Məhkəmə qərarları › İş №e-2(036)-541/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-541/2024

18.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-541/2024 18.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər, Cavabdeh və qeyrisinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh və qeyrisinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cavabdehlər Cavabdeh və X1 İmişli şəhəri, C.Qəhrəmanov küçəsi, ev 7B nömrəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaqla istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən İmişli şəhəri, C.Qəhrəmanov küçəsi, ev 7B-də yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxil olan 0.03 ha fərdi yaşayış evi **********76-10301 reyestr nömrəsi ilə xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə BOKT "xxxx" MMC-nin adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan İmişli rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(036)-5600/2016 saylı qətnaməsinin surətinə əsasən cavabdeh "xxxx" MMC -dən xx.xx.2013-cü il tarixli 2 saylı kredit müqaviləsinin xx.xx.2013-cü il tarixli 1 saylı Əlavəsi üzrə 40.000 manat əsas borc, 2512,73 manat faiz borcu, 200,0 manat cərimə, xx.xx.2016-cı il tarixli 2 saylı kredit müqaviləsinin xx.xx.2013-cü il tarixli 2 saylı əlavəsi üzrə 26.600,0 manat əsas borc, 1.958,06 manat faiz borcu, 160.00 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutulub iddiaçı "xxxx" MMC BOKT-nın xeyrinə ödənilsin; İpoteka ilə yüklü edilmiş Seriya MA № ******* nömrəli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan İmişli şəhəri, C.Qəhrəmanov küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 86.3 kv/m yaşayış, 112,5 kv/m metr köməkçi sahəsi olan 7B nömrəli fərdi yaşayış evi açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait "xxxx" MMC BOKT ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 06 mart 2013-cü il tarixli 02 nömrəli Kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. «İpоtеkа Hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə ( mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC-nin mülkiyyətində olan İmişli şəhəri, C.Qəhrəmanov küçəsi, ev 7B-də yerləşən fərdi yaşayış sahəsindən cavabdehlər Cavabdeh və X1 istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. İddiaçı BOKT "xxxx" MMC-nin mülkiyyətində olan İmişli şəhəri, C.Qəhrəmanov küçəsi, ev 7B-də yerləşən fərdi yaşayış sahəsindən cavabdehlər Cavabdeh və X1 istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar