Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-642/2023 25.12.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 1956,48 manat məbləğində pul vəsaitin, 39,56 manat dövlət rüsumunun, 0,40 bank xidməti xərcinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** OP *** dövlət qeydiyyat nişanlı «Opel Corsa» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı sığortalanmış ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 1 956,48 məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 2056,48 manat məbləğində sığorta ödənişi (1742,77 manat nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 313,69 manat ƏDV olmaqla) avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülürmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2022-cü il tarixində 100 manat azadolma məbləğini də nəzərə alaraq, 1956,48 subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir.Sonda məhkəmədən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Cavabdeh tərəfindən idarə olunan 99 OP-597 dövlət qeydiyyat nişanlı «Opel Corsa» markalı avtonəqliyyat vasitəsi ilə “Paşa Sığorta “ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış 90 TE-231 dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh təqsirli bilnimişdir. Sığortalı sığortalanmış ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi ilə bağlı “Paşa Sığorta “ASC-yə zərərçəkən müraciət etmişdir. ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 1956,48 manat məbləğində müəyyən edilmişdir. “Paşa Sığorta “ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktına” əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 2056,48 manat məbləğində sığorta ödənişi 1742 manat nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri 313,69 manat ƏDV olmaqla avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2022-ci il tarixində 100 manat azadolma məbləğini də nəzərə alaraq, 1956,48 manat vəsaitinin subroqasiya hüquqi əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2056,48 manat müəyyən edilmiş, həmin məbləğdən 100 manat azad olma çıxılmaqla, 1956,48 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-ti tərəfindən verilmiş AA041970 nömrəli aktdan görünür ki, "xxxx" servis mərkəzində ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtomobilin ehtiyyat hissələri dəyişdirilmiş və 2.178,47 manat xərc çəkilmişdir. İş materiallarında olan 395721 nömrəli hesab- fakturadan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına 2056,47 manat məbləğində pul köçürülmüşdür. İş materillarında olan elektron qaimədən görünür ki, Paşa Sığorta» Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına 2056,46 manat məbləğində pul köçürülmüşdür. İş materiallaırnda olan TP-4626848 nömrəli inzibati tənbeh vermə haqqında qəraırn surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikaıs İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş X1 Şəhadətnaəmsinin surətindən görünür ki, ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtomobilin mülkiyyətçisi X3r. İş materiallarında olan və "xxxx" ASC-ti tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtomobil dəymiş zərərin dəyəri 2056,48 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. MM-nın 1099-ci maddəsinin ələblərinə əsasən, Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi 99 OP-597 dövlət qeydiyyat nişanlı «Opel Corsa» markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsinə zərər dəymiş, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh təqsirli bilinmiş, hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat inzibati cərimə tətbiq edilmişdir. Zərərçəkən “Paşa Sığorta» ASC-də sığortalanmış ** TE *** dövlət qeydiyyat nişanlı «Hyundai Elantra» markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı cəmiyyətə müraciət etmiş, avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş və zərər 1956,48 məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 2056,48 manat məbləğində sığorta ödənişi (1742,77 manat nəqliyyat vasitəsinin ehtiyyat hissələri və təmir xərcləri, 313,69 manat ƏDV olmaqla) avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülürmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2022-cü il tarixində 100 manat azadolma məbləğini çıxılmış və hazırda cavabdehin iddiaçıya 1956,48 manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə həmin borcun qaytarılması üçün bildiriş göndərilsə də, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 1956,48 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı “Paşa Sığorta» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 39.56 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 39.56 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1956,48 manat məbləğində sığorta ödənişi, 39.56 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №e-2(034)-642/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-642/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver