Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-1994/2023 25.09.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh oğluna Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edib 878,68 manat əsas borcun və 50 manat mediasiya xərcinin tutulub cəmiyyətin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla İddiaçı MMC-də traktorçu vəzifəsinə qəbul edilmiş və əmək funksiyasının icrası ilə əlaqədar cəmi 14798,0 litr dizel yanacağı təhvil almış, cəmi 13203,32 litr yanacaq işlətmiş və 450,0 litr yanacağı isə saxlanca təhvil vermişdir. Cavabdeh 1144,68 litr yanacağa görə yaranmış cəmi 915,74 manat borcundan 37,08 manat ödəmiş və 878,68 manat borclu qalmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin İmişli filialına traktorçu vəzifəsinə qəbul edilmişdir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli X3 haqqında müqavilənin surətinə əsasən Cavabdeh ona etibar edilmiş nağd pul və başqa maddi sərvətlərin qorunmasını öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 021 saylı Maliyyə arayışına və ona əlavə edilmiş mühasibatlıq sənədlərinə əsasən Cavabdeh 14798,0 litr dizel yanacağı təhvil almış, cəmi 13203,32 litr yanacaq işlətmiş və 450,0 litr yanacaq təhvil vermişdir. Cavabdeh 1144,68 litr yanacağa görə yaranmış cəmi 915,74 manat borcundan 37.06 manat ödəmiş və 878.68 manat borclu qalmışdır. AR Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsaəsn əgər ziyan işçi tərəfindən X3 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. AR Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 878,68 manat əsas borc və 50 manat mediasiya xərci tutulub iddiaçı "xxxx" MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 878,68 (səkkiz yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat əsas borc və 50 (əlli) manat mediasiya xərci tutulub iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(036)-1994/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-1994/2023
25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver