Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1054/2021 27.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 27 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 310 manat sığorta ödənişi məbləği və 20 manat dövlət rüsumu olmaqla, cəmi 330 (üç yüz otuz) manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21074” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil 10.07.2020-ci il tarixli PSS********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən "xxxx" ASC-də sığortalanmışdır. 03.09.2020-ci il tarixdə saat 22:30 radələrində cavabdeh həmin avtomobili Bakı şəhəri Neapol dairəsində idarə edərkən solundan hərəkət edən “Toyota Prius” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Bakı şəhər DYPİ-nin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 08.09.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında Protokola əsasən 2020-ci ilin 03 sentyabr tarixində saat 22:30 radələrində Bakı şəhəri, Neapol dairəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş, yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Toyota Prius” markalı, ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı “İcbari Sığortalar haqqında” Qanunun 16-cı və “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən müqavilə üzrə "xxxx" ASC ilə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək 310 manat məbləğində müəyyən edilmişdir. 08.12.2020-ci il tarixli İ-874/20 saylı sığorta ödəniş aktına və 11.12.2020-ci il tarixli **********98 saylı ödəniş tapşırığına əsasən 310 manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış avtomobillə hadisə yerindən yayındığı üçün Azərbaycan Respublikası MMin 936.5-ci, İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən "xxxx" ASC-nin ödənilmiş sığorta ödənişini cavabdehdən subroqasiya hüququ qaydasında tələb etmək hüququ yaranmışdır. Cavabdehə bu barədə pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Ona görə də iddiaçı cavabdehdən 310 manat sığorta ödənişi məbləği və 20 manat dövlət rüsumu olmaqla, cəmi 330 (üç yüz otuz) manat pulun "xxxx" ASC-nin xeyrinə tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi İlham Hacı-zadə məhkəmə prosesinə gəlməmiş, ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. 10.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında həmçinin cavabdeh bildirmişdir ki, 03.09.2020-ci il tarixdə Bakı şəhəri Neapol dairəsində hərəkətdə olarkən yol-nəqliyyat nəqliyyat hadisəsi baş vermişdir. Şərti yol qovşağı olduğu üçün o hadisə yerindən getmiş və aradan bir müddət keçdikdən sonra yenidən hadisə yerinə qayıtmışdır. O, hadisə yerinə qayıtdıqdan sonra digər avtomobili idarə edən şəxs oradan getmişdir. Hadisə zamanı sığorta şirkətinin əməkdaşları hadisə yerinə gəlməmiş, yol polis idarəsinin tərtib etdiyi Forma 4 əsasında sığorta şirkəti tərəfindən ona qarşı bu tələb irəli sürülmüşdür. Hadisə ilə bağlı o yol polis idarəsinə dəvət olunmuşdur. Orada ona zərərçəkmiş avtomobilin sahibinə dəymiş zərərin əvəzinin ödənilməsi bildirilmişdir. Daha sonra o həmin şəxslə görüşmüş və ona 100 manat pul vermişdir. Həmin vaxtdan iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək hadisə ilə bağlı ona bu barədə hər hansı məlumat verilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AD № 442926 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamənin surətindən görünür ki, icbari qaydada sığortalanmış “VAZ 21074” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 həmin avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamağı (ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək) Qaçaylı Eşqı̇ n Novruz oğluna etibar etmişdir. İş materiallarına əlavə edilmiş AD № 676161 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Prius markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. İş materiallarına əlavə edilmiş İXP ******* saylı, 08.09.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 03.09.2020-ci il tarixdə Qaçaylı Eşqı̇ n Novruz oğlu “VAZ 21074” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 12.09.2020-ci il tarixli yekun aktındanın surətindən görünür ki, Toyota Prius markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 310 manatdır. İş materiallarında olan 11.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Toyota Prius markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 310 manat sığorta ödənişi avtomobilin sahibi X3 "xxxx" ASCdəki hesabına ödənilmişdir. İş materiallarında olan 19.11.2020-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 03.09.2020-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri Neapol dairəsində Qaçaylı Eşqı̇ n Novruz oğlunun idarə etdiyi “VAZ 21074” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil X1 idarə etdiyi Toyota Prius markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmədə müəyyən edilir ki, cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğlu 03.09.2020-ci il tarixdə Bakı şəhəri Neapol dairəsində idarə etdiyi “VAZ 21074” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Toyota Prius markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində həmin avtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı cavabdeh barəsində Bakı şəhəri DYPİ-si tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.6-cı maddəsi ilə İXP ******* saylı, 08.09.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən Toyota Prius markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 310 manat məbləğində müəyyən edilmiş və həmin məbləğ avtomobilin sahibinə ödənilmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə prosesində zərərçəkmiş avtomobilə dəymiş zərərə görə 100 manat pul məbləğini ödədiyini bildirsə də, həmin faktı təsdiq edən sübutu təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vurulmuş zərərin əvəzi 310 manat məbləğində pul "xxxx" ASC tərəfindən zərərçəkən avtomobilin təmiri üçün ödənildiyindən, iddiaçı Şirkətin “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından və iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğlundan subroqasiya qaydasında 310 manat məbləğində sığorta ödənişi tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğlundan 310 manat sığorta ödənişi məbləği və 20 manat dövlət rüsumu olmaqla, cəmi 330 (üç yüz otuz) manat pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-1054/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1054/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver