Məhkəmə qərarları › İş №e-2(036)-1031/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №e-2(036)-1031/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № e-2(036)-1031/2025 17.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Cavabdeh Qulı̇ yev Qurban Adəm oğlunun iştirakı ilə, İddiaçı “Dövlət Məşğulluq Agentlı̇ yı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin cavabdeh Qulı̇ yev Qurban Adəm oğluna qarşı sair mülki iş digər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Dövlət Məşğulluq Agentlı̇ yı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin cavabdeh Qulı̇ yev Qurban Adəm oğluna qarşı sair mülki iş digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 27 iyul tarixli 2022/ÖM/06228 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd təkər çəkmə cihazı, təkər dəyişdirici (güc: 1.2KW, gərginlik: 220V380V, sürət: 400RPM, səsküy: 710bB, çap: 13-24", kürək gücü: 12bra, iş təzyiqi: 0.8-1.2map, maksimum en: 3-15", maksimal diametr: 1040 mm, DALİ DL- 620, 1 ədəd balans avadanlığı, təkər balanslaşdırıcı maşın (səs 70 db, balans dəqiqliyi + - 1g, qalın diametri 13-24, maksimum diametr 1040 mm, maksimum eni 40-305 mm, sürəti 190 r, maksimum təkər çəkisi 65 kg, gərginlik 220V/50 Hz, DALİ CB988, 1 qaldırıcı qurğu (3 ton, JİNSONG 3 T), 1 ədəd tapança tipli zərbə açarı (hava ilə işləyən) (maksimum fırlanma anı (N -m) 1212, maksimum hava sərfi (İ/daq)119, Maks, iş təzyiqi (bar ) 6.3 çəki (kq) 8, Cort XAW02-850, 1 ədəd hava kompressoru 100 L. (gərginlik 220-240v 50HZ, güc 735w (1HP), D/daq 2850, həcmi 100 L. OUKAİ V0.17/100), 1 ədəd təkər açarı (17, 19, 21, 23 mm, HUAXİANG 30#) və 1 ədəd təkərin hava göstəricisinin (rəqəmsal) (Xcort x-201) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “Dövlət Məşğulluq Agentlı̇ yı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin cavabdeh Qulı̇ yev Qurban Adəm oğluna qarşı sair mülki iş digər tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar