Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1202/2025 22.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin – Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin – Cavabdeh qarşı “əsassız varlanma” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 108.84 manat vəsaitin, gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 10.43 manat faiz borcunun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (bundan sonra müvafiq olaraq – “Sedent”) proqram təminatında baş vermiş xəta səbəbilə Sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin (bundan sonra – “borclular”) bank kartlarına köçürülmüş və nəticə olaraq borclular əsassız olaraq varlanmışdırlar. İş materiallarında olan "xxxx" MMC və "xxxx" ASC (bundan sonra müvafiq olaraq – “Sessionar”) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin (bundan sonra – “Müqavilə”) 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilmişdir. Qeyd olunmuşdur ki, borclular həmin Müqaviləyə Əlavə 1-də göstərilmiş, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir. İş materiallarında olan “X1 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”-dan da göründüyü üzrə **********347896 nömrəli bank kartının sahibi əsassız varlanaraq 108.84 manat məbləğində pul vəsaiti əldə etmişdir. “Granat” pul köçürmələri sistemindən ("xxxx" MMC) əldə olunan məlumatlara əsasən **********347896 nömrəli kartın sahibi Cavabdehdır (cavabdeh) və müvafiq MAPS arayışına əsasən onun rəsmi qeydiyyat ünvanı İmişli şəhəri, Şəhriyar küçəsi, ev 2-dir. İş materiallarında olan “KİVİ BANK” SC (“КИВИ Банк” АО) tərəfindən "xxxx" MMC-yə (“Банк «МБА-МОСКВА” OOO) göndərilən 11-2023-314754/1ПБ nömrəli, xx.xx.2023-cü il tarixli “İnformasiya məktubu”nda qeyd edilmişdir ki, “KİVİ BANK” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Granat” pul köçürmələri xidmətinin işində problemlərin olduğu dövrdə əldə edilmiş reyestrə əsasən əməliyyatların dəqiqləşdirilməsi barədə "xxxx" MMC-nin müraciətinə cavab olaraq, QİWİ Cüzdanında olan müştərilərin pul vəsaitlərinin Azərbaycana köçürülməsi üzrə tapşırıqlar əsasında formalaşdırılmış, müştərilər tərəfindən əməliyyatın ləğv edilməsini təsdiq edən və buna görə də “Granat” pul köçürmələri xidməti tərəfindən “300” kodunun və əməliyyat səhvi haqqında “Texniki səbəblərə görə müvafiq əməliyyat həyata keçirilə bilmir. Ödənişi həyata keçirmək üçün sizə xidmət edən banka müraciət etməyinizi xahiş edirik” məzmununda mətnin yer aldığı məktubun göndərildiyi köçürmələr üzrə müvafiq reyestri (əlavə 1) təqdim edilmişdir”. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025 tarixli, 6-2- 41/2-5108/2025 nömrəli bildirişdə qeyd edilmişdir ki, Cavabdeh 108.84 AZN məbləği həcmində əsassız pul vəsaiti əldə etmiş, müvafiq tələb "xxxx" ASC-yə güzəşt edilmiş, habelə əsassız varlanma nəticəsində əldə etdiyi pul vəsaitlərini 3 gün ərzində geri qaytarması borcludan xahiş edilmişdir. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini "xxxx" müvafiq müddət ərzində ASC-yə qaytarmamışdır. Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından, həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdehə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC və "xxxx" ASC (bundan sonra müvafiq olaraq – “Sessionar”) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin (bundan sonra – “Müqavilə”) 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilmişdir. İş materiallarında olan “X1 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”-dan görünür ki, **********347896 nömrəli bank kartının sahibi əsassız varlanaraq 108.84 AZN məbləğində pul vəsaiti əldə etmişdir. İş materiallarında olan “Granat” pul köçürmələri sistemindən ("xxxx" MMC) əldə olunan məlumatdan görünür ki, **********347896 nömrəli kartın sahibi Cavabdehdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə qeyd edir ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində kartla aparılan əməliyyatlar üzrə artıq 108.84 manat əldə etmiş və qaytarmamışdır. Belə olan halda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəmə qaydasında Cavabdeh 108.84 (bir yüz səkkiz manat səksən dörd qəpik) manat məbləğində borcun və gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 10.43 manat faiz borcunun ödənilməsini tələb etməsi tam əsaslıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 108.84 manat borcun, gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 10.43 manat faiz borcu, ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 108.84 manat borc, 10.43 manat faiz borcu, 30.40 manat dövlət rüsumu olmaqla cəmi, 149.67 (bir yüz qırx doqquz manat altmış yeddi qəpik) manat pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №e-2(036)-1202/2025
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1202/2025
22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver