Məhkəmə qərarları › İş №e-2(035)-307/2025

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №e-2(035)-307/2025

02.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № e-2(035)-307/2025 02.04.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Zərdab Rayon Məhkəməsi X2 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Dövlət Məşğulluq X3 Şəxsin Cavabdeh qarşı cavabdehə özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən verilmiş aktivlərin aşkarlanmaması səbəbindən eyni növlü və keyfyyətli aktivlərin cavabdehdən natura şəklində alınaraq agentliyə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 aprel 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Məşğulluq X3 Şəxs Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/ÖM/ÖM/02061 saylı müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli “Broyler inkubator” zərfinə daxil olan aktivlər, 1 ədəd inkubator aparatının, 1 ədəd generatorun və 1 ədəd yem freze aparatının natura şəklində Agentliyə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən hakim əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin 152-ci maddəsinə əsasən məhkəmə aidiyyəti üzrə verilmədiyi üçün iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Dövlət Məşğulluq X3 Şəxsin Cavabdeh qarşı cavabdehə özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən verilmiş aktivlərin aşkarlanmaması səbəbindən eyni növlü və keyfyyətli aktivlərin cavabdehdən natura şəklində alınaraq agentliyə qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddia ərizəsinin qaytarılmasına əsas olmuş nöqsan aradan qaldırdıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar