Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-111/2024 12.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, İddiaçı Leonidovnanın Cavabdeh Sarı oğluna qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı Leonidovna iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh Sarı oğlundan 1.080.000 Rusiya rublu məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Abdullayev X1 Vera Leonidovnadan meyvə-tərəvəz alışı və satışı üçün 1.080.000 Rusiya rublu məblğində pul almışdır. Nəticə etibarı ilə cavabdeh iddiaçını aldatmış və göndərilmiş pul məbləğini qaytarmamışdır. Hazırda cavabdeh həmin pul məbləğini qaytarmaqdan yayınır.
3. İş materiallarına əlavə edilmiş İmişli Rayon Polis Şöbəsinin İstintaq bölməsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surəti ilə müəyyən olunur ki, Rusiya Federasiyası Perm şəhəri Malaxov küçəsi 24A ünvanında yaşayan İddiaçı Leonidovna İmişli Rayon Polis Şöbəsinə ünvanladığı ərizədə göstərmişdir ki, İmişli şəhər sakini Cavabdeh Sarı oğlu ilə 2022-ci ilin may ayında tanış olmuş və Cavabdeh Sarı oğlu Azərbaycan Respublikasında meyvə-tərəvəz satışı nəticəsində qazanc əldə etməsi və bizneslə məşğul olmağı təklif etmiş, aralarında dost münasibəti olduğundan ona etibar etmiş və ona ümumilikdə 1.080.000 Rusiya rublu vermiş və sonuncu ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir.
4. Həmin material üzrə Cavabdeh San oğlu izahat verərək göstərmişdir ki, o, 2020-ci ildən xx.xx.2022-ci ilədək Rusiya Federasiyasının Perm şəhərində yaşamış, Vera Leonidovnanı 2021-ci ilin mart ayından tanımışdır. Vera Leonidovna ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuş və yaxın münasibətdə olmuşdur. O, Rusiya Federasiyasının Perm şəhərində restoranların birində kababçı işləmiş, sonradan isə meyvə tərəvəz satışı ilə məşğul olmağa başlamışdır. Vera Leonidovna ilə tanış olub birgə yaşayarkən Vera ona pul köməklik etməsi barədə təklif vermiş və onun təklifini qəbul etmişdir. Vera ona kimin üçünsə işləməməməyi və pul barədə narahat olmamağı demişdir. Vera ona online üsulu ilə 02 sentyabr 2022-ci il tarixdə 400 000, həmin gün yenə 10000 Rus rubulu bank kart hesabına göndərmiş. daha sonrakı tarixlərdə isə xx.xx.2022-ci il tarixdə 40 000, xx.xx.2022-ci il tarixdə 300.000, 13.10 2022-ci il tarixdə 140 000, xx.xx.2022-ci il tarixdə isə 100000 Rus rubulu göndərmişdir. Onun hazırda Veraya 660 000 rus rublu borcu qalmış və həmin pulu da qaytaracaq.
5. İş materialları ilə müəyyən olur ki, İddiaçı Leonidovna xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində meyvə-tərəvəz alışı və satışı ilə məşğul olmaq üçün ümumilikdə 1.080.000 Rusiya rublu məbləğində pul vəsatini Cavabdeh Sarı oğluna məxsus olan bank kart hesabına göndərmişdir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı Leonidovnanın nümayəndəsi və vəkili Vəkil Şirinbalayeviç ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfin iştirakı olmadan işə baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında Cavabdeh Sarı oğlu iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, 2022-ci ildə Rusiya Federasiyasının Perm şəhərində yaşayan zaman tanış olduğu İddiaçı Leonidovnadan ayrı-ayrı vaxtlarda ümumilikdə 1.080.000 Rusiya rublu məbləğində pul vəsaitini qaytarmaq şərti ilə borc olaraq almış və meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. Sonradan həmin borc puldan bir hissəsini qaytarmış, 660.000 Rusiya rublu məbləğində pul vəsaitini isə maddi imkanı olmadığına görə vaxtında qaytara bilməmişdir. Hazırda həmin pul vəsaitinin qaytarılması hissəsində iddianı qəbul edərək həmin hissədə iddianın təmin olunmasına etiraz etmədiyini və iddia qalan hissədə isə əsassız olduğuna görə rədd olunmalıdır.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
24. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
25. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh Sarı oğlu 2022-ci ildə Rusiya Federasiyasının Perm şəhərində yaşayan zaman tanış olduğu İddiaçı Leonidovnadan ayrıayrı vaxtlarda ümumilikdə 1.080.000 Rusiya rublu məbləğində pul vəsaitini qaytarmaq şərti ilə borc olaraq almış və meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur.
26. Həmin hal işin mübahisəsiz halıdır.
27. Cavabdeh Sarı oğlu izahat verərək göstərmişdir ki, sonradan həmin borc puldan bir hissəsini qaytarmış, 660.000 Rusiya rublu məbləğində pul vəsaitini isə maddi imkanı olmadığına görə qaytara bilməmişdir.
28. Cavabdeh borc aldığı 1.080.000 Rusiya rublu məbləğində pul vəsaitindən 420.000 Rusiya rublunu İddiaçı Leonidovnaya qaytarmasını təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
29. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. . Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
32. Cavabdeh götürdüyü öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı hazırkı pul tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
36. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
37. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
38. Qanunvriciliyin tələbinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir.
39. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Sarı oğlundan 1.080.000 Rusiya rublu məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınıb İddiaçı Leonidovnanın xeyrinə ödənilməlidir.
40. İddia ərizəsinin verilməsi üçün İddiaçı Leonidovna tərəfindən 150 manat dövlət rüsumu ödənilmişdir.
41. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. Məhkəmə hesab edir ki, iddia təmin olunduğuna görə ödənilmiş 150 manat dövlət rüsumu Cavabdeh Sarı oğlundan alınıb İddiaçı Leonidovnanın xeyrinə ödənilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Leonidovnanın Cavabdeh Sarı oğluna qarşı pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh Sarı oğlundan 1.080.000 Rusiya rublu məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınıb İddiaçı Leonidovnanın xeyrinə ödənilsin. Cavabdeh Sarı oğlundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat dövlət rüsumu alınıb İddiaçı Leonidovnanın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev