Məhkəmə qərarları › İş №e-2(036)-316/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-316/2023

15.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-316/2023 15.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 2690 manat məbləğində borcun və 46,9 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin müştərisi olan X2 məxsus müştəri kodu texniki səhvliklə bankın digər müştərisi olan Cavabdeh məxsus müştəri kodu ilə eyniləşmişdir. Nəticədə Cavabdeh özünə məxsus “Birbank” mobil tətbiqindən istifadə edərkən X2 məxsus kart məlumatları cavabdehin mobil tətbiqində əks olunmuş və o, həmin hesabdakı 2690 manat vəsaiti 13 iyul 2022-ci il tarixində mobil tətbiq üzərindən özünə məxsus karta köçürmüşdür. Bununla bağlı Bank tərəfindən məsələ cavabdehə izah olunmuş və pulun Aidə Orucovanın hesabına qaytarılması ilə bağlı müraciət olunmuşdur. Lakin cavabdeh vəsaitin qaytarılmasından imtina etmişdir. X1 dəymiş zərər bankın texniki səhvi nəticəsində olduğundan və müştəri məmnuniyyətini nəzərə alaraq 2690 manat vəsait 18 oktyabr 2022-ci il tarixdə Bank tərəfindən X2 qaytarılmışdır. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsait qaytarılmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və tələbin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və göstərilən məbləğin hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan sənədlərdən görünür ki, 13 iyul 2022-ci il tarixdə Cavabdeh tərəfindən 2690 manat məbləğində pul mobil tətbiq üzərindən özünə məxsus kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq toplanmış sübutlara məcmu halında qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 2690 manat məbləğində borc və 46,9 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2736,9 manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2690 manat məbləğində borc və 46,9 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2736,9 (iki min yeddi yüz otuz altı manat, doxsan qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC -nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar