Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1177/2025 21.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdeh İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxslər X13, X14 və X8 qarşı “X26 hüququ haqqında” şəhadətnamələrin ləğv edilməsi tələbinə dair mülki işə 21 noyabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçının tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 04 avqust 2020-ci il tarixli 2V-230 və xx.xx.2021-ci il tarixli 2V-257 reyestr nömrələri ilə qeydə alınmış “X26 hüququ haqqında” şəhadətnamələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 05 noyabr 2025-ci il tarixli, e-2(037)-1177/2025 saylı qərardadı ilə X13, X14 və X2 mülki iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. İddia tələbinin əsaslandırdığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2-1(116)- 234/2023 saylı qərarından görünür ki, X3 iddia tələbi təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Eyni zamanda İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən 2V-213 reyestrdə qeydə alınmış xx.xx.2020-ci il tarixli “X26 X10” verilərək X4 vərəsələri - arvadı İddiaçı, oğlu - X20 və oğlu -X15 miras əmlakdan 1/3 hissədə payları müəyyən edilmişdir. Bundan başqa İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən 2V-230 reyestrdə qeydə alınmış xx.xx.2021-ci il tarixli “X26 X10” verilərək X4 vərəsələri - arvadı İddiaçı, oğlu - X20 və oğlu - X15 miras əmlakdan 1/3 hissədə payları müəyyən edilmişdir. Bundan sonra vərəsə X20 vəfat etdikdən sonra (xx.xx.2020-ci il) yenidən vərəsəlik işi açılaraq X11 vərəsələri : anası- İddiaçı, arvadı -X13, oğlu- X14 və qızı - X16 - onların hər biri miras əmlakdan 1/4 irs almaları müəyyən edilərək İsmayıllı Rayon Dövlət Notariat Kontoru tərəfindən 2V-257 reyestr nömrəli “X26 X10” verilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-234/2023 saylı qərarı qanuni qüvvəsini aldıqdan sonra ərizəçinin tələbi təmin edildikdə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulmuş olduğundan və həmin məhkəmə aktı icra edildikdən sonra yenidən ərizəçi X1 rayon Məhkəməsinə ərizə ilə müraciət edərək və ərizəsində Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-234/2023 saylı qərarı əsasında X4 adına aparılmış qeydiyyatın ləğv edildiyini və 04 avqust 2020-ci il tarixli X26 şəhadətnaməsinin əhəmiyyətsiz əqd olmasını göstərərək həmin şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(037)-898/2024 saylı müvafiq qətnaməsi ilə əriəçinin iddia tələbi təmin edilərək İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən əmlaka dair İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış 23 iyul 2020-ci il tarixli ”X26 hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi qət edilmişdir. Yuxarıda şərh olunanlara və mülki mübahisə üzrə məhkəmə aktları ləğv edilərək iş ilkin vəziyyətə qaytarıldıqdan sonra ərizəçilər, yəni X4 vərəsələri İddiaçı və X12 ərizəsi əsasında yenidən İsmayıllı rayon Məhkəməsi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” işə baxaraq ərizəni təmin edərək 09 mart 2010-cu il tarixdə Azərbaycan DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A“ 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə 13 may 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra ərizəçilər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Dəmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 0.02098 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etsələr də həmin ərazi idarəsinin 17 iyun 2025-ci il tarixli 3-21.3-42/2-2599/2025 saylı Daşınmaz Əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə bildirişi ilə X9 verilmiş çıxarış məhkəmə qətnaməsi əsasında ləğv olunmasına baxmayaraq İsmayıllı rayon Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixli 2V-230 reyestr nömrəli X26 X10 və xx.xx.2021-ci il tarixli 2V-257 reyestr nömrəli “X26 hüququ haqqında” şəhadətnamələrin ləğvi ilə bağlı 9 saylı Qəbələ Ərazi İdarəsinə hər hansı bir məlumatın daxil olmadığı bildirilmişdir. Hal-hazırda göründüyü kimi 23 iyul 2020-ci il tarixdə təsdiq edilmiş 2V-213 reyetr nömrəli “X26 hüququ haqqında” şəhadətnamə ləğv edilmiş olsa da 04 avqust 2020-ci il tarixdə təstiq edilmiş 2V- 230 reyestr nömrəli X26 hüququ haqqında və onun əsasında verilmiş xx.xx.2021-ci il tarixli 2V-257 reyestr nömrəli “X26 hüququ haqqında” şəhadətnamə ləğv edilməyərək aktiv qalmışdır. Məlum olduğu kimi İsmayıllı Rayon Məhkəməsinin 2(037)-115/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizəçilər İddiaçı və X12 ərizələri təmin edilərək 09 mart 2010-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 2713 nömrə ilə uçota alınmış “A” seriyalı 220432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin X9 məxsus olması faktı müəyyən edilmişdir. Lakin yuxarıda qeyd edilən X26 X10lər ləğv edilmədiyindən sözü gedən qətnamənin icası da mümkünsüz olmuşdur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Dəmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsinə ərizəçilər hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilməsinə müraciət etmiş olsalar da ərazi idarəsi tərəfindən müraciət yuxarıda qeyd edilən səbəblərdən icra oluna bilmir. Hesab edir ki, yuxarıda qeyd edilən kimi Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023cü il tarixli 2-1(116)-234/2023 saylı qərarı əsasında X4 adına aparılmış qeydiyyat ləğv edildiyindən, eyni zamanda İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(037)- 898/2024 saylı müvafiq qətnaməsi əsasında İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən əmlaka dair İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış 23 iyul 2020-ci il tarixli ”X26 hüququ haqqında” şəhadətnaməsi ləğv edildiyindən həmin şəhadətnamənin əsasında 04 avqust 2020-ci il tarixdə verilmiş 2V-230 reyestr nömrəli X26 hüququ haqqında və onun əsasında da verilmiş xx.xx.2021-ci il tarixli 2V-257 reyestr nömrəli “X26 hüququ haqqında” şəhadətnamələr əhəmiyyətsiz əqd olduğu üçün ləğv edilməlidir. Ona görə də İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 04 avqust 2020-ci il tarixli 2V-230 və xx.xx.2021-ci il tarixli 2V-257 reyestr nömrələri ilə qeydə alınmış “X26 hüququ haqqında” şəhadətnamələrin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh İsmayıllı rayon Notariat Ofisi səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatları Üçüncü şəxs X14 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Üçüncü şəxslər X13 və X18 məhkəmə iclasına gəlməmişlər, onları etibarnamə üzrə səlahiyyətli nümayəndələri X14 təmsil etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X5 izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki iş üzrə əlavə edilmiş sənədlər materiallar - İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyul 2020-ci il tarixli, AZ-İİ №085684 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2018ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin 2-ci ayının 28-ci günündə 40 nömrə ilə qeydə alınmışdır. - xx.xx.2024-cü il tarixli, №011767 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 23 iyul 2020-ci il tarixli reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış “X26 hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsi, N.Hüseynov küçəsi ev 51 ünvanında yerləşən ümumi sahəsi 74.5 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlakdan xx.xx.2018-ci il tarixdə ölmüş mərhum X4 vərəsələri arvadı İddiaçı və oğlanları X11 və X12 1/3 hissədə paylarının müəyyən edilməsinə dair İsmayıllı rayon notariat ofisi tərəfindən İddiaçı, X11 və X12 adlarına 23 iyul 2020-ci il tarixli reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış “X26 hüququ haqqında” şəhadətnamə verilmişdir. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 04 avqust 2020-ci il tarixli reyestrdə 2V-230 nömrə ilə qeydə alınmış “X26 hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 74.5 kv.metr olan fərdi yaşayış evi və İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən ümumi sahəsi 0.02239 hektar olan torpaq sahəsindən ibarət miras əmlakdan xx.xx.2018-ci il tarixdə ölmüş mərhum X4 vərəsələri arvadı İddiaçı və oğlanları X11 və X12 1/3 hissədə paylarının müəyyən edilməsinə dair İsmayıllı rayon notariat ofisi tərəfindən İddiaçı, X11 və X12 adlarına 04 avqust 2020-ci il tarixli reyestrdə 2V-230 nömrə ilə qeydə alınmış “X26 hüququ haqqında” şəhadətnamə verilmişdir. - İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli reyestrdə 2V-257 nömrə ilə qeydə alınmış “X26 hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsi,M.Hüseynov küçəsi ev 51 ünvanında yerləşən ümumi sahəsi 74.5 kv.metr olan fərdi yaşayış evi və İsmayıllı rayonu, Lahıc qəsəbəsi,M.Hüseynov küçəsi ev 51 ünvanında yerləşən ümumi sahəsi 0.02239 hektar olan torpaq sahəsindən ibarət miras əmlakdan xx.xx.2020-ci il tarixdə ölmüş mərhum X11 vərəsələri anası İddiaçı, arvadı X6, oğlu X5 və qızı X2 1/3 hissədə paylarının müəyyən edilməsinə dair İsmayıllı rayon notariat ofisi tərəfindən İddiaçı, X6, X5 və X2 adlarına 24 iyun 2021-ci il tarixli reyestrdə 2V-257 nömrə ilə qeydə alınmış “X26 hüququ haqqında” şəhadətnamə verilmişdir. - Şəki İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2-1(116)- 234/2023 saylı qərarından görünür ki, X3 iddia tələbi təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanındaq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-160/2011 nömrəli 18 may 2011-ci il tarixli qətnaməsi əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. - İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, e- 2(037)-898/2024 saylı qətnaməsindən görünür ki, İsmayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən əmlaka dair İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış 23 iyul 2020-ci il tarixli “X26 hüququ haqqında” şəhadətnamə ləğv edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2025-ci il tarixli, №3-21-3-42/2-2599/2025 saylı bildirişdən görünür ki, ərizəçi X4 vərəsəsinin nümayəndəsi Vəkil “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı İsmayıllı rayonu,Lahıc qəsəbəsində yerləşən 0.02098 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il tarixli ərizəyə baxılmış, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlak hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir və qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 28 iyul 2025-ci il tarixli, №3-21-3-42/2-3299/2025 saylı bildirişdən görünür ki, ərizəçi X4 vərəsəsinin nümayəndəsi Vəkil “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı İsmayıllı rayonu,Lahıc qəsəbəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə baxılmış,təkrar araşdırmanın aparılması zəruri olduğundan qanunvericilikdə müəyyən olunmuş vaxt ərzində icrası mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrasına 1 ay müddətinə dayandırılma verilmişdir. - Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 21 oktyabr 2025-ci il tarixli, 3-16-5/2- 103396/2025 saylı sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayon Notariat Ofisində xx.xx.2020-ci il tarixdə 2V-213, xx.xx.2021-ci il tarixdə 2V-230, xx.xx.2021-ci il tarixdə 2V-257 reyestr nömrələri ilə verilmiş X26 X10lərə dair notariat işlərinin surətinin istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmış, İsmayıllı rayon Notariat Ofisində 2015-2025-ci illərdə rəsmiləşdirilmiş notariat sənədlərinin arxivə təhvil verilmədiyi, qeyd olunanlarla bağlı İsmayıllı rayon Notariat Ofisinə müraciət edilməsinin məqsədəmüvafiq olması qeyd edilmişdir. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. X26 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. X26 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (Mülki Məcəllənin 1134-cü maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir Eyni zamanda Məcəllənin 1321.3-cü maddəsinə görə vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat əsasında mərhumun vərəsələri İddiaçı, X20 və X12 adlarına verilmiş 04 avqust 2020-ci il tarixli reyestrdə 2V-230 nömrə ilə qeydə alınmış “X26 hüququ haqqında” şəhadətnamə və İsmayıllı rayon Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X11 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat əsasında mərhumun vərəsələri anası İddiaçı,arvadı X13, oğlu X14 və qızı X2 adlarına verilmiş 24 iyun 2021-ci il tarixli reyestrdə 2V-257 nömrə ilə qeydə alınmış “X26 hüququ haqqında” şəhadətnamə İsmayıllı rayon Notariat Ofisi tərəfindən mərhum X4 vərəsələri İddiaçı, X20 və X12 adlarına verilmiş 23 iyul 2020-ci il tarixli reyestrdə 2V-213 nömrə ilə qeydə alınmış “X26 hüququ haqqında” şəhadətnamə əsasında verildiyindən və sözügedən şəhadətnamə İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, e-2(037)-898/2024 saylı qətnaməsi ilə ləğv edildiyindən hazırkı mülki iş üzrə İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-230 nömrə ilə qeydə alınmış 04 avqust 2020-ci il tarixli və reyestrdə 2V-257 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli “X26 hüququ haqqında” Şəhadətnamələr də ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddia tələbi təmin edildiyindən mülki iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu məbləği cavabdeh İsmayıllı rayon Notariat Ofisindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 2V-230 nömrə ilə qeydə alınmış 04 avqust 2020-ci il tarixli və reyestrdə 2V-257 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli “X26 hüququ haqqında” Şəhadətnamələr ləğv edilsin. Cavabdeh İsmayıllı rayon Notariat Ofisindən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №e-2(037)-1177/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1177/2025
21.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver