Məhkəmə qərarları › İş №e-2(036)-373/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-373/2024

22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-373/2024 22.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMCnin Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib müqavilədən irəli gələn öhdəliyin qarşı tərəfin lazımi qaydada icra etməməsi səbəbindən ona dəymiş maddi zərərin ödənilməsi üçün xeyrinə 460.30 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən 2023-cü ilin mövsüm dövründə aqrotexniki xidmətlərin göstərilməsindən ötrü cəmiyyət tərəfindən ona 560.30 manat məbləğində avans verilmiş, lakin suyun verilməməsi səbəbindən məhsul yetişdirmədiyindən MMC-yə xam pambıq təhvil verə bilməmişdir. İşdə olan sənədlərdən müəyyən olunur ki, fermer Cavabdeh "xxxx" MMC tərəfindən 2023-cü ilin mövsüm müddətində aqrotexniki xidmətlərin göstərilməsi üçün 560.30 manat avans vəsait verilmiş və cavabdeh 100 manat nağd vəsaiti iddiaçıya geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar vu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 460.30 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulub İddiaçı MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 460.30 (dörd yüz altmış manat otuz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub İddiaçı MMC-ə verilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar