Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № e-2(035)-93/2025 10.03.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə (Açar sözlər: Pul tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Zərdab Rayon Məhkəməsinin binasında 10 mart 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş ziyana görə 1600 manat pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 36 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində saat 12:30 radələrində Bakı şəhəri, Bakı-Qazax yolunun 11-ci kilometrliyin ərazisində Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “DAF” yük markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E300” markalı, **- FS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C220” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəticədə sonuncuya maddi zərər dəymişdir. Ekologiya YPX-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP4821141 №-li İnzibati tənbeh vermə haqqında Qərara əsasən, cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 maddəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qiymətləndirmə aktına əsasən“Mercedes Benz E300” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C220” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş maddi ziyanın məbləği 1600 manat hesablanmışdır. İddiaçı "xxxx" ASC tərəfindən iş üzrə PXA102438 və PXA103609 saylı sığorta aktları tərtib edilməklə zərərçəkənlərə dəymiş ziyana görə 1600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmışdır. İddiaçı cavabdehdən dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin, məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onların iştirakı olmadan keçrilməsini və iddianın təmin edilıməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə iddiaçnın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, Şahin adlı şəxsin şilkətində sürücü vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixində saat 12:30 radələrində Bakı şəhəri, Bakı-Qazax yolunun 11-ci kilometrliyin ərazisində idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “DAF” yük markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E300” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz C220” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəticədə sonuncuya 1600 manat zərər dəymişdir. O, hadisəyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və onun barəsində 100 manat məbləğində cərimə edilməsi haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. O, hazırda işdən azad olmuşdur. Lakin, hesab edir ki, bu avtoqəzada onun heç-bir təqsiri yoxdur. Belə ki, onun keçmiş müdiri Şahin adlı şəxs onun cəriməsini və zərəçəkənlərə dəymiş ziyanı ödəmişdir. Odur ki, iddianın rədd eilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan xx.xx.2021-ci il tarixli PXA********** nömrəli icbari sığorta müqaviləsinin surətindən görünür ki, X4 məxsus “DAF” yük markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də sığorta edilmişdir. İşdə olan Ekologiya YPX-nin əməkdaşı X7 tərəfindən xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (hadisə yerindən yayınma) və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Qiymətləndirmə Aktından görünür ki, “Mercedes Benz E300” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün ehtiyat hissələrinin alınmasına görə çəkilmiş xərclərin və təmiri üçün çəkilmiş xərclərin qiyməti, cəmi 690 manat təşkil edir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Qiymətləndirmə Aktından görünür ki, “Mercedes Benz C220” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün ehtiyat hissələrinin alınmasına görə çəkilmiş xərclərin və təmiri üçün çəkilmiş xərclərin qiyməti, cəmi 910 manat təşkil edir. İşdə olan PXA103609 nömrəli Sığorta Aktından görünür ki, “Mercedes Benz E300” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə X1 690 manat pul ödəmişdir. İşdə olan PXA102438 nömrəli Sığorta Aktından görünür ki, “Mercedes Benz C220” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə avtomobilin sahibi X2 910 manat pul ödəmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət mədaxilinə 36 manat dövlət rüsumu ödənilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Sığorta haqqında Qanun: 10-cu maddəsinə görə sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. 11-ci maddəsinə görə qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığorta olunanlara və ya üçüncüşəxslərə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsidir. 16-cı maddəsinə görə sığorta ödənişini sığortaçı sığorta müqaviləsinə və ya qanuna müvafiq surətdə sığorta olunanın ərizəsinə və sığorta aktına əsasən verir. 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncüşəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdəşərait yaratması nəzərə alınmalıdır. 1096.1,1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinəəsasən tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinəəsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin izahatı ilə yanaşı, işdə olan inzibati xəta haqqında qərardan müəyyən olundu ki, xx.xx.2021-ci il tarixində saat 12:30 radələrində Bakı şəhəri, Bakı-Qazax yolunun 11-ci kilometrliyin ərazisində Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “DAF” yük markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E300” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C220” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəticədə sonuncuya maddi ziyan dəymişdir. Ekologiya YPX-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP4821141 №-li İnzibati tənbeh vermə haqqında Qərara əsasən, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci (hadisə yerindən yayınma) və 327.6-cı maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Tərtib edilmiş Qiymətləndirmə aktına əsasən “Mercedes Benz E300” markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C220” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş maddi ziyanın məbləği, ümumilikdə 1600 manat hesablanmışdır. İddiaçı "xxxx" ASC tərəfindən iş üzrə PXA102438 saylı və PXA103609/22 saylı sığorta aktlarıı tərtib edilməklə zərərçəkənlərə dəymiş ziyana görə 1600 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə cavabdehin izahatına və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarına əsaslanaraq və tərəflərin verdiyi ifadələrə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə ümumilikdə 1600 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinəəsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 36 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1600 manat və iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuna görə 36 manat, cəmi 1636 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №e-2(035)-93/2025
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №e-2(035)-93/2025
10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver