Məhkəmə qərarları › İş №e-2(036)-881/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(036)-881/2025

13.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-881/2025 13.05.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, NDQ AKT 015124 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış 1774 (bir min yeddi yüz yetmiş dörd) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəailiyyəti ilə məşğul olur. Azərişıq ASC X8 Təchizatı və Satışı İdarəsi onun obyektinə elektrik sayğacı qoymuşdur. Azərişıq ASC-nin əməkdaşlarının tərtib etdiyi xx.xx.2023-cü il tarixli, NDQ AKT 015124 saylı aktda göstərilir ki, baxış zamanı sayğacın kənar xəttən istifadə etdiyi aşkar olunmuşdur. Ona göndərilmiş məktubda göstərilir ki, həmin akta görə 1774 manat ziyan yazılıb. AR Energetika Nazirliyi Enerji məsələrini X2 filialına müraciət edib borc məbləğinin araşdırılmasını xahiş etmişdir. Guya kənar xətdən istifadə edildiyinə görə aktın tərtib edildiyini və bunun tamamilə yalan olduğunu bildirir. O, həmin aktla razı deyildir. Buna görə də həmin aktın ləğv edilməlidir. görə sayğacı adına keçirməkdən imtina etmişdilər. Akt qanunsuz yazıldığından etibarsız hesab edilməli, onun doğurduğu nəticələr, borc əsassız sayılmalıdır. İşıq idarəsi işçilərinin həmin hərəkətləri bir istehlakçı kimi hüquqlarını pozmuşdur. Cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 31 mart 2023-cü il tarixli NQD 015124 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1774 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət etmişdir. İddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, "xxxx" ASCnin X3 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydalan”na və “X1 Qaydalarf’na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirən zaman 31 mart 2023-cü il tarixdə iddiaçı məxsus obyektin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, iddiaçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulub. Bu isə “EEİQ-nın 8.17-ci, həmçinin “EQQQ-nın ı-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə bu əməlinə görə iddiaçı X5 barəsində 31 mart 2023-cü il tarixli NQD 015124 saylı akt tərtib edilərək hesabat aşağıdakı qaydada aparılmışdır. 11,2 kvt x 12 saat x 120 gün = 16128 kvts, (16128 kvts x 0,11 man = 1774 man, Cəmi 1774 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 16128 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Akt qanuni və əsaslı olaraq tərtib edilmişdir. Beləliklə, iddiaçı 1774 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə görə, həmin zərəri tam həcmdə ödəməlidir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və aktın qanunsuz tərtib edildiyini əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, guya onun həmin pozuntudan xəbəri olmamış, akt onun xəbəri olmadan tərtib olunmuşdur. Əslində həmin vaxt iddiaçının nümayəndəsi aktı tərtib edən əməkdaşlarla birlikdə həmin pozuntunu vizual olaraq izləmişdir. Həmin pozuntunun videçəkilişi aparılmışdır. Bu bir daha onun qeyrisəmimi olduğunu göstərir. Buna görə də cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş İddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirk etmiş "xxxx" ASC-nin nümayəndəsi nümayəndəsi X6 iddiaya etiraz edərək, iddiaçının iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, NDQ AKT 015124 nömrəli aktından görünür ki, İmişli şəhəri, Həzi Aslanovndə yerləşən mənzilə quraşdırılmış sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı adına (abonent kodu: **********0) 1774 (bir min yeddi yüz yetmiş dörd) manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı İmişli şəhəri, Həzi Aslanov ünvanında yerləşən mənzilə dair kənar xətt aşkar olunması əsası ilə "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, NDQ AKT 015124 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı itirilmiş elektrik enerjisinin dəyəri kimi 1774 (bir min yeddi yüz yetmiş dörd) manat borc hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, videoda özünü cavabdehin əməkdaşı kimi Həsənli Pərvin olduğunu qeyd şəxs tərəfindən video çəkilərək 03567663 nömrəli sayğaca baxış keçirilir və abonent tərəfindən kənar xətdən istifadə edildiyi deyilir. Video çəkiliş zamanı başqa şəxsin iştirakı müşahidə olunmur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçının İmişli şəhəri Həzi Aslanov küçəsi ünvanında yerləşən mənzilində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğac sistemindən kənar xətdən istifadə edilməsi halını təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan üçüncü şəxs tərəfindən imzalanmamışdır. İddiaçı tərəf məhkəmə iclasında da bu halı təsdiq etməmişdir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş video diskə baxış zamanı müəyyən edilmişdir ki, videoda özünü cavabdehin əməkdaşı kimi Həsənli Pərvin olduğunu qeyd şəxs tərəfindən video çəkilərək 03567663 nömrəli sayğaca baxış keçirilir və abonent tərəfindən kənar xətdən istifadə edildiyi deyilir. Video çəkiliş zamanı başqa şəxsin iştirakı müşahidə olunmur. Beləliklə də, məhkəmə araşdırılması zamanı iddiaçının İmişli şəhəri, Həzi Aslanov ünvanında yerləşən qeyri-yaşayış sahəsində sayğac sistemindən kənar xətdən istifadə edilməsi halı öz təsdiqini tapmadığından göstərilən akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İmişli şəhəri, Həzi Aslanov ünvanında yerləşən mənzilində sayğac sistemindən kənar xətdən istifadə edilməsi, beləliklə də elektrik enerjisindən istifadə qaydalarının pozulması halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçının aktın etibarsız hesab edilməsi barədə iddiasına münasibət bildirərək hesab edir ki, həmin hissədə iddia əsaslandırılmadığından rədd edilməlidir. Belə ki, həm “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nda istehlakçının (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmasının hallarının enerji təchizat müəssisəsinin bu halların müfaviq aktın tərtib edilməsi yolu rəsmiləşdirilmsi qaydası nəzərdə tutulmuşdur. Həmin müddəaların mənasından da görünür ki, bu halda aktı yalnız enerji təchizat müəssisəsi əməkdaşları tərtib edə bilər. İşdə olan aktın surətindən də görünür ki, həmin akt cavabdehin əməkdaşı tərəfindən tərtib edilmiş, imzalanmış və cavabdehin səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmişdir. Həmin aktın etibarsız hesab edilməsi barədə iddiaçı da məhkəməyə heç bir sübut verməmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın qismən təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın qismən təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 (otuz) manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, İmişli şəhəri ünvanı üzrə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 1774 (bir min yeddi yüz yetmiş dörd) manat İddiaçı - abonent kodu **********0 saylı abunə hesabından silinməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 77.2, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı adına (abonent kodu: **********0) hesablanmış 1774 (bir min yeddi yüz yetmiş dörd) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar