Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-122/2023 02.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2506 manat məbləğində pulun və 37 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək iş qurmaq məqsədi ilə 04 oktyabr 2017-ci tarixdə 1000 manat, 06 oktyabr 2017-ci il tarixdə 1000 manat, 11 oktyabr 2017-ci il tarixdə 400 manat və 14 oktyabr 2017-ci il tarixdə 400 manat olmaqla, ümumilikdə 2800 manat məbləğində borc pul almışdır. Pulu borc olaraq ondan istədiyi zaman cavabdeh bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu və Nizami rayonunun Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında ət mağazası və eyni zamanda Biləcəri qəsəbəsində icarə əsasında işlətdiyi “MM” avtoyuma məntəqəsi vardır. Bu qədər biznesin olduğunu və nə üçün 2800 manat borca ehtiyacı olduğunu soruşduqda isə cavabdeh bildirmişdir ki, avtoyuyucu üçün yeni avadanlıq almalıdır. Ət mağazalarında olan işdən gələn gəliri mal-qaraya verdiyi üçün əlində nağd pulu qalmamışdır. Biləcəri qəsəbəsində yerləşən “MM” avtoyuma məntəqəsini ona əyani şəkildə göstərdikdən və orda çalışan şəxslərin cavabdehə hörmət və ehtiramından düşünmüşdür ki, həqiqətən də avtoyuyucu onundur və istədiyi borc məbləğini ona vermək qərarına gəlmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, əgər yeni avadanlıqlar alınsa bu müştəri potensiyalının artmasına səbəb olacaqdır ki, belə olan halda yaxınlıqda olan digər bir avtoyuma məntəqəsini də icarəyə götürəcək. Həmin vaxt təklif etdi ki, əgər razılaşsa və qəbul etsə gələcəkdə həmin avtoyuma məntəqəsini şərikli olaraq işlədə bilər. O da öz növbəsində ona inanmış və yuxarıda qeyd etdiyi müddətlərdə hissə-hissə olmaqla ona 2800 manat pul vermişdir. Cavabdehlə gələcəkdə neqativ halın baş verməsini sığortalamaq məqsədi ilə hər dəfə borc pulu verdikdə aralarında yazılı qəbz tərtib etmişlər. Pulu aldıqdan sonra cavabdeh onun telefon zənglərinə cavab verməmiş və onunla görüşlərdən qaçaraq gizlənməyə başlamışdır. Belə olan halda “MM” avtoyuma məntəqəsinə getmiş, lakin orda işləyən şəxslər bildirmişlər ki, cavabdehi tanıyırlar, amma o buranın sahibi deyil. Sadəcə olaraq bir neçə dəfə avtomobil gətirib və xidmətdən istifadə etmişdir. Cavabdehi axtarmağa başlamış,dəfələrlə İmişli şəhərinə onu axtarmaq üçün getsə də nəticəsi olmamışdır. Məcbur qalıb Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis İdarəsindən ona bildirmişdir ki, cavabdeh İmişli şəhəri, K.Qasımov küçəsi ev 38 ünvanında qeydiyatdadır və həmin şəxs dəfələrlə müxtəlif maddələrlə həbs olunub və hazıda axtarışdadır. Polis idarəsindən aldığı əlaqə nömrəsinə zəng etdikdə telefona cavab verən şəxs cavabdehin qardaşı Səfər olduğunu bildirmişdir. 2018-ci ildə onunla görüşmüş və Səfər ondan xahiş emişdir ki, onun qardaşından, yəni Cavabdeh şikayət etməsin. O, özü Mirağa ilə danışacaq və ona hər ay 500-600 manat pul qaytarılacaqdır. Lakin bu məsələdən sonra təxminən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq Səfər ona müxtəlif bəhanələr gətirmiş və pul verilməmişdir. Sonuncu dəfə cavabdehi tapmaq üçün 22 iyun 2019-cu ildə İmişli şəhərinə getmiş və cavabdehi öz mənzilində tapmışdır. Əvəllcə pulu danmaq istəsədə aralarında yazılmış müqavilələri ona göstərdikdən və əgər borcu qaytarmasa polis idarəsinə şikayət edəcəyini bildirdikdən sonra cavabdehin anası Güldanə xanım mənə bildirmişdir ki, narahat olma get evinə sənin pulunu Mirağa iki ay ərzində ödəyəcək. Bundan sonra cavabdeh tərəfindən ona poçt vasitəsi ilə cəmi 3 dəfə xx.xx.2020-ci il tarixdə X2 adından 100 manat, xx.xx.2020-ci il tarixdə X3 və xx.xx.2020-ci il tarixdə yenə X3 adından iki dəfəyə 97 manat olmaqla 194 manat, borc məbləğindən isə cəmi 294 manat pul göndərilmişdir. Pulun göndərilməsi barədə ona cavabdehin bacısı Gülsarə xanım 055 *** ** ** nömrəli telefon vasitəsi ilə zəng edərək gedib poçtdan götürməyini bildirmişdir. Daha sonra yenə də pulun verilməsi dayandırılmış, belə olan halda təkrar araşdırması zamanı müəyyən olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası CM-nin tələbləri qaydasında həbs edilmiş və həbs edildiyi üçün də cəzasını Xəzər rayon Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində çəkir. Hesab edir ki, borc verdiyi pul cavabdehdən tutularaq ona ödənilməlidir.
3. İşdə olan qəbzlərdən görünür ki, Cavabdeh iddiaçı X1 04 oktyabr 2017-ci tarixdə 1000 manat, 06 oktyabr 2017-ci il tarixdə 1000 manat, 11 oktyabr 2017-ci il tarixdə 400 manat və 14 oktyabr 2017-ci il tarixdə 400 manat borc pul almışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli 13937 saylı məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçı X4 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilmiş, lakin sonuncu məhkəməyə ərizə ünvanlayaraq həbsdə olduğundan məhkəmə iclasının qeyri-müəyyən vaxta təxirə salınmasını xahiş etmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
8. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
12. Maddə 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
13. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
14. Maddə. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə. 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
16. Maddə. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə. 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
24. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
25. Belə ki, iş materialları ilə müəyyən olur ki, Cavabdeh ona müraciət edərək iş qurmaq məqsədi ilə 04 oktyabr 2017-ci tarixdə 1000 manat, 06 oktyabr 2017-ci il tarixdə 1000 manat, 11 oktyabr 2017-ci il tarixdə 400 manat və 14 oktyabr 2017-ci il tarixdə 400 manat olmaqla, ümumilikdə 2800 manat məbləğində borc pul almışdır. Cavabdeh vədinə əməl etməyərək almış olduğu borcu vaxtında qaytarmamış, iddiaçı tərəfindən ona dəfələrlə müraciət olunduqdan sonra cavabdeh tərəfindən poçt vasitəsi ilə cəmi 3 dəfə -xx.xx.2020-ci il tarixdə X2 adından 100 manat, xx.xx.2020-ci il tarixdə X3 və xx.xx.2020-ci il tarixdə yenə X3 adından iki dəfəyə 97 manat olmaqla 194 manat, borc məbləğindən isə cəmi 294 manat pul göndərilmişdir. Qalan pul isə qaytarılmamışdır.
26. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
27. Borc müqaviləsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
28. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-nin 740.1 və 740.2-ci maddələri).
29. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (MM-nin 442, 443.1 və 445.2.1ci maddələri).
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
33. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
34. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas olmadığı üçün o, əldə etdiyini iddiaçıya qaytarmalıdır.
35. Beləliklə, məhkəmə işin faktiki hallarına və ntərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia qanuni və əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 2506 manat məbləğində pul və 37 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası təmin edilsin. Cavabdeh 2506 manat məbləğində pul və 37 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X7
.