Məhkəmə qərarları › İş №e-2(035)-293/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(035)-293/2025

19.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(035)-293/2025 19.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X1 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi ilə, İddiaçı Dövlət Məşğulluq X2 Şəxsin Cavabdeh qarşı cavabdehə özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən verilmiş aktivlərin aşkarlanmaması səbəbindən eyni növlü və keyfyyətli aktivlərin cavabdehdən natura şəklində alınaraq agentliyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işi 19 fevral 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Məşğulluq X2 Şəxs Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/ÖM/ÖM/02061 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyətli “Broyler inkubator” zərfinə daxil olan aktivlər, 1 ədəd inkubator aparatının, 1 ədəd genratorun və 1 ədəd yem freze aparatının natura şəklində Agentliyə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir. Belə ki, Həmin Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə ərizə geri qaytarılır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin 149-cu maddəsinin tələblərinə cavab vermədiyi üçün, həmçinin iddia ərizəsi iddiaçı tərəfindən imzalanmadığı üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Dövlət Məşğulluq X2 Şəxsin Cavabdeh qarşı cavabdehə özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən verilmiş aktivlərin aşkarlanmaması səbəbindən eyni növlü və keyfyyətli aktivlərin cavabdehdən natura şəklində alınaraq agentliyə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar