Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № e-2(036)-898/2024 02.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qarşı mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 iddiaçı "xxxx" ASC-nin mülkiyyətində olan İmişli şəhəri, Araz küçəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 97.9 kv.m ümumi, 50 kv.m yaşayış, 47.9 kv.m köməkçi sahədən ibraət 51 saylı fərdi yaşayış evinə olan istifadə hüququnun itiilmş hesab edilərək xitam verilməsi, cavabdehlərin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin tam boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında İmişli şəhəri, Araz küçəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 97.9 kv.m ümumi, 50 kv.m yaşayış, 47.9 kv.m köməkçi sahədən ibraət 51 saylı fərdi yaşayış evini alaraq, tam mülkiyyət hüququ əldə etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış). Hal-hazırda cavabdehlərin İddiaçı ASC-yə məxsus mənzildə qeydiyyatda qalması bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam vermək hüququnu pozur. Bu səbəbdən cavabdehlərin bankın mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları itirilmiş hesab edilməklə qeydiyyatdan çıxarılmalıdırlar.
3. İş materiallarında olan İmişli Rayon Məhkəməsnin 2(036)-243/2011 saylı qətnaməsinə əsasən cavabdeh X1 ümumilikdə 13.456 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi və borcun ilk növbətə ipotekaya qoyulmuş İmişli şəhəri, Araz küçəsi, ev 51 ünvanında yerləşən, X2 tam mülkiyyət hüququ üzrə məxsus olan fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə qəbul edilmişdir.
4. Hüquqlarının qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ******* saylı çıxarışına əsasən İmişli şəhəri, Araz küçəsi, ev 51 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.
5. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa əsasən Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan İmişli şəhəri, Araz küçəsi, ev 51 nömrəli mənzildə qeydiyyatdadır.
6. İddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
7. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişlər.
10. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
13. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
14. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
22. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
23. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC xx.xx.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında İmişli şəhəri, Araz küçəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 97.9 kv.m ümumi, 50 kv.m yaşayış, 47.9 kv.m köməkçi sahədən ibraət 51 saylı fərdi yaşayış evini alaraq, tam mülkiyyət hüququ əldə etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış).
24. Məhkəmə hesab edir ki, hal-hazırda cavabdehlərin İddiaçı ASC-yə məxsus yaşayış evində qeydiyyatda qalmaqla yaşamaları bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan fərdi yaşayış evi üzərində sərbəst sərəncam vermək hüququnu pozur. Bu səbəbdən cavabdehlərin bankın mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları itirilmiş hesab edilməklə qeydiyyatdan çıxarılmalıdırlar.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
26. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
27. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir».
28. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
30. Beləliklə məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan İmişli şəhəri, Araz küçəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 97.9 kv.m ümumi, 50 kv.m yaşayış, 47.9 kv.m köməkçi sahədən ibraət 51 saylı fərdi yaşayış evinə olan istifadə hüququ itirilmiş hesab edilməli, cavabdehlər fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evi tam boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməli və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır.
31. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan İmişli şəhəri, Araz küçəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 97.9 kv.m ümumi, 50 kv.m yaşayış, 47.9 kv.m köməkçi sahədən ibraət 51 saylı fərdi yaşayış evinə olan istifadə hüququ itirilmiş hesab edilsin, cavabdehlər fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi tam boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə-Cavabdeh1, Cavabdeh8, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh10 qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev