Məhkəmə qərarları › İş №e-2(037)-1308/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-1308/2025

13.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-1308/2025 13.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Qoşqarova Nərmin Rabit qızı, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddia tələbi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı şəhəri 28 May küçəsi ev 4 ünvanında qeydiyyatda olan, İsmayıllı rayonu Yuxarıbaş kədində yaşayan Cavabdeh 354,72 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi 385,12 manat məbləğin alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə İsmayıllı Xidmət Sahəsinə 354,72 manat debitor borcu yaranmışdır. Borclu Cavabdeh İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Sonuncu dəfə 08 aprel 2025-ci il tarixdə Cavabdeh Səməd oğluna rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmiş, lakin borc məbləği tam şəkildə ödənilməmişdir. Cavabdeh yaranmış 454 manat borcdan 2025-ci ilin iyul ayında cəmi 150 manat pul ödəmişdir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00370 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri tam ödənməlidir. İddiaçı Cavabdeh 354,72 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi 385,12 manat məbləğinin alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar -Tərəflər arasında bağlanmış 22 fevral 2019-cu il tarixli 11813 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. - Cavabdeh adına olan abonent saldosundan (abonent kodu **********00370) görünür ki, Cavabdeh təbii qazdan istifadə etməsi nəticəsində 354,72 manat məbləğində borcu yaranmışdır. - 08 aprel 2025-ci il tarixli 53 nömrəli bildirişdən görünür ki, cavabdehdən istifadə etdiyi təbii qaza görə 31 mart 2025-ci il tarixə yaranmış 454 manat borc məbləğinin beş gün ərzində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - 09 oktyabr 2025-ci il tarixli **********95 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs oorclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommerisya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh X2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə (8-ci bəndi) Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalıvə növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı Qərarı ilə təsdiq “Qazdan istifadə Qaydaları”nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 29 iyun 2000-ci il tarixli. 356 saylı Fərmanında göstərilir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia tələbi təbii qazdan istifadəyə görə yaranmış 354,72 manat borc məbləğinin ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. Təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, cavabdehin yaşadığı fərdi evinə sayğac quraşdırılmaqla qazdan istifadə etməsi üçün onunla müqavilə bağlanmışdır. Lakin, cavabdeh istifadə etdiyi qaz üçün yaranmış borcunu ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, istehlak etdiyi təbii qazın dəyərini ödəmək öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən istifadə olunan təbii qaza görə yaranmış borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 30,4 manat dövlət rüsumunun alınmasına dair hissəsinə münasibət bildirirərək qeyd edir ki, iddiaçı 30 manat dövlət rüsumu ödədiyi halda iddia tələbində cavabdehdən 30,4 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilməsini tələb edir. İş materiallarında 0,4 manat dövlət rüsumunun ödənilməsini təsdiq sənəd yoxdur. Ona görə də iddia tələbi həmin hissədə qismən təmin olunmalı, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 354,72 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 384,72 manat məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 354,72 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 384 (üç yüz səksən dörd) manat 72 (yetmiş iki) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar