Məhkəmə qərarları › İş №e-2(034)-683/2021

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(034)-683/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № e-2(034)-683/2021 25.11.2021 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Məhkəmə iclas katibi Mahmudov Ağa Alqulu oğlunun katibliyi ilə, İddiaçı «İcbari Sığorta Bürosu» X2 Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X6 Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1500 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1530 manat borcunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsalandırmışdır ki, Cavabdeh 02.09.2013-ci il tarixində saat 15:00 radələrində VAZ 21154 markalı, 90SA486 dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi-Mehdiabad qəsəbəsi istiqaməti ünvanında hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Binəqədi rayon məhkəməsinin 1(001)-358/2013 nömrəli, 13.12.2013-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci bəndində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermis yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra aşağıdakı “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə (cədvəl) qeyd olunanlara əsasən zərəçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırmalarımız nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində VAZ 21154 markalı, 90SA486 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02.09.2013-ci il tarixində, saat 15:00 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 1500 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən kompensasiya ödənişi subroqasiya qaydasında zərərvuran şəxs olan cavabdehdən tələb edilir. Sonda məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. İddiaçı «İcbari Sığorta Bürosu» X2 etibarnamə üzrə nümayəndəsi Elsevər Tanrıverdiyev ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələbinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 13.12.2013-cü il tarixli 1(001)-358/2013 saylı hökmün surətindən aydın olur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancından dövlət nəfinə 20% iməbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsnin surətindən aydın olur ki, VAZ 21154 markalı, 90SA486 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4r. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X7 tərəfindən etibarnamə əsasında VAZ 21154 markalı, 90SA486 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 03.07.2013cü il tarxdə idarə olunması üçün Cavabdeh verilmişdir. İş materiallarında olan avitonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemindən çıxarışın surətindən görünür ki, informasiya sistemində axtarış zamanı VAZ 21154 markalı, 90SA486 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02.10.2013-cü il tarixə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmadığı məlum olmuşdur. İş materiallarına əlavə edilmiş kompensasiya ödənişinin verilməsi haqqında 21.06.2018-ci il tarixli 1-99/2018 nömrəli qərarın surətindən görünür ki, X3 02.09.2013-cü il tarixdə saat 15:00 radələrində Binəqədi qəsəbəsindən Mehdiabad qəsəbəsi istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu az ağır dərəcəli xəsarətlər ilə əlaqədar 1500 manat məbləğində kompensasiya ödənişinin poçt vasitəsi ilə köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Azərpoçt MMC tərəfindən verilmiş qəbzin surətindən görünür ki, 20.06.2018-ci il tarixdə 1500 manat poçt vasitəsi ilə İcbari Sığorta Bürosu tərəfindən X1 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». MM-nın 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Bundan başqa, MM-nın 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə «başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır». Həmçinin MM-nin 925-ci maddəsinə görə «sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir». Həmin Məcəllənin 936-cı maddəsinə əsasən, «subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir». Beləliklə, istinad olunan sübutlarla təsdiq olunur ki, Cavabdeh 02.09.2013-ci il tarixində saat 15:00 radələrində VAZ 21154 markalı, 90SA486 dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi-Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Binəqədi rayon məhkəməsinin 1(001)-358/2013 nömrəli, 13.12.2013-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci bəndində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermis yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra aşağıdakı “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə (cədvəl) qeyd olunanlara əsasən zərəçəkənə sağlamlığa dəyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Araşdırılma nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində VAZ 21154 markalı, 90SA486 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 02.09.2013-ci il tarixində, saat 15:00 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 1500 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir. Qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, cavabdeh X5 1500 manat subroqasiya qaydasında pul tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X2 xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh Məmmədov X8 rayonundan məcburi köçkündür. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat subroqasiya qaydasında pul tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X2 xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar