdim edilməsini və nəticədə qərarın dəyişilməsini bildirmişdir. İlahənin qardaşına və ailəsinə dəvətnamə gəlmiş, sadəcə İlahə xanıma imtina gəlmişdir. Bu yazışmanı cavabdehin göndərməsi ilə bağlı heç bir sənəd yoxdur. Onlar tərəfindən verilən məlumatları Gülnar xanım konsulluğa göndərmişdir. Onlar Londonda hansısa bir məktəbə İlahənin daxil olmasını bildirməmişlər. Valideyndə turist kimi uşaqların yanında getmək istəyirlər. Onlarla cavabdeh arasında xidmət göstərilməsi ilə bağlı heç bir müqavilə olmamışdır. Sonda iddiaçının nümayəendəsi (vəkili) məhkəmədən iddia tələbinin təmin olunmasını, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsini, iddia ərizəsində qeyd edilən kompensasiyanın ödənilməsini, uşağın müqəddəratını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia predmeti cavabdehin həqiqətə uyğun olmayan məlumatlarının qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi tələbidir. İddiaçı tərəfindən təqdim olunan sübutları onlar sübut kimi qəbul etmirlər. İddia predmeti hərəkətlərin qanunsuz olması ilə bağlıdır. Birbaşa cavabdehin hərəkətləri sübut olunduğu halda sübutları qəbul edə bilərlər. Qanunvericilikdə daxili inam məsələsi işin içində olan sübutlar əsasında yaranır. Dəvətnamə məktubu ilə bağlı iddianın əsasına fikir verilsə, ümumiyyətlə dəvatnamə ilə bağlı orda termin keçmir, dəvət keçir. Bu hissədə hesab edirlər ki, tutarlı bir sübut yoxdur. Səfirlikdən hər hansısa bir sənəd göndərilmişdir ki, bu sənəd saxta sənəddir. Elə bir sənəd ortada yoxdur. Karta atılan pulların həmin karta aid olub-olmadığını iddiaçı tərəfə bank cavab verməlidir. Karta pul daxil olmasının hüquqlarını müdafiə etdiyi şəxsin həqiqətə uyğun olmayan məlumatlara nə aidiyyatı var. Cavabdeh səfirliyə sənəd göndərmiş, amma iddiaçı tərəfin nəzərdə tutduğu saxta sənəd göndərilməmişdir. Onda olan məlumata görə cavabdeh sənəddə problem olması ilə bağlı məlumat vermişdir. Tərəf saxta sənəd iddiasını irəli sürsə belə, elə bir sənəd təqdim etməmişdir. Bir halı qeyd etmişdir ki, Gülnara İngiltərədə inam varsa, onlar konkret olaraq Gülnar tərəfindən saxta sənəd təqdim edildiyi üçün iddiaçı tərəfə imtina verilməsini bildirmişlər. O, əvvəldən bildirir ki, işin mahiyyəti başqadı, ortada heç bir saxta sənəd yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxsin İlahə xanımla heç bir qəsdi qərəzliyi yoxdur. Gülnar xanım həqiqətə uyğun olmayan məlumatlarla konsulluğa müraciət etməmişdir. Mail ilə olan yazışmalar Gülnar xanıma məxsus deyildir. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, sağlamlığı ilə bağlı olaraq xx.xx.2025-ci il tarixində Zəngilan rayon Məhkəməsinin inzibati binasında barəsində aparılan məhkəmə prosesində iştirak edə bilmir,üzurxahlıq edir və ərizəsində yazılanları təsdiq edərək bildirmişdir ki, iddianı qəti sürətdə qəbul etmir, Ortada hər hansı bir saxtakarlıqdan və səhvdən söhbət gedə bilməz. Əgər saxtakarlıq varsa o zaman konsulluq həmin sənədi təqdim edərdi. Sənəd yoxdur, çünki saxtakarlıq yoxdur.Qqarşı tərəf ailə olaraq viza almaq üçün müraciət ediblər deyə səfirlik belə olanda bir nəfərə viza verməyə bilir, çünkü qaçqınlıq üçün gedə bilərlər deyə onlarla bu hal üçün şübhə yaranma ehtimalı olur. Onlarda da bu uşağa viza verilməmişlər. Bir daha qeyd edir ki, digər şagirdlərə və eynilə də bu tələbənin qardaşına hazır etdiyi kimi sənədləri hazır etmiş və hər hansı saxtakarlıq və yalnışlıq olan bir şey olmamışdır. Cavabdeh ərizəsində məhkəmədən yuxarıda yazdıqlarını nəzərə alaraq, məhkəmə iclasını onun iştirakım olmadan keçirib yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Mehriban xanımı müəllim kimi onu əvvəldən tanıyır. İddiaçı tərəf ona İlgiltərəyə getmək istədiklərini bildirmiş, o da Gülnar xanımı tanıdığı üçün iddiaçı tərəflə tanış etmişdir. Ailənin üç üzvünə viza alsa da, amma İlahədə alınmamışdır. Gülnar xanım Londondakı məktəbin agentidir. Gülnar xanım vizaya görə çox adam tanıdığı üçün onlarda Gülnar xanıma güvənmişlər. Onlar viza düzəldiləcəyi uşaqların siyahısını aprelin 25-i Gülnar xanıma vermiş, siyahıda olan adamların siyahısı məktəbə göndərilmədiyi üçün imtina verilmişdir. O siyahının içində onun nəvəsinin adı da olmuşdur. Gülnar xanım onun yaxınına dəvətnamə düzəltdirmiş, qrinviçə viza aldırmışdır. Səfirliyə sənədlər onlayn göndərilir. İlahə xanıma Gülnar xanım tərəfindən saxta sənəd hazırlanmasını o, görməmişdir. Gülnar xanım ona İlahənin vizasında problem olduğunu bildirmişdir. O, sonradan Gülnar xanımla əlaqə saxlamaq istəsə də, telefonlara cavab verməmişdir. Mehriban xanımı o tanış etdiyi üçün pis vəziyyətdə qalmışdır. Bu vaxta qədər Gülnar xanımla belə problemləri olmamışdır. Əvvəllər onların vizalarını həmişə Gülnar xanım etmişdir. Gülnar xanımın özünə deyil, orda olan məktəbə, karta ödənişlər etmişdir. Mehriban xanımla Gülnar xanımı o, tanış etdiyi üçün iddiaçı tərəf onu şahid kimi məhkəməyə dəvət etmişdir. Hazırda Gülnar xanımla münasibəti yoxdur. Siyahıda olanların Gülnara göndərilməməsi ilə bağlı sənədi yoxdur, istinad edərək demişdir. Səfirlikdə imtinanın Gülnar xanımın yanlış sənəd göndərilməsi ilə bağlı olması ilə əlaqədar birbaşa sənəd mövcud deyildir. Nəticədə yalnız face sənəd qoyulmuş, face sənədin isə nə ilə bağlı olması qeyd olunmamışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Tədqiq edilən sübutlar: -İş materniallaırnda olan xx.xx.2024-cü il tarixli Viza Məktubunun surətindən görünür ki, İddiaçı ingilis dilini Londonda öyrənmək üçün qısa müddətli təhsil vizasının verilməsi ilə bağlı Britaniya Səfirliyinin viza şöbəsinə müraciət olunmuşdur. -İş materiallarında olan və X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun Birləşmiş Krallığa viza üçün müraciəti rədd edilmişdir. -İş materiallarında olan imtina səbəbləri barədə qərardan gönür ki, İmmiqrasiya Qaydalarının tələblərinə cavab verilməsinə əmin olunmadığına görə ziyarətçi vizası üçün müraciət rədd edilmişdir. -İş materiallaırnda olan «Unibank» X8 Səhmdsar Cəmiyyəti tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan aydın olur ki, xx.xx.2024 tarixində 780 manat, xx.xx.2024 tarixində 165 manat və 100 manat vəsaitlərin göndərildiyi 523915******9515 nömrəli kart "xxxx" ASC-yə. xx.xx.2024 tarixində 150 manat vəsaitin göndərildiyi 531599******9673 nömrəli kart isə "xxxx" ASC-yə məxsusdur. Həmin kartlar barədə ətraflı məlumat əldə etmək üçün uyğun olaran "xxxx" ASC-yə və "xxxx" ASC-yə müraciət edilməsi qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 2024cü ilin yay aylarında Böyük Britaniyaya ingilis dili kurslarına səfər etmək qərarına gəlmiş, Avropa Azərbaycan Məktəbinin müəlliməsi Cavabdeh vasitəsi ilə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə müraciət edilmiş, viza alınmış, lakin aeroportda təyyarəyə minən zaman, iddiaçıya məlum olmuşdur ki, ona verilən viza ləğv olunmuşdur. İddiaçı dərhal bu barədə ona vizanın alınması ilə bağlı sənədləşdirmə işlərini aparan Cavabdeh xəbər vermiş, lakin cavabdeh bir ay müddətində ona heç bir məlumat verməmiş, səfirlikdən alınan məlumatda isə cavabdehin iddiaçı ilə yanaşı digər şagird və müəllimlərin barəsində səfirliyə həqiqətə uyğun olmayan sənədlər təqdim etməsi nəticəsində onların Böyük Britaniyaya girişinin 10 il müddətinə qadağan edilməsi məlum olmuşdur. İddiaçı məsələyə aydınlıq gətrilməsi üçün cavabdehlə əlaqə saxlamış, lakin cavabdeh vizanın ləğv olunmasında onun heç bir günahının olmamasını bildirmişdir. İddiaçı onun 10 il müddətinə Böyük Britaniyaya girişinin qadağan edilməsini bildiyi gündən nəyinki onun özü, hətta bütün ailə üzvləri sarsıntı keçirmiş, stress yaşamış, o, Avropa təhsil almaq arzusunu həyata keçirmək üçün illərdir ki, hazırlaşmış, əlavə kurslara və repetitorlara getmiş, lakin kənar bir şəxsin qanunsuz, məntiqlə izah olunmayan hərəkəti nəticəsində, o, bundan məhrum olmuşdur. Buna səbəb kimi Cavabdeh X2 təqdim etmiş həqiqətə uygun olmayan məlumatların verilməsini göstərmişdir. Lakin, məhkəmə araşdırması zamanı həm cavabdeh tərəfin nümayəndəsi izahatında, həm də cavabdehin məhkəməyə ünvanladığı ərizəsində bildirmişlər ki, viza alınması üçün sənədlər düzgün olaraq tərtib edilib təqdim edilmiş, təqdim olunmuş sənədlərdə hər hansı bir səhvə yol verilməmişdir. Bundan başqa, məhkəmə iclasında dindirimiş şahid də ifadəsində cavabdehin iddiaçı üçün viza alınması ilə bağlı saxta sənəd hazırlanmasını görmədiyini bildirmişdir. Tərəflər arasında hər hansı xidmətin göstərilməsi barədə heç bir müqavilə olmamış, iddiaçı tərəfindən təqdim olunmuş X6 tərəfindən verilmiş bütün azərbaycan dilinə tərcümə olunmuş sənədlərdən də göründüyü kimi sənədlər və yazışmalar məhz iddiaçının özü tərəfindən imzalanıb yazılmışdır. İddiaçı cavabdehin London məktəbləri ilə əlaqəsinin olduğunu və həmin məktəbdən dəvət məktubunu alıb konsulluğa təqdim etdiyini, iddiaçının adına dəvət məktubunun ES London məktəbindən gəlməsini, vizaya müraciətdə Oxford İnternational tərəfindən təşkil edilmiş Qrinviç Universitetinin qeyd olunmasını bildirərək həmin məlumatların Britaniya səfirliyinə cavabdeh tərəfindən təqdim etməsini həqiqətə uyğun olmayan məlumat kimi qiymətləndirilməsini tələb etsə də, iddiaçıya Britaniya səfirliyi tərəfindən bu səbəbdən viza verməkdən imtina olmasına dair, həmçinin məhz cavabdeh tərəfindən həmin dəvətnamələrin alınması və səfirliyə təqdim edilməsi barədə də iddiaçı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişi n şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.Eyni zamanda,Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq ənavi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və ya mənavi sarsıntılar keçirməsi,bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənavi zıərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin onun barəsində həqiqətə uyğun olmayan hansı məlumatların səfirliyi təqdim edilməsi, təqdim edilmiş həmin məlumatlar əsasında sarsıntı və stress keçirməsi ilə bağlı möhtəbər sübutlarını da məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cavabdehin həqiqətə uyğun olmayan məlumatlarının qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin həqiqətə uyğun olmayan məlumatlarının qanunsuz hesab edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar